Icma.az
close
up
RU
“Zaman Trampın əleyhinə işləyir”

“Zaman Trampın əleyhinə işləyir”

Bakupost saytından verilən məlumata görə, Icma.az xəbər verir.


“Demokrat qadınlar Ebiqeyl Spanberger və Mikki Şerrillin Virciniya və Nyu Cersi ştatlarında keçirilən qubernator seçkilərində, müsəlman əsilli demokrat Zöhran Məmdaninin Nyu-Yorkun bələdiyyə sədri seçkisində qələbəsi prezident Donald Trampın ağır məğlubiyyətidir”.

Bakupost.az xəbər verir ki, bunu siyasi şərhçi Xəqani Cəfərli bildirib.

Onun sözlərinə görə, ABŞ-də ekspertlər bu seçkilərin seçicilərin Trampa münasibətinin bariz nümunəsi və ifadəsi hesab edirlər:

“Xüsusilə Nyu Cersi seçkiləri Trampa etimad referendumu (referendum on Trump) kimi dəyərləndirilirdi. Ötən gün keçirilən seçkilərin nəticələri seçicilərin Trampa etimadsızlıq göstərdiyini təsdiq etdi.

İki ştatda qubernator seçkisində qadın namizədin, Nyu-Yorkda isə müsəlman əsilli namizədin qalib gəlməsi XXI əsrin qadın əsri olduğunu, qadınların rolunun çox önə çıxacağını təsdiq edir”.

X.Cəfərli bildirib ki, 4 noyabr seçkiləri Tramp və Respublikaçılar Partiyası üçün həyəcan siqnalı olmalıdır:

“Belə davam etsə gələn ilin noyabrın 4-də keçiriləcək aralıq seçkilərdə respublikaçılar Nümayəndələr Palatasının tam tərkibinin və Senatın üçdə birinin seçkilərini uduzacaqlar. Demokartlar Konqresdə çoxluğu qazansalar Trampa qarşı impiçment tətbiq etməyə çalışacaqları isə gün kimi aydındır. Konqresdə azlıqda ola-ola buna cəhd edirlərsə, çoxluğu ələ keçirdikdən sonra buna dərhal cəhd edəcəklərini proqnozlaşdırmaq çətin deyil. Bu isə respublikaçıların 2028-ci il prezident seçkilərin də bəri başdan uduzması demək olar.

Zaman Trampın və Respublikaçılar Partiyasının əleyhinə işləyir.Aralıq seçkilərə bir ildən az vaxt qalır. Tramp seçicilərin etimadını geri qazanmaq üçün qətiyyətli addımlar atmalı, uğurlar qazanmalıdır. Ona görə də tərəddülərdən xilas olub, Venesuela, İran və Rusiya məsələsində uğur qazanmalı, Kanada kimi yaxın müttəfiqi ilə münasibətləri əvvəlki səviyyəyə qaytarmalıdır”.

Lalə, BakuPost


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 05 Noyabr 2025 11:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1400

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see690

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see540

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see529

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see477

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see452

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see441

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see440

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see430

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see404

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see361

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see347

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see344

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see342

Rusiyada ölümcül epidemiya: Vəziyyət nə yerdədir?

06 Oktyabr 2026 01:50see313

Yamal Golden Boy 2026 namizədləri arasında yoxdur

06 Oktyabr 2026 02:14see312

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see291

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see290

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see285

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see284
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri