Icma.az
close
up
RU
Avropa Siyasi Birliyi və Azərbaycan strateji hədəflər, üst üstə düşən maraqlar

Avropa Siyasi Birliyi və Azərbaycan strateji hədəflər, üst üstə düşən maraqlar

Baku.ws portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycan çoxvektorlu, müstəqil xarici siyasəti ilə tək regionda deyil, bütövlükdə beynəlxalq aləmdə nüfuzlu dövlətə çevrilib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, regional və qlobal miqyasda əməkdaşlıq əlaqələrini möhkəmləndirir, təhlükəsizliyə təhdid hallarının aradan qaldırılmasına töhfələr verməkdədir. Region dövlətləri ilə yanaşı, Çindən Afrikaya kimi genişmiqyaslı əməkdaşlıq münasibətləri qurub. Elə nüfuzlu beynəlxalq təşkilatın tədbiri olmur ki, Azərbaycan orada təmsil olunmasın. COP29 - BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının məhz Azərbaycanda keçirilməsi bunun təsdiqidir.

Albaniyada Azərbaycan Prezidenti İlham Əliyevin də iştirak etdiyi "Avropa Siyasi Birliyi"nin Zirvə toplantısı da bu qəbildəndir. "Avropa Siyasi Birliyi" Avropa İttifaqının (Aİ) təşviq etdiyi mühüm platformalardan biridir və Prezident İlham Əliyev də artıq bir neçə dəfə onun toplantılarında təmsil olunub. Qürurverici haldır ki, Azərbaycanın üzvü olduğu beynəlxalq təşkilatlarla yanaşı, üzvü olmadığı təşkilatların da sammit, konfrans və görüşlərinə dəvət alır. Bu da ölkəmizin beynəlxalq aləmdə artan nüfuzunun göstəricisidir. Şübhəsiz ki, bu həm də dövlətimizin başçısının şəxsi nüfuzunu nümayiş etdirir.

Təbii ki, bu, beynəlxalq miqyasda Azərbaycanın yüksələn mövqeyinin və bilavasitə Prezidentimizin dünya liderləri arasında böyük söz sahibi olmasının göstəricisidir.

Praqa sammiti - Azərbaycanın ən böyük uğuru

İndiyə qədər Avropa Siyasi Birliyinin dörd Zirvə toplantısı keçirilib. Sonuncu iclas 2024-cü ildə Britaniyada baş tutub və Prezident İlham Əliyev də orada iştirak edib. Dəvət Birləşmiş Krallığın Baş naziri Kir Starmerin dəvəti ilə baş tutub.

Şübhəsiz ki, Avropa Siyasi Birliyinin Azərbaycan üçün ən uğurlu toplantısı 2022-ci il oktyabrın 6-da Çexiyanın paytaxtı Praqada keçirilən toplantısıdır. Həmin toplantıda dövlətimizin başçısı Azərbaycan həqiqətlərini, regional təhlükəsizlik məsələlərini daha bir mühüm platformadan beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı. Praqa Zirvə toplantısı ilə bağlı daha bir məqam nə oldu? Ən əsası sammit çərçivəsində Azərbaycan və Ermənistan liderlərinin görüşü zamanı tərəflər 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıdılar. Fransa, Aİ və Ermənistanın Azərbaycana qarşı planı pozuldu və Makronla Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanımağa məcbur edildilər. Təbii ki, onların Azərbaycan ərazi bütövlüyünü tanımaları da öz xoşları ilə baş verməyib. Məhz Prezident çoxgedişli uğurlu kombinasiya quraraq onlara başqa çıxış yolu qoymayıb. Suverenliyimizin tam təmin edilməsinin bünövrəsi də məhz Praqada qoyulub.

Təsadüfi deyil ki, nəinki erməni siyasilər, revanşist qüvvələr, eləcə də, rusiyalı ekspertlər də Praqada qəbul edilmiş bəyanatı tənqid edirlər, çünki məhz həmin sənəd Qarabağda müvəqqəti yerləşən rus sülhməramlılarının çıxarılmasını sürətləndirdi. Zirvə toplantısı çərçivəsində dövlətimizin başçısının iştirakı ilə keçirilmiş görüşlər və onların yekun nəticəsi siyasi-diplomatik yolla imza atdığımız növbəti qələbəmiz oldu. Görüşün müsbət nəticələrindən biri də sərhədlərin delimitasiyası və demarkasiyası komissiyasının və sülh müqaviləsinin hazırlanması üçün işçi qrupların fəaliyyət göstərilməsi vaxtlarının və müddətlərinin müəyyən olunması idi.

İlham Əliyevin Çinə dövlət səfəri - iki ölkənin tarixində mühüm mərhələ

Çoxvektorlu xarici siyasətin ən mühüm göstəricisi bütün ölkələrlə münasibətlərin inkişafıdır. Ərazi bütövlüyü və müstəqilliyin bərpası ilə Azərbaycan işğaldan azad etdiyi torpaqlarda bərpa quruculuq işləri aparır və artıq bir çox ölkələr bu prosesə qatıldığını bəyan edib. Dövlət başçıları həmin yerlərə səfər edir, Azərbaycana dəstək nümayiş etdirirlər. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın xarici siyasətində həm Şərq, həm Qərb istiqamətində ciddi uğurlar da əldə olunub. Dünyanın fövqəldövlətləri sırasında yer alan Çinlə əməkdaşlıq artıq strateji xarakter alıb. Azərbaycan Prezidenti İlham Əliyevin Çinə dövlət səfəri iki ölkə münasibətlərinin tarixində mühüm mərhələ və simvol oldu. Səfər zamanı çox mühüm nəticələr əldə edildi, ikitərəfli münasibətləri hərtərəfli strateji tərəfdaşlığa yüksəltmək üçün imzalanan bəyannamənin mühüm sənəd olduğu bildirildi. Bu sənəddə iki ölkənin əməkdaşlığı daha da gücləndirəcəyi sahələr aydın göstərilib. Bundan əlavə, Sədr Si Cinpin və Prezident İlham Əliyev çox mühüm danışıqlar aparıblar. Xüsusilə Prezident Əliyev Azərbaycanın "Vahid Çin" siyasətini və Çinin separatizmə qarşı mövqeyini qəti şəkildə dəstəklədiyini bir daha vurğuladı. Sədr Si Cinpin Azərbaycanla, xüsusən də "Bir kəmər, bir yol" təşəbbüsü çərçivəsində, o cümlədən nəqliyyat sahəsində əməkdaşlığın dərinləşdirilməsinin vacibliyini vurğulayıb.

ŞƏT-lə əməkdaşlıq

Azərbaycanın uğurla əməkdaşlıq etdiyi təşkilatlar sırasında Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) xüsusi rol oynayır və bu əməkdaşlıq Azərbaycanı güc mərkəzlərindən birinə çevirə bilər. Bəllidir ki, Azərbaycan 1990-cı illərin əvvəlindən birqütblülüyün mənasını dərindən dərk edən bir ölkə olaraq çoxqütblülüyü dəstəkləyir. Azərbaycan və Türkiyə Şanxay Əməkdaşlıq Təşkilatı ilə dialoq üzrə tərəfdaşlığı daha üstün statusla əvəzləmək niyyətindədirlər. Sözügedən təşkilat terrorizmə, ekstremizm və separatizmə qarşı konkret mövqe ortaya qoyan qurum kimi ona üzv ölkələrdə və bütövlükdə regionda maraqlıdır. Azərbaycan artıq strateji tərəfdaşdır. Gələn il Çinin sədrliyi ilə keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının zirvəsində Azərbaycanın statusunun artırılmasının baş tutacağı anons edilib.

İran-Azərbaycan münasibətləri - münasibətlərin gələcək trayektoriyasını müəyyənləşdirəcək mühüm siyasi gediş

Çinlə yanaşı, qonşu İranla da münasibətlərdə yeni səhifə açıldı. İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana uğurlu səfəri iki ölkə arasındakı münasibətlərin inkişafına səbəb olub. Məsud Pezeşkianın Azərbaycana ilk rəsmi səfəri regionda maraqla qarşılandı. Səfər həm Azərbaycan, həm də İran ictimaiyyətində ciddi müzakirələrə səbəb oldu. Prezidentlərin Bakı görüşü təkcə diplomatik protokol hadisəsi deyil, həm də münasibətlərin gələcək trayektoriyasını müəyyənləşdirəcək mühüm siyasi gediş idi. Azərbaycan və İran prezidentlərinin Bakıda bir araya gəlməsi son illərin ən mühüm diplomatik hadisəsi kimi də hesab edilir. Şübhəsiz ki, bu gün dünya siyasətinin aktual məsələlərindən biri enerji təhlükəsizliyidir və Azərbaycanın da bu sahədə rolu əvəzsizdir. Enerji qaynaqlarının əhəmiyyəti artır və sürətlə böyüyən dünya iqtisadiyyatı bu qaynaqlara əvvəlkindən daha çox ehtiyac duyur.

Müasir dünyada ən dinamik inkişaf edən dövlət

Azərbaycan da zəngin enerji ehtiyatlarına, inkişaf etmiş yanacaq və enerji infrastrukturuna və enerji sisteminə malik ölkələrdəndir. İstifadəyə verilmiş neft və qaz kəmərləri Azərbaycan neftini və qazını dünya və Avropa bazarlarına çıxarır. Respublikamız qlobal miqyasda artıq qaz ixrac edən ölkəyə çevrilib. Regional əməkdaşlıq müstəvisində həm nəqliyyat, həm də enerji sektorundakı təşəbbüslərin artırılması daha da böyük uğurlara gətirib çıxaracaqdır. Bu faktlar onu deməyə əsas verir ki, Azərbaycan müasir dünyada ən dinamik inkişaf edən dövlətlərdən biridir. Regiondakı siyasi gərginliyə, münaqişələrə və təzyiqlərə baxmayaraq, Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqil siyasətini uğurla həyata keçirir, müəllifi olduğu strateji layihə və təşəbbüsləri ardıcıl şəkildə reallaşdırır.

Ölkəmiz təkcə ənənəvi enerji ilə deyil, yaşıl enerji sahəsində də zəngin potensiala malikdir. Bakıda Prezident İlham Əliyevin iştirakı ilə keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu iclası və ilk dəfə Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclası bu baxımdan mühüm əhəmiyyət kəsb edir.

Fakt odur ki, Avropanın enerji təhlükəsizliyi və alternativ nəqliyyat dəhlizləri baxımdan Azərbaycana ehtiyacı artıb. Azərbaycan artıq 10 Avropa ölkəsinə qaz satır, ölkəmiz üzərindən keçən Qərblə Şərqi birləşdirən Orta Dəhliz üzrə daşımalar hər il artır.

Bütün bunlarla yanaşı, Azərbaycan beynəlxalq aləmdə orta və regional güc kimi tanınır. Artıq əksəriyyət də qəbul etməyə başlayıb ki, Azərbaycan öz iqtisadi, siyasi, diplomatik və hərbi potensialını birləşdirərək ötən illər ərzində yaratdığı imkan və üstünlükləri sayəsində ərazi bütövlüyünü təmin etməyi bacarıb və bu gün Cənubi Qafqazın ən güclü dövləti, Xəzər regionunun nüfuzlu gücü sayılır. Bakının vasitəçilik imkanlarından dünya aktorlarının dəfələrlə istifadə etməsinin şahidi olmuşuq. Regionda Azərbaycanın müsbət mövqeyi olmadan hansı isə ciddi transregional layihə effektiv icra oluna bilməz, bunu həm region, həm dünya ölkələri, o cümlədən Avropa dövlətləri anlayır. Eyni zamanda, neokolonializmlə mübarizəyə, Qlobal Cənub ölkələrinə dəstək və COVİD-19 dövründə vaksin millətçiliyi ilə mübarizədə Azərbaycanın təşəbbüsləri onu öz maraqlarını regionumuzdan uzaq yerlərdə, qlobal səviyyədə təmin etməsinə imkan verir.

Sonluğu Prezident İlham Əliyevin söylədiyi dahiyanə bir fikirlə başa çatdırmaq istərdik. "Bu gün Azərbaycanla hesablaşırlar. Ən azı regional təhlükəsizlik və inkişaf məsələlərində Azərbaycanın razılığı olmadan heç bir təşəbbüs həyata keçirilə bilməz. Deyirəm, ən azı regional, amma, eyni zamanda, bu gün dünya miqyasında bir çox məsələlərdə Azərbaycanın mövqeyi önəmli mövqe kimi sayılır".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:279
embedMənbə:https://baku.ws
archiveBu xəbər 15 May 2025 23:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see421

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see332

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see244

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see237

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see228

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see219

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see217

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see216

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see212

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see207

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see201

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see198

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see196

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see194

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see193

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see187

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see184

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see182

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see180

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri