Avropa Parlamentində Trampın əleyhinə ticarət sazişlərinin bağlanmasına dair çağırış edilib
Apa.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Avropa İttifaqı ABŞ-la ticarət qarşıdurmasında maraqlarını bərabər əsaslarla qorumağa hazırdır.
APA xəbər verir ki, bu fikri Avropa Xalq Partiyasının sədri Manfred Veber “Funke” media qrupuna müsahibəsində səsləndirib.
O, ABŞ Prezidenti Donald Trampın yeni gömrük rüsumları tətbiq etməsini “böyük bir səhv” kimi dəyərləndirib.
Veber 2 aprel 2024-cü ili Trampın qərarına görə “qara gün” adlandırıb və bildirib ki, Avropa İttifaqı iqtisadi gücü ilə bu addımlara cavab vermək imkanına malikdir.
O, Cənubi Amerika ölkələrindən ibarət “MERCOSUR” bloku və Hindistanla ticarət razılaşmalarının tezliklə bağlanmasının vacibliyini vurğulayaraq bu sazişləri “anti-Tramp tədbirləri” adlandırıb.
Bununla yanaşı, siyasətçi Çinlə əməkdaşlığın artırılmasına ehtiyatla yanaşılmalı olduğunu bildirib və qeyd edib ki, Pekin dünya ticarətində ABŞ-ın yerini tutmamalıdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:144
Bu xəbər 05 Aprel 2025 07:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















