Avropa Parlamentində Gürcüstanla bağlı növbəti müzakirələr aparılacaq
Apa.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Noyabrın 25-də Avropa Parlamentində Gürcüstanla bağlı növbəti müzakirələr aparılacaq.
APA-nın yerli bürosu xəbər verir ki, bu barədə qurumun rəsmi saytında bildirilib.
Debatlar Gürcüstanda “siyasi məhbusların işi” mövzusunda qətnamə layihəsi ətrafında təşkil olunacaq. Sənədin noyabrın 26-da Avropa Parlamentinin plenar sessiyasında səsverməyə çıxarılacağı gözlənilir.
Qeyd edək ki, Avropa Parlamentində Gürcüstanla bağlı sonuncu müzakirələr ötən ay baş tutub. Nəticədə Gürcüstanla bağlı tənqidi qətnamə qəbul olunub. Gürcüstan hakimiyyəti Avropa Parlamentində aparılan debatların və qəbul edilən sənədlərin ölkə cəmiyyəti üçün maraqlı olmadığını bildirib.
Baxış sayı:98
Bu xəbər 23 Noyabr 2026 19:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















