Icma.az
close
up
RU
Menu

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

Avropaay keçmək istəyən yüzlərlə insan dənizdə BOĞULDU

Avropaay keçmək istəyən yüzlərlə insan dənizdə BOĞULDU

Lent az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Siklon zamanı Aralıq dənizini keçməyə cəhd edən yüzlərlə qeyri-qanuni miqrant həlak olub. Təkcə bir hadisə nəticəsində 50 nəfər ölüb, lakin İtaliya hakimiyyətinin qiymətləndirməsinə görə, ötən həftə ümumilikdə 380 nəfər dənizdə boğulub.

Lent.az “The Guardian”na istinadla bildirir ki, İtaliya sahil mühafizəsinin məlumatına görə, ötən həftə “Harri” siklonu Cənubi İtaliya və Maltaya təsir göstərdiyi vaxt Aralıq dənizini keçməyə çalışan təxminən 380 nəfər boğularaq həlak olub. Malta hakimiyyəti gəmi qəzası nəticəsində 50 nəfərin öldüyünü təsdiqləyib.

Cümə günü baş verən gəmi qəzasından sonra Maltada xəstəxanaya yerləşdirilən yalnız bir nəfər sağ qalıb. Bildirilir ki, həmin kişi xilas edilənə qədər 24 saat ərzində dənizdə qalıb və gəminin qalıqlarından yapışaraq sağ qalmağa çalışıb. Onu bir ticarət gəmisi xilas edib. O, 20 yanvarda Tunisdən yola çıxan gəmidəki digər bütün sərnişinlərin həlak olduğunu düşündüyünü bildirib. Bu barədə dənizdə təhlükə altında olan insanlar üçün qaynar xəttə malik olan Alarm Fon təşkilatı məlumat verib.

İtaliyanın UNICEF-in miqrantlar və qaçqınlar üzrə bölməsinin məlumatına görə, ötən həftə daha bir faciə baş verib: Qvineyadan olan bir yaşlı əkiz qızların, ehtimal ki, Siciliyanın Lampedusa adası sahillərində həlak olduqları bildirilir. Onların olduğu həddindən artıq dolu qayıq “Harri” siklonu nəticəsində dağılıb.

İtaliya sahil mühafizəsinin qiymətləndirməsinə görə, Aralıq dənizində böyük dalğalara səbəb olan siklon zamanı Tunisdən yola çıxan daha 380 nəfər də boğulmuş ola bilər. Son 10 gün ərzində sahil mühafizəsi əlverişsiz hava şəraitinə baxmayaraq, Tunisin Sfaks liman şəhərindən qaçaqmalçılar tərəfindən yola salınmış 8 gəmini aşkar edib.

İtaliya Daxili İşlər Nazirliyinin məlumatına əsasən, 2025-ci ildə 66 296 nəfər qayıqlarla İtaliya sahillərinə çatıb. Bu, ötən illə müqayisədə bir qədər, 2023-cü illə müqayisədə təxminən iki dəfə azdır. 2023-cü ildə İtaliyanın ultra-sağ hökuməti Afrikadan gələn qaçqın axınını dayandırmaq üçün Liviya və Tunis ilə razılaşmaları sərtləşdirmişdi.

İtaliya hökumətinin sərt tədbirləri, o cümlədən cərimələr və xilas edilən insanların yaxın limanlara (məsələn, Siciliyaya) deyil, uzaq limanlara çıxarılması tələbləri səbəbindən Aralıq dənizində QHT-lərə məxsus xilasetmə gəmilərinin sayı azalıb.

“The Guardian” qeyd edir ki, sərt tədbirlərə baxmayaraq, insanlar hələ də Avropada sığınacaq tapmaq ümidi ilə Şimali Afrikadan riskli səfərlərə çıxırlar. İtaliya qeyri-qanuni miqrantların əsas eniş nöqtələrindən biridir və Mərkəzi Aralıq dənizi marşrutu dünyanın ən təhlükəli marşrutlarından biri hesab olunur.

BMT-nin Beynəlxalq Miqrasiya Təşkilatının məlumatına görə, 2014-cü ildən bəri sərhədi keçməyə çalışan insanlar arasında azı 25 600 ölüm və itkin düşmə faktı qeydə alınıb. “The Guardian”ın bildirdiyinə görə, bu ölümlərin və ya itkin düşmələrin əksəriyyəti ya Tunisdən, ya da Liviyadan yola çıxan sərnişinlərdir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:298
embedMənbə:https://lent.az
archiveBu xəbər 27 Yanvar 2026 10:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see327

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see323

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see304

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see300

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see282

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see275

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see274

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see269

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see256

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see253

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see245

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see236

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see230

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

19 Noyabr 2026 13:48see226

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

19 Noyabr 2026 15:03see224

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see217

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see207

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see204

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see204

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri