Icma.az
close
up
RU
Avropada acınacaqlı vəziyyət: Sakitləşməsini gözlədilər, zərbə vurdu Nə baş verir?

Avropada acınacaqlı vəziyyət: Sakitləşməsini gözlədilər, zərbə vurdu Nə baş verir?

GlobalInfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“ABŞ Prezidenti Donald Tramp administrasiyasının və ona yaxın şəxslərin Avropaya tənqidi yanaşması bəllidir. Hətta belə düşünülür ki, Avropa yeni Milli Təhlükəsizlik Strategiyasını imzalayan Trampın vurduğu güclü zərbədən sonra çətin ki, özünə gələ bilsin. Sənəddə ABŞ-ın Avropaya qarşı düşmənçiliyi qeyd olunur ki, bu da artıq rəsmi şəkildə milli səviyyədə təsbit edilib. İttifaq üçün vəziyyət fəlakətə yaxındır”.

Bunu Globalinfo.az-a siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova deyib.

Politoloqun sözlərinə görə, ABŞ-ın nüfuzlu nəşrləri Avropanın “qısa şalvar sindromu”ndan əziyyət çəkdiyini yazır:

“Yəni İttifaq yetişkən, püxtələşmiş deyil və tarix boyu ABŞ-dan qidalanıb. Elə buna görə də Tramp dəfələrlə Avropa müttəfiqlərini “parazit”, yəni qırıntı hesabına qidalanan kimi xarakterizə edib. Hətta belə bir düşüncə mövcuddur: avropalılar ABŞ-ın “tərbiyəsinə” o qədər öyrəşiblər ki, müstəqil hərəkət etməyi sadəcə bacarmırlar. Onlar uşaq kimi düşünür və mühakimə yürüdürlər. Hətta obrazlı bənzətmələr də var ki, valideynlərini seçə bilməzsən: Vaşinqton sənə qışqıracaq, səni tərbiyə edəcək və sonra sakitləşəcək, amma sən onun köməyi olmadan yaşaya bilməzsən.

Həqiqətdə isə hələ tam ayrılma olmayıb. Çünki bu baş verərsə, Avropaya bir neçə onillik lazım olacaq. İttifaq dövlətləri hazırda öz təhlükəsizliklərinə çox az sərmayə qoyur. Buna görə Tramp İttifaqın məhz Vaşinqtonla münasibət qurmaq üçün yaradıldığını düşünür.

Ümumiyyətlə, ABŞ-da belə hesab olunur ki, qoca qitə hazırda strateji yol ayrıcındadır. İki seçim var: ya “alçaldıcılığa” dözmək və Amerikaya yapışmağa davam etmək, ya da vəziyyəti qəbul edib silahlanmanı artırmaq və həqiqətən müstəqil olmaq. Düşünülür ki, Avropa ölkələri müstəqil olmalı və öz müdafiələri üçün məsuliyyət daşımalıdır. Bir sözlə, ABŞ İttifaqın təhlükəsizliyinə zəmanət verməkdən imtina edir”.

Politoloq qeyd edib ki, sənəddə Aİ “siyasi azadlığı” boğmaqda da ittiham olunur və bəzi NATO üzvlərinin tezliklə “qeyri-Avropa çoxluğuna” çevrilə biləcəyinə işarə edilir:

“Trampın yaxın adamlarından olan amerikalı iş adamı və milyarder İlon Maskın sözləri də İttifaqın qeyd olunan siyasi azadlığı boğmasının ifadəsidir. Ona görə də o, Avropa Komissiyasının ləğv edilərək seçkili orqanla əvəz olunmalı olduğunu bildirir. Trampın yanaşması qədər Maskın sözlərində də həqiqət var. Özünü demokratiyanın carçısı və müdafiəçisi hesab edən avro-strukturların addımlarında və yanaşmalarında demokratiyadan əsər-əlamət yoxdur. Əgər belə olsaydı, fərqli regionlarda gedən münaqişələrə niyə fərqli münasibət göstərilirdi? Ədalət tərəzisi niyə eyni ölçünü göstərmirdi? Avro-strukturlarda korrupsiya, rüşvət, qərarların lehinə və əleyhinə qəbulunda təzyiq, bürokratiya hökm sürür, subyektiv amillər və qərəzli yanaşmalar nümayiş etdirilir.


Şəbnəm Həsənova

Avropa bir neçə il əvvəl qeyd edilən ikinci yolu — özünütəminetmə və tək ayaqda durma — seçmiş kimi görünürdü. Ölkələr bir-biri ilə hərbi əməkdaşlığı genişləndirmiş, müdafiə xərclərini və ordularının sayını artırmışdılar. Lakin uğur əldə olunmadı, problemlər isə hələ də qalmaqdadır. Avropada real hərbi inteqrasiya yoxdur, sursat çatışmazlığı mövcuddur. Bir sözlə, onlar ABŞ-ın köməyi olmadan idarə edə bilmirlər və hətta buna məcbur qalacaqlarından ciddi şəkildə qorxurlar”.

Ekspertin sözlərinə görə, məhz bu səbəbdən Avropa liderləri ABŞ-ın Milli Təhlükəsizlik Strategiyasına ya təmkinlə yanaşıb, ya da ümumiyyətlə cavab verməyiblər:

“Onlar düşünürlər ki, Tramp qışqıracaq, qəzəblənəcək, sonra sakitləşəcək və Aİ tərəfdaşlarını yenidən dəstəkləməyə qayıdacaq. Bunu xüsusilə Vaşinqtonu “hələ də Avropanın ən böyük müttəfiqi” adlandıran Avropa diplomatiyasının rəhbəri Kaya Kallas açıq şəkildə bildirib.

Bəzi analitiklər Avropa liderlərinin transatlantik əməkdaşlığı qorumaq üçün Trampla razılığa gəlməyi yeganə uzunmüddətli variant kimi görürdüklərini hesab edirlər.

Digər bir qisim isə əlavə edir ki, Avropanın çiçəklənən və dinc olmasının əsas səbəbi ABŞ-dır, çünki İkinci Dünya müharibəsinin sonundan, yəni 80 ildir ki, regionun təhlükəsizliyini təmin edir. Əks fikir isə tam fərqlidir. Deyilir ki, Tramp administrasiyası İttifaqla münasibətləri köklü şəkildə kəsmək istəyir. Çünki Vaşinqtonun konkret məqsədi Avropanı bölmək və onu böyük dünya gücləri üçün “asan ov”a çevirməkdir. Bu prosesdə Rusiyanın da iştirak etdiyi iddia olunur.

Rəsmi Moskva öz mövqeyini gücləndirmək üçün Avropa İttifaqını hər vəchlə zəiflədir. Hətta belə ironik yanaşma da var ki, ABŞ-ın Milli Təhlükəsizlik Strategiyası Rusiyanın oxşar sənədinin surətidir”.

Ş.Həsənova həqiqətdə Avropanın sıxışdırılmış, divara dirənmiş vəziyyətdə olduğunu vurğulayıb:

“Fransa Prezidenti Emmanuel Makronun Çin və Aİ arasında ticarət kəsiri səbəbilə Pekini Brüsselin adından tariflərlə hədələməsi də bu təzyiqin nəticəsidir. Ona görə də bir tərəfdən Makron qarşıdakı aylarda sərt tədbirlər görərək ABŞ nümunəsini izləyib əməkdaşlığı dayandırmaq məcburiyyətində qala biləcəklərini bildirir. Digər tərəfdən isə manevr imkanını saxlayaraq Çinlə ticarət mübahisəsinin sülh yolu ilə həllinin mümkün olduğuna inandığını deyir.

Avropada vahid və yetkin mövqe mövcud deyil. Avropanın daxilində də Rusiya–Ukrayna müharibəsindən bezənlər və ona tənqidi yanaşanlar var. Üstəlik belə bir yanaşma da var ki, Avropa siyasi elitalarının hərbi əməliyyatları dəstəkləməsi “açıq-aşkar Rusiya təbliğatı” kimi qiymətləndirilir.

Avro-strukturlar böhran yaşayır, daxildə isə dəyərlər baxımından deqradasiya gedir. Avropa İttifaqında, bütövlükdə avro-təsisatlarda fundamental struktur və kadr islahatları aparılmalıdır. Rəqabət kəskin fazaya daxil olub. Azərbaycan isə bu kəskinləşən rəqabət fonunda uduşlu tərəfdir. Bunun əsas səbəbi milli maraqlardan dönməməyimiz və milli birlik nümayiş etdirməyimizdir”.

Turan Rzayev
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:188
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 13 Dekabr 2025 19:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see320

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see300

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see283

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see281

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see260

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see256

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see254

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see247

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see243

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see236

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see232

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see217

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see215

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see211

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see205

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see196

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see196

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see191

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri