İranda İƏT ölkələrinin daxili işlər nazirlərinin iclası keçirilir
Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.
İranda İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin daxili işlər nazirlərinin iclası keçirilir.
APA İran mediasına istinadən xəbər verir ki, iclasın başlanğıcında İran prezidenti Məsud Pezeşkian çıxış edib və müasir tarixdə ən çox xarici müdaxilələrin məhz İƏT bölgəsində baş verdiyini bildirib.
Tədbirdə Tacikistan, Pakistan, Türkmənistanın daxili işlər nazirləri, Azərbaycan, Türkiyə, Qırğızıstan, Qazaxıstan, Əfqanıstan, Özbəkistanın daxili işlər nazirlərinin müavinləri iştirak edir.
Eyni zamanda, İƏT-in Baş katibliyi, eləcə də Omanın daxili işlər naziri və İraqın daxili işlər nazirinin müavini qonaq qismində təmsil olunur.
Qeyd edək ki, sammitdə təhlükəsizlik, sərhəd diplomatiyası, iqtisadiyyat və digər məsələlər müzakirə ediləcək.
Baxış sayı:47
Bu xəbər 28 Oktyabr 2025 10:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















