Icma.az
close
up
RU
22 ştat Trampın əleyhinə çıxıb

22 ştat Trampın əleyhinə çıxıb

Azvision portalından alınan məlumata görə, Icma.az xəbər verir.

AzVision.az bildirir ki, yanvarın 20-də Tramp federal qurumlara adətən ABŞ vətəndaşlarına təqdim edilən sənədləri verməyə qadağa qoyan sərəncam imzalayıb. Qadağa bu tədbirin tətbiqindən 30 gün sonra doğulan uşaqlara şamil ediləcək.
Bundan əlavə, vətəndaşlığın məhdudlaşdırılması valideynləri qeyri-qanuni şəkildə ABŞ-də olan uşaqlara da təsir edəcək. Yeni tədbirlər ananın ABŞ-də müvəqqəti, məsələn, viza ilə olduğu, atanın isə ölkə vətəndaşı olmadığı vəziyyətlərdə tətbiq ediləcək.
“Reuters” agentliyinin məlumatına görə, 22 ştat ABŞ-nin yeni prezidentinin bu sərəncamı ilə razılaşmayıb. Onların arasında demokratların rəhbərlik etdiy kaliforniya, Konnektikut, Delaver, Havay, Men, Merilend ştatları, habelə Kolumbiya dairəsi və San-Frnasisko şəhəri də var. İddiaçılar Donald Trampın ABŞ Konstitusiyasını pozduğunu bildirirlər.
Analoji iddia əvvəllər mühacirləri dəstəkləyən Amerika Vətəndaş Azadlıqları İttifaqı, NAACP Hüquqi Müdafiə və Təhsil Fondu, Dövlət Demokratiya Müdafiəçiləri Fondu və Asiya Hüquq Şurası kimi təşkilatların adından verilib.
Tramp kütləvi ixtisarlara başlayır Qeyd edək ki, elə prezidentliyinin ilk günündə Tramp və onun administrasiyası cavabdeh qismində bir neçə məhkəmə prosesinə cəlb olublar. Məsələn, Milli Xəzinədarlıq işçilərinin Həmkarlar İttifaqının iddiası yüksək vəzifəli federal əməkdaşların işdən çıxarılması prosedurunu sadələşdirən fərmanla bağlıdır. Təşkilatın fikrincə, prezidentin hərəkətləri qanunvericilərin niyyətləri ilə ziddiyyət təşkil edir, çünki ABŞ Konqresi federal statuslu qullquçular üçün “zəruri proses hüquqları” müəyyən edib.
“National Security Counselors (Milli Təhlükəsizlik Müşavirləri)” hüquq şirkəti isə yeni administrasiyaya qarşı məhkəmə iddiasında sahibkar İlon Maskın rəhbərlik edəcəyi ABŞ Hökumətinin Səmərəliliyi Departamentinin (DOGE - Department of Government Efficiency) yaradılmasına qarşı çıxır. Şirkət hesab edir ki, departamentin yaradılması 1972-ci ildə Ağ Evlə birbaşa əlaqəli olan bölmələr üçün maraqların toqquşmasının yoxlanılması və şəffaflıq qaydalarını tələb edən ABŞ qanununu pozur.
Sahil İsgəndərov
AzVision.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:235
embedMənbə:https://azvision.az
archiveBu xəbər 22 Yanvar 2025 11:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see399

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see277

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see273

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see267

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see266

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see262

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see260

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see258

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see257

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see256

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see243

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see236

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see235

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see235

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see234

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see233

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see232

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see232

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see231

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see231
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri