Icma.az
close
up
RU
Menu

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Tənhalığın çox asan müalicəsi

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

İvanka Tramp lüks oteldə istirahətinə görə tənqid olundu Foto

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

A Seriyası: “Napoli” Turindən xalsız qayıdır

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

Avropa təşviş içində: Putin Hitlerin 86 illik taktikasını təkrarladı

Avropa təşviş içində: Putin Hitlerin 86 illik taktikasını təkrarladı

Icma.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Polşanın Baş Qərargah rəisi general Vislav Kukula Rusiyanın bu ölkədə bir sıra kiberhücumlar və təxribat aktları törətdiyini bildirib. O, Moskvanın Polşaya qarşı müharibəyə hazırlaşdığını söyləyib.

Ümumilikdə son zamanlarda Rusiyaya məxsus hərbi təyyarələrin Polşa üzərində uçuş zamanı vurulması və iki ölkə rəsmilərinin qarşılıqlı şəkildə səsləndirdikləri ittihamlar vəziyyətin daha da gərginləşdiyini göstərir.

Rusiyanın Polşada ərazi hədəfləri varmı? Moskva yeni cəbhə açmağı gözə alacaq?

Globalinfo.az-a danışan siyasi şərhçi Şəhla Cəlilzadə deyib ki, oktyabrda Valday Klubunun keçirdiyi konfransın açılış günü “Doktor Xaos, yaxud qlobal nizamın pozulmasından qorxmağı necə tərgitməli və nizamsızlığı necə sevməli?” mövzusunda dinləmələr keçirildi:

“Bu, simvolik idi. Çünki bir ay öncə Rusiya dünya nizamının pozulması istiqamətində mühüm testlər keçirmiş, sentyabr ayında Polşa səmasında çoxlu dronlar peyda olmuşdu. Nəticədə Polşanın hava hücumundan müdafiə sistemləri 19 drondan 4-nü zərərsizləşdirdi. Daha sonra Rumıniya, Norveç və Danimarka səmasında da Rusiya dronları göründü. Estoniya üzərində 3 MiQ-31 qırıcısı uçuş etdi. Hətta həmin günlərdə Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenin təyyarəsi havada ikən onun naviqasiya sisteminə kənar müdaxilələr edildi. Ümumilikdə Avropa səmasında təyyarələrə müdaxilələr gedərək artırıldı. 26 sentyabrda Almaniyanın strateji obyektləri üzərində dronlar uçdu. Bütün bunlar Rusiyanın kəşfiyyatının aktivliyinin artdığını və genişmiqyaslı müharibəyə hazırlıq içərisində olduğunu göstərir. Həmçinin bütün Avropa boyu açıq IP adresli kiberhücumların çoxalması da qeyd oluna bilər.

Aydındır ki, Rusiya NATO-nun Şərq qanadında zəif nöqtələri aşkarlamağa çalışır, hətta bəlkə də Avropa İttifaqının (Aİ) mümkün reaksiyalarını yoxlayır. Rusiya daxilində bəzi enerji-strateji obyektlər vurulsa da, hələ ki, NATO və Aİ çərçivəsində vahid cəbhə yaradılmaqla müharibə qərarı verilməyib. Lakin eyni zamanda həm Rusiya, həm də Avropa genişmiqyaslı müharibəyə hazırlıq içərisindədir. Belə ki, bütün ittifaq ölkələrindən Polşaya hərbi yardım gəlməkdədir. Aİ Polşaya 45 milyard avroya qədər hərbi yardım ayırıb. Halbuki, müharibə başlayandan bu günə qədər Ukraynaya göndərilən ümumi yardımı 187 milyard avro, buraya daxil olan hərbi yardımın həcmi isə 66 milyard avro olub. Həmçinin hazırda Danimarka və Baltik sahillərinin hərbi müdafiəsi heç vaxt olmadığı qədər gücləndirilir. Bu günlərdə Finlandiya Polşa ilə birgə Rusiya sərhəddinə yaxın ərazidə “Şimal hücumu” (Northern Strike) hərbi təlimlərini keçirməkdədir. Bunu Rusiya və Belarusun “Qərbə doğru – 2025” təlimlərinə cavab da adlandırmaq olar.”


Şəhla Cəlilzadə

Siyasi şərhçi bildirib ki, İsveç və Almaniya siyasi dairələrində nüvə silahının hazırlanması haqqında müzakirələr gedir:

“Bu, nüvə müharibəsi ehtimalı fonunda Avropanın nüvə imkanlarının genişləndirilməsi istiqamətində ilkin addımlardır. Hətta Rusiyaya loyallığı ilə seçilən Macarıstanın Baş naziri Viktor Orban belə bəyan edib ki, ölkəsinin səmasında hər hansı uçan aparat peyda olarsa, dərhal vurulacaq. Beləliklə, Rusiya vahid Qərb cəbhəsi ilə üz-üzədir və konfrontasiya, hərbi gərginlik getdikcə yüksəlir. Almaniyanın müdafiə naziri daha öncə bildirmişdi ki, Rusiya NATO ilə açıq müharibəyə 2029-cu ildə girəcək. O, bu fikri Almaniyada hərbi mükəlləfiyyəti yenidən tətbiq etmək məqsədilə etdiyi çıxışında səsləndirmişdi. Halbuki, bütün bu gərgin anların yaşandığı sentyabr ayında BMT Baş Assambleyasının 80-ci sessiyasında Rusiyanın xarici işlər naziri Sergey Lavrov çıxış edərək bildirdi ki, Moskva heç bir başqa ölkəyə hücum etmək istəmir, lakin Ukrayna ərazisində yaşayan rusların haqlarını da qorumağa davam edəcək. Həmçinin Rusiya rəsmiləri bəyan etmişdilər ki, Ukraynaya “Tomahawk” (nüvə başlığı daşıma qabiliyyəti olan hücum raketləri) verilərsə, Moskva onun təminat yollarını vuracaq. Başqa ifadə ilə, Polşa ərazisində bu günlərdə Ukraynaya yardım daşıyan qatarın vurulması müharibənin təminat yollarının kəsilməsi ilə əsaslandırıla bilər”.

Ş.Cəlilzadənin sözlərinə görə, tərəflər qlobal miqyaslı yeni müharibəyə hazırlaşırlar:

“Lakin heç bir tərəf müharibənin Ukraynadan kənara sıçramasına, daha geniş miqyasda Avropaya yayılmasına cavabdeh olmaq istəmir. Elə buna görə də Polşanın Baş Qərargah rəisi hazırkı situasiyanı 1939-cu illə müqayisə edib. Belə ki, II Dünya Müharibəsi Almaniyanın Polşaya həmin ildə hücumu ilə başlamışdı. O zaman Avropa Sudeti Hitlerə güzəşt etməklə müharibənin Avropaya yayılmasının qarşısını almaq istəyirdi, lakin “iştah” kəsilmədi. Bugün Rusiyanın Ukraynadan Donbası tələb etməsi o dövrdə Almaniyanın Çexoslovakiyadan Sudet vilayətini tələb etməsinə bənzədilir.

Lakin hadisələrin arxa planına baxmaq lazımdır. Elə həmin 1939-cu ildə “Molotov–Ribbentrop” paktı imzalanaraq Polşa Nazi Almaniyası və SSRİ arasında bölüşdürülmüşdü. Bu dəfə razılaşan tərəflər Rusiya ilə ABŞ ola bilərmi?! Odur ki, Avropa tarixdən çıxardığı dərslər üzərinə bu günün “Hitleri” obrazına sarılmış Rusiya Prezidenti Vladimir Putinin tələbləri qarşısında vahid cəbhə yaratmaqda iddialı görünür, lakin ABŞ-ın hərbi dəstəyini azaltması fonunda Rusiya ilə təkbətək qalmaqdan da çəkinir. Odur ki, Rusiyanın Donbasdan geri çəkilməyəcəyini və təhlükə xəbərdarlığı əldə etdiyi anda Ukraynaya yönələn hərbi-logistika yollarını vuracağını nəzərə alsaq, müharibənin genişlənməsi Avropanın reaksiyasından asılı olacaq”.

Turan Rzayev
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:293
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 19 Noyabr 2025 11:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see725

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see552

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see498

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see358

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see288

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see268

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see245

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see240

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see238

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see237

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see224

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see224

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see220

İvanka Tramp lüks oteldə istirahətinə görə tənqid olundu Foto

01 Noyabr 2026 22:00see198

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see198

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see194

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see186

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see185

A Seriyası: “Napoli” Turindən xalsız qayıdır

02 Noyabr 2026 01:38see175

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri