Icma.az
close
up
RU
Qazaxıstan və Türkmənistan niyə gəlmədi? TÜRKİYƏLİ POLİTOLOQDAN İLGİNC AÇIQLAMA

Qazaxıstan və Türkmənistan niyə gəlmədi? TÜRKİYƏLİ POLİTOLOQDAN İLGİNC AÇIQLAMA

Gununsesi portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycanın ev sahibliyi ilə Xankəndində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının sammiti region üçün mühüm hadisə oldu.

Bir çox ölkə liderlərinin iştirakı ilə keçirilən bu görüş həmrəyliyin və əməkdaşlığın göstəricisi kimi qiymətləndirildi.

Azərbaycanın təşəbbüsü ilə təşkil olunan tədbir beynəlxalq arenada ölkəmizin mövqeyini daha da gücləndirdi. Lakin diqqətçəkən məqamlardan biri də Qazaxıstan və Türkmənistan rəhbərlərinin toplantıya qatılmaması idi.

Görəsən hər iki ölkə prezidentləri niyə bu vacib sammitə qatılmadılar?

Gununsesi.info-ya danışan türkiyəli politoloq Seyit Aydın mövzu ilə bağlı fikirlərini belə şərh edib:

“Azərbaycanın ev sahibliyi ilə Xankəndində İqtisadi Əməkdaşlıq Təşkilatının toplantısı keçirilib. Prezident Rəcəb Tayyib Ərdoğan və ev sahibi Azərbaycan prezidenti İlham Əliyev, İran Prezidenti Məsud Pezeşkian, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Qırğızıstan Prezidenti Sadır Japarov, Tacikistan Prezidenti Emomali Rəhman, Pakistanın Baş naziri Şahbaz Şərif və Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatardan ibarət nümayəndə heyətləri ilə sammitdə iştirak ediblər. İclaslarda mühüm qərarlar qəbul edilib. Effektiv müqavilələr bağlandı. Səmimi arzular ifadə olundu.

Lakin diqqətçəkən məqamlardan biri Qazaxıstan və Türkmənistan prezidentlərinin toplantıya qatılmaması oldu. Fikrimizcə, bu iki ölkə rəhbərinin belə əhəmiyyətli bir tədbirdə iştirak etməməsinin iki əsas səbəbi var.

Birinci səbəb son günlər Rusiya ilə Azərbaycan arasında yaşanan gərginlik və bunun fonunda baş verən hadisələrlə bağlıdır.

Xatırladaq ki, 2022-ci ilin yanvarında Qazaxıstanda baş verən etirazların yatırılması üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olan ölkələrin – Rusiya, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Tacikistanın – birgə qərarı ilə bu ölkəyə 2500 rus hərbçisi daxil olmuşdu. Bu addım KTMT-nin təsis sənədinin 4-cü maddəsinə əsaslanırdı. Əslində isə təşkilat kollektiv təhlükəsizlik anlayışını bəhanə edərək, Rusiya təsirini yaymaq məqsədi daşıyan bir mexanizmə çevrilib.

Rusiya bu qurum vasitəsilə Orta Asiyada, xüsusilə də Türküstan bölgəsində mövqeyini möhkəmləndirməyə çalışır. Qazaxıstanda baş verən etirazların arxasında da Moskvanın durduğu, vəziyyətdən istifadə edərək öz hərbi qüvvələrini ölkəyə yerləşdirdiyi iddiaları gündəmdədir. Belə olan halda, Qazaxıstanın Rusiya ilə münasibətləri nəzərə alaraq Xankəndi sammitində iştirak etməməsi heç də təsadüfi görünmür.

Türkmənistanın dövlət himnində “tərəfsiz” ifadəsi var. Rusiya ilə Azərbaycan arasında gərginlik yaşandığı bir dövrdə dövlət siyasəti kimi qəbul etdikləri neytrallıq prinsipini nəzərə alsaq, sammitə qatılmamaq üçün Rusiya faktoru səbəb ola bilər. Türkmənistana deyirik; “Biz sizin tərəfinizdəyik, siz də bizimsiniz.” Biz bunu həmişə deyirik. Üstəlik, Türkiyə türklərinin təxminən 45 milyonunu türkmənlər təşkil edir”.

Politoloq hesab edir ki, Qazaxıstan və Türkmənistanın sammitə qatılmamasının ikinci əsas səbəbi FETO faktorudur:

“FETO 1991-ci ildən etibarən Türkiyədə yetişdirdiyi kadrları vasitəsilə dövlətin vacib strukturlarına sızmağa başlayıb və zamanla ciddi nüfuz qazanıb.

Bu təhlükə artıq yalnız Türkiyə ilə məhdudlaşmır. Xüsusilə Qazaxıstan FETO-nun təsiri baxımından ən riskli ölkələrdən biri hesab olunur. Özbəkistan istisna olmaqla, demək olar ki, bütün Türk dövlətlərində təşkilatın fəaliyyəti ciddi təhdid kimi qiymətləndirilir.

Hazırda Qazaxıstanda türklərə qarşı müəyyən məhdudiyyətlərin gündəmə gəlməsi də bu təsirin miqyasını göstərir. Bu səbəbdən FETO təhlükəsi və onun əsl mahiyyəti Türk dövlətlərinə aydın və açıq şəkildə izah olunmalıdır.

Təəssüf ki, FETO Türkiyədə yenidən güclənir. Müxtəlif yollarla dövlət orqanlarına sızır, yüksək vəzifələrə qədər yüksəlirlər. Əsas taktikalardan biri “İslam birliyi” anlayışına daxil olaraq nüfuz qazanmaqdır. Bundan əlavə, qohumluq, dostluq və şəxsi maraqlar vasitəsilə öz adamlarını mühüm vəzifələrə yerləşdirirlər. Təşkilatın mərkəzi strukturları da yenidən aktivləşdirilib”.

Seyit Aydın bildirib ki, FETO üzvləri “səmimi etiraf” və “tövbə” kimi üsullardan təşkilatlarını qorumaq və özlərini xilas etmək məqsədilə sui-istifadə edirlər:

“Türkiyə Silahlı Qüvvələri və təhlükəsizlik orqanları FETO-ya qarşı müəyyən əməliyyatlar aparır. Lakin digər dövlət qurumlarında bu işlər yetərincə görülmür. Nəticədə FETO hələ də bir sıra sahələrdə təsirini saxlayır. Bu təhlükənin aradan qaldırılması üçün yalnız Türkiyə deyil, bütün Türk və İslam dünyası birlikdə hərəkət etməlidir.

Son illərdə Türk dövlətləri arasında təhlükəsizlik sahəsində əməkdaşlıq artsa da, daha sistemli yanaşmalara ehtiyac var. Bu baxımdan, Türk Dövlətləri Təşkilatında təhlükəsizlik və təhdidlərə qarşı birgə hərbi vahid yaradılması faydalı olar. Eyni zamanda, Türkiyə Sülh Qüvvələri Azərbaycanda və digər bölgələrdə sabitliyin qorunmasında önəmli rol oynaya bilər”.

Sonda politoloq qeyd edib ki,  Qazaxıstan və Türkmənistan rəhbərlərinin sammitə qatılmaması geosiyasi amillərlə yanaşı, FETO-nun bu ölkələrdəki təsiri ilə də bağlıdır.

Bu isə Türk dünyasında ortaq təhlükəsizlik mexanizmlərinin yaradılmasını zəruri edir.

Şəbnəm Rəhimova

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:102
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 07 İyul 2025 13:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see220

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see206

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see181

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see172

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see170

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see169

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see166

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see162

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see156

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see156

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see153

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see149

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see149

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see145

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see141

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see140

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see140

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see139

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see131

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri