Icma.az
close
up
RU
“Avropa üçün yeganə alternativ Türkiyədir” TÜRKİYƏLİ POLİTOLOQ İLGİNC AÇIQLAMA

“Avropa üçün yeganə alternativ Türkiyədir” TÜRKİYƏLİ POLİTOLOQ İLGİNC AÇIQLAMA

Gununsesi saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Artıq üç ildir davam edən Rusiya-Ukrayna müharibəsi Avropa İttifaqı üçün ciddi bir travmaya çevrilib. Başlanğıcda bu müharibənin NATO ilə Rusiya arasında baş verəcəyi gözlənilsə də, NATO birbaşa müdaxilədən yayınaraq münaqişəni Ukrayna ilə Rusiya arasında məhdudlaşdırdı və Ukraynaya yalnız qeyri-rəsmi dəstək göstərməklə kifayətləndi”.

Gununsesi.info-ya danışan Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri, türkiyəli politoloq Həsən Oqtay bildirib:

“Avropa İttifaqı daxilində Ukrayna məsələsində vaxtaşırı fikir ayrılıqları müşahidə olunmaqdadır. Xüsusilə Donald Trampın yenidən hakimiyyətə gəlməsindən sonra ABŞ bu məsələdə geri çəkilərək Avropa İttifaqını Rusiya ilə birbaşa qarşı-qarşıya qoydu. Nəticədə, Avropa İttifaqı həm ciddi bir müdafiə zərurəti ilə üz-üzə qaldı, həm də Rusiya tərəfindən real təhdid və mümkün işğal riski ilə qarşılaşdı.

Bu vəziyyətə cavab olaraq Avropa İttifaqı yeni təşəbbüslərə başladı və ən azı Türkiyəni öz tərəfinə çəkməyə çalışdı. Lakin bu səylər gözlənilən nəticəni vermədi. Nəticədə, Avropa İttifaqı bir tərəfdən Ukrayna ilə bağlı Rusiya ilə 30 günlük atəşkəs razılaşmasının əldə olunmasını arzulayır. Ancaq bu təklifə prezident Vladimir Putin qəti şəkildə qarşı çıxır. Çünki belə bir müddət ərzində Avropa İttifaqının yenidən toparlanaraq Ukraynaya əlavə hərbi qüvvə və silah göndərməsi ehtimalı Rusiya üçün təhlükə yarada bilər”.

Həsən Oqtayın fikrincə, Rusiya təkcə Ukraynada qələbə qazanmaq potensialından əl çəkmək istəmir, eyni zamanda bu münaqişədən istifadə edərək Avropaya siyasi və iqtisadi təzyiqlər göstərmək niyyətini də davam etdirir:

“Digər tərəfdən, ABŞ NATO-nun müdafiə ehtiyaclarını qarşılamaq məqsədilə büdcəsinin müəyyən hissəsi ilə Avropa İttifaqına dəstək göstərir. Lakin bununla bərabər, NATO-nun maliyyə yükünü öz üzərindən Avropanın üzərinə keçirməklə İttifaqı ciddi iqtisadi çətinliklərə məruz qoyur.

Belə bir durumda Avropa İttifaqı bir tərəfdən Rusiyanın təhdidlərinə qarşı öz təhlükəsizliyini təmin etməyə çalışır, digər tərəfdən isə Ukrayna vasitəsilə Rusiyaya qarşı üstünlük qazanmaq üçün yeni strategiyalar hazırlayır. Müharibə uzandıqca həm Rusiya, həm də Avropa İttifaqı bu prosesdən həm maddi, həm də mənəvi baxımdan ciddi şəkildə zərər görür.

Bu səbəbdən hər iki tərəf – həm Rusiya, həm də Avropa İttifaqı – Ukrayna məsələsində atəşkəs və sonda daimi sülhün əldə olunmasında maraqlı olan əsas aktorlar kimi çıxış edir. Əgər sülh əldə olunmasa və müharibə davam edərsə, Rusiya Ukraynanı dəstəkləyən Avropa İttifaqına qarşı yeni hücum və təzyiqlərini artıra bilər.

Avropa İttifaqı isə öz növbəsində Rusiyanın təhlükəsinə qarşı daxili siyasi və iqtisadi problemlərini aradan qaldıraraq müdafiə sistemini gücləndirmək, Rusiyaya qarşı daha qətiyyətli və sabit bir xətt seçmək məcburiyyətində qala bilər. Bu kontekstdə Türkiyəni öz tərəfinə çəkmək Avropa İttifaqı üçün ən qısa və effektiv yol kimi görünür.

Digər tərəfdən, ABŞ Rusiyadan gözlədiyi nəticəni əldə edə bilmədikdə sanksiyaları daha da sərtləşdirmək istiqamətində addımlar ata bilər. Bu isə Rusiyanı daha dar çərçivəyə sıxışdırmaqla Amerikanın əlini gücləndirəcək”.

Politoloqun fikrincə ABŞ-ın əsas məqsədi həm Avropa İttifaqına, həm də Rusiyaya təzyiq göstərərək gələcəkdə Çinə qarşı həyata keçirəcəyi böyük strateji planlarda bu iki aktorun ona maneə yaratmasının qarşısını almaqdır.

“Avropa İttifaqı isə bu təzyiqlər fonunda ya Çinlə ABŞ-a qarşı gizli şəkildə yürüdülən strateji əməkdaşlığı dərinləşdirə, ya da Amerikanın təzyiqlərinə dözməyərək həm Rusiya, həm də Çinlə münasibətlərində Vaşinqtona daha yaxın mövqe sərgiləməyə məcbur qala bilər”-deyə Həsən Oktay fikirlərini yekunlaşdırıb.

Şəbnəm Rəhimova

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:73
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 28 İyul 2025 16:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see516

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see238

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see228

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see215

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see214

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see213

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see212

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see200

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see194

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see189

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see187

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

29 Yanvar 2026 16:53see185

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see184

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see178

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see163

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see160

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see159

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see158

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see152

Kartdan səbəbsiz pul çıxırlar Unibank dan ŞİKAYƏT

29 Yanvar 2026 11:00see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri