Avropa Su İdmanı Federasiyasının prezidenti Bakıya səfərinin səbəblərini açıqlayıb
Cbcsport portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Avropa Su İdmanı Federasiyasının prezidenti Antoniu Silva Bakıya səfərinin səbəblərini açıqlayıb.
Bakı Su İdman Sarayında jurnalistlərlə görüşən qurum rəhbəri Azərbaycanda üzgüçülüyün inkişafda olduğunu söyləyib.
"Bu gün gənclər və idman naziri Fərid Qayıbov və Azərbaycan Üzgüçülük Federasiyasının prezidenti Zaur Əliyevlə görüşümüz baş tutdu. Görüşdə üzgüçülüyün inkişafı, beynəlxalq əməkdaşlıq və gələcək layihələr barədə fikir mübadiləsi apardıq. Həmçinin Avropa Su İdmanı Federasiyası və Azərbaycan arasında əlaqələrin daha da genişləndirilməsi, birgə layihələrin icrası və təcrübə mübadiləsi imkanlarını müzakirə etdik", - o vurğulayıb.
Qurum rəsmisi artıq ikinci dəfədir Azərbaycana gəldiyini xatırladıb:
"Daha əvvəl 2015-ci ildə, Bakıda Avropa Oyunları keçirilən zaman paytaxtınıza gəlmişdim. Hələ həmin vaxt şəhərin gözəlliyi məni valeh etmişdi. İndi aradan bir neçə il keçib və Bakı daha da heyrətamiz hal alıb. Burada olmaq mənə çox xoşdur".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:160
Bu xəbər 04 Aprel 2025 10:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















