Icma.az
close
up
RU
Avropa Putin Tramp danışığını titrəyərək gözləyir Bild

Avropa Putin Tramp danışığını titrəyərək gözləyir Bild

Azvision saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bu fikirlər “Bild”də dərc olunan məqalədəndir.
"Çərşənbə axşamı Donald Tramp və Vladimir Putin Ukraynanın, hətta ola bilsin ki, Avropanın da gələcəyini müzakirə edəcəklər. Ona görə də Avropanın paytaxtlarında təşvişlə yanaşı, eyforiya da var",- nəşr yazıb.
Habbard Tramp və Putindən məhsuldar danışıqlar gözləyir Müəllifin fikrincə, rəsmi Kiyev qorxur ki, Tramp Rusiya qoşunlarının hələlik nəzarət edə bilmədiyi əraziləri də Rusiyaya verməyə razılaşa bilər. Finlandiya, Estoniya, Latviya, Litva və Polşada isə Amerika qoşunlarının Avropadan çıxarılmasından və bundan sonra bir neçə il ərzində Rusiya ordusunun qitəyə yeni hücumundan qorxurlar. Bununla əlaqədar olaraq, adı çəkilən ölkələr son həftələrdə Piyadalara Qarşı Mina Qadağası Konvensiyasından çıxmağa hazır olduqlarını bəyan ediblər.
Qəzet yazıb ki, Paris və London artıq ən pis ssenariyə hazırlaşır. Məhz buna görə, onların Moskvanın iradəsinə zidd şəkildə Ukraynaya sülhməramlılar göndərmək planları getdikcə daha çox real forma alır.
“Əgər Tramp Ukraynanı qatarın altına atsa, Avropa İttifaqının nüfuzlu ölkələri təcili şəkildə proseslərə qarışacaq və bu, Vaşinqtonla Moskva arasında yeni qarşıdurmaya da gətirib çıxaracaq”, - müəllif fikrini yekunlaşdırıb.
Qeyd edək ki, Putinlə Trampın çərşənbə axşamı telefon danışığı olacaq. Kremlin mətbuat katibi Dmitri Peskov da artıq telefon danışığı ilə bağlı hazırlıqların getdiyini təsdiqləyib. Kreml bəyan edib ki, söhbət üçün bütün aktual məsələləri, ilk növbədə Ukrayna münaqişəsinin nizamlanması üzrə tezislər hazırlayacaqlar. Tramp isə jurnalistlərə açıqlamasında deyib ki, o, Ukrayna münaqişəsi kontekstində diqqəti ərazi və infrastruktur məsələlərinə yönəltməyi planlaşdırır.
Tural Tağıyev
AzVision.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:160
embedMənbə:https://azvision.az
archiveBu xəbər 18 Mart 2025 20:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiyanın enerji obyektlərinə dronlarla zərbə endirildi VİDEO

13 Sentyabr 2026 09:27see393

“Sabahın Ulduzları”nda XI tura yekun vuruldu

14 Sentyabr 2026 00:18see382

Moskva 400 km hündürlükdən belə görünür

14 Sentyabr 2026 02:54see296

Amorim Modriçlə bağlı çətin seçimi açıqladı

14 Sentyabr 2026 03:38see288

Türkiyədə 26 şagird toyuq dönərindən zəhərlənib

14 Sentyabr 2026 04:45see282

Şimali Koreya qanadlı və ballistik raketlərlə təlim keçirib

14 Sentyabr 2026 03:45see277

Bu gün SOCAR ın yaranma günüdür

13 Sentyabr 2026 12:24see263

Bundesliqa: Leypsiq darmadağına sevindi

14 Sentyabr 2026 03:24see259

Simeone 3:0 dan sonra etiraf etdi

14 Sentyabr 2026 04:23see258

“Xetafe”nin müdafiəçisi Yamala meydan oxudu

14 Sentyabr 2026 05:46see255

ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmiləri yüksək hazırlıq vəziyyətinə gətirilib

14 Sentyabr 2026 02:45see251

Fransa ABŞ dən insan haqları ilə bağlı açıqlamaya görə üzr istəyib

14 Sentyabr 2026 03:26see244

Premyer Liqa: Mançester Siti yə 1 qol bəs etdi

14 Sentyabr 2026 03:20see242

Milçək deyib keçməyin, qidaya qonsa, yeməzdən əvvəl düşünün

13 Sentyabr 2026 16:32see231

Almaniyanın Aşağı Saksoniya əyalətində keçirilən bələdiyyə seçkilərində CDU birinci olub

14 Sentyabr 2026 03:03see230

Bu beş amil ömrümüzü 11 il uzadırmış Araşdırma

14 Sentyabr 2026 03:19see225

Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavininin dəbdəbəli məclisi

14 Sentyabr 2026 01:21see215

Azərbaycanda qida biznesində yeni dövr

13 Sentyabr 2026 18:33see207

Dəbdəbəli toyu olan gəlin bu məmurun qızı imiş KONKRET

13 Sentyabr 2026 14:58see204

Yanacaq bahalığı Macarıstana da çatdı...

14 Sentyabr 2026 02:03see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri