Icma.az
close
up
RU
Avropa Rusiya nefti daşıyan gəmilərin “ovuna” başlayır Danimarka hərəkətə keçdi

Avropa Rusiya nefti daşıyan gəmilərin “ovuna” başlayır Danimarka hərəkətə keçdi

Icma.az bildirir, Azpolitika.az saytına əsaslanaraq.

Danimarka hökuməti ölkə sularından keçən tanker gəmilərinə nəzarəti gücləndirəcək. Bu qərar Rusiyanın “kölgə donanması” ilə mübarizə tədbirləri çərçivəsində qəbul olunub.

Sənaye və Ticarət naziri Morten Bodskov bildirib ki, əsas məqsəd köhnə və texniki cəhətdən nasaz gəmilərin müəyyən edilməsi və Danimarka sularında təhlükəsizliyin təmin olunmasıdır: “Biz Putin rejiminin hərbi maşınına son qoymalıyıq. Bu, həmçinin Rusiyanın “gizli” flotuna da aiddir. Təhlükəsizlik yoxlamaları göstərib ki, bu gəmilər arasında köhnə və yararsız olanlar var. Buna görə nəzarəti gücləndiririk”, – deyə nazir vurğulayıb.

Dövlət büdcəsi layihəsində Danimarka Dəniz Administrasiyasının maliyyəsi artırılıb. Həmçinin il ərzində Böyük Belt boğazındakı körpüyə xüsusi sensorlar quraşdırılacaq. Bu sensorlar vasitəsilə keçən gəmilərin yanacağında kükürd səviyyəsi ölçüləcək və ekoloji standartlara uyğunluğu müəyyən ediləcək.

Qeyd edək ki, “gizli” flot termini Qərb ölkələri tərəfindən sanksiyalara baxmayaraq Rusiya nefti və neft məhsullarını daşıyan tanker gəmilərinə şamil olunur. Bu gəmilər texniki baxımdan birbaşa sanksiya pozuntusu hesab olunmasa da, Rusiya büdcəsinə gəlir gətirdikləri üçün sanksiya siyahılarına daxil edilirlər.

Bundan əlavə, “EU Observer” nəşri Avropa İttifaqının qeyri-qanuni qeydiyyata malik tanker gəmiləri saxlamağa hazırlaşdığını yazıb. Son sanksiya paketinə əsasən, 120 tanker müəyyən olunub ki, onlardan 16-sı Rusiya nefti daşıyır.

Danimarka və digər Avropa ölkələrinin atdığı bu addımlar həm regional təhlükəsizliyin təmin olunmasına, həm də Rusiyanın hərbi müdaxiləsi zamanı büdcəsinə gəlir axınının qarşısını almağa yönəlib.

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 06 Oktyabr 2025 17:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see276

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see265

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see255

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see252

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see249

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see235

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see235

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see234

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see229

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see226

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see217

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see215

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see214

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see213

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see208

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see208

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see203

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see202

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see196

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri