Icma.az
close
up
RU
“Rusiya ehtiyatla davranır, ABŞ ın sanksiya planlarını yaxından izləyir” TÜRKİYƏLİ POLİTOLOQDAN İLGİNC AÇIQLAMA

“Rusiya ehtiyatla davranır, ABŞ ın sanksiya planlarını yaxından izləyir” TÜRKİYƏLİ POLİTOLOQDAN İLGİNC AÇIQLAMA

Gununsesi portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Rusiya isə buna baxmayaraq ehtiyatla davranaraq hadisələri yaxından izləyir və ABŞ-ın Rusiyaya qarşı ola biləcək yeni sanksiya tədbirlərinin nəticələrini analiz edir”.

Bu fikirləri Gununsesi.info-ya açıqlamasında Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri, Türkiyəli politoloq Həsən Oqtay Rusiya-Ukrayna münaqişəsi ilə bağlı fikirlərini şərh edərkən deyib.

Politoloq hesab edir ki, Rusiya üçün hazırda ən vacib suallar barışın təmin olunması, Ukraynada gözləntilərinin daha çox qarşılanması, yoxsa ABŞ ilə sanksiya yarışına girmək olub-olmaması ətrafında dönür:

“ABŞ Prezidenti Donald Trump, Rusiya Prezidenti Vladimir Putinə Ukrayna münaqişəsini sona çatdırması üçün əvvəlcə verdiyi 50 günlük müddəti qısaldaraq 10-12 günə endirdiyini açıqlayıb. Trump, Putin tərəfindən gözlənilən irəliləyişin olmadığını bildirərək, Ukrayna barışı üçün artıq itirəcək zamanın qalmadığını vurğulayıb.

Trump Rusya ilə bağlı irəliləyiş əldə olunmadığını qeyd edib və əgər atəşkəs təmin olunmazsa, ikinci mərhələ sanksiyaların tətbiq ediləcəyini açıqlayıb. Bu bəyanatla o, barışla bağlı mövqeyini və gözləntilərini ictimaiyyətə çatdırıb.

Sovet dövründən qalmış aşağı yaşam səviyyəsi şəraiti və həyat tərzi Rusiyada yenidən canlanmaqda, bu isə həm rəsmi dairələrdə, həm də müəyyən xalq təbəqələrində embarqolara qarşı müqavimət göstərmə meylini gücləndirir. Bu vəziyyət qarşısında ABŞ, Putin-in sanksiya təhdidlərinə münasibətdə davranış dəyişdirib-dəyişməyəcəyini diqqətlə izləyir.

Putin isə bu təhdidləri kənara qoyaraq Ukrayna məsələsində irəliləməyə davam etmək istəyir ki, bu da ABŞ-ın Çin siyasətləri qarşısında ciddi bir maneə kimi qiymətləndirilir”.

H.Oktay qeyd edib ki, Ukraynada tezliklə barışın imzalanması ümidi yüksək olsa da, prosesin istiqaməti və forması hələlik aydın deyil:

“Eyni zamanda, Avropa İttifaqı da Rusiyanın daha çox zəiflədilməsi istiqamətində gözləntilərini artıraraq böhranın davam etməsi ehtimalını gücləndirir.

ABŞ bir tərəfdən barış istəyərkən, digər tərəfdən həm Avropa, həm də Rusiyanın müəyyən səviyyədə zəifləməsini və öz mövqelərini dəyişməsini arzulayır. ABŞ həm Putin ilə Çin məsələlərini müzakirə etmək istəyir, həm də Avropa ilə Rusiyanın bu prosesdən maksimum zərər görməsini gözləyir.

Bu mürəkkəb siyasi situasiyadan çıxış yolu olaraq, Trump-ın Putinə qarşı tutumu bölgədə yeni siyasi və diplomatik axtarışların başlanmasına səbəb olacaq. Bu baxımdan, Türkiyəyə böyük məsuliyyət düşür: İstanbulda təşkil olunan barış görüşlərinin yenidən aktivləşdirilməsi və Rusiya-Ukrayna böhranının İstanbulda imzalanacaq barış müqaviləsi ilə həll olunmasının mümkünlüyü üçün zəmin hazırlanmalıdır”.

Şəbnəm Rəhimova

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:67
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 31 İyul 2025 13:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see201

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see187

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see182

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see168

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see162

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see151

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see150

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see149

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see146

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see144

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see138

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see136

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see133

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri