Avropada anomal isti meşə yanğınları və mərmilərin partlamasına səbəb olur
Icma.az, Olke.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ölkə.az xəbər verir ki, bu barədə "Euronews" telekanalı məlumat yayıb.
Almaniya daxil olmaqla Qərbi Avropada geniş əraziləri əhatə edən yanğınları söndürən yanğınsöndürənlər torpaqda qalan köhnə döyüş sursatlarının partlama riski ilə üzləşirlər. Belçika, Almaniya, Niderland və Fransada artıq bu cür partlayışlar qeydə alınıb. Yüksək temperaturun özü də bəzən idarəolunmaz partlayışlara və yeni yanğın ocaqlarının yaranmasına gətirib çıxarır.
Almaniyanın şərqində yerləşən Müritz Milli Parkında 380 hektardan çox sahəni əhatə edən meşə yanğını zamanı köhnə mərmilərin partlaması səbəbindən söndürmə işləri dəfələrlə dayandırılıb, prosesə Bundesver cəlb olunub və yerli sakinlər təxliyə edilib. Qırmızı Ordunun və Vermaxtın şiddətli döyüşlər apardığı Brandenburg bölgəsində də meşə yanğınları zamanı İkinci Dünya müharibəsindən qalma sursatlar tez-tez partlayır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:163
Bu xəbər 23 Avqust 2026 16:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















