Qobustan rayonu üzrə görülmüş işlər barədə tədbir keçirildi Fotolar
Icma.az, Qafqazinfo portalına istinadən məlumat yayır.
Qobustan rayonunda “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulan tədbirlərin icrasının təmin edilməsi istiqamətində görülən işlərlə yerində tanış olunub.
“Qafqazinfo” xəbər verir ki, Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 6-cı ərazi sektorunun müdiri Ağa-Əli Əhmədov, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin sədr müavini Taleh Zeynalov və Qərargah üzvləri rayon ərazisində fəaliyyət göstərən bir sıra sahibkar və fermer təsərrüfatlarına baş çəkiblər.
Görüşlərdə rayonun kənd təsərrüfatı potensialının daha geniş şəkildə reallaşdırılması, əkinəyararlı torpaq sahələrinin dövriyyəyə cəlb edilməsi və səmərəli istifadəsi, məhsuldarlığın yüksəldilməsi, suvarma imkanlarının yaxşılaşdırılması, müasir aqrotexniki üsul və texnologiyaların tətbiqi, eləcə də yeni istehsal istiqamətlərinin inkişafı məsələləri ətrafında müzakirə aparılıb.
Sahibkar Cəfərov Vahid İsa oğlu məlumat verərək bildirmişdir ki, damazlıq heyvandarlığın inkişafı məqsədilə təsərrüfatına Estoniyadan alınaraq 161 baş iribunuzlu aberdin-anqus cinsli heyvanlar gətirilmiş, hazırda saxlanılmasında hər hansı çətinliklər yoxdur.
Sahibkar Zümürxanov Həsən Məhəmməd oğlunun təsərrüfatlarına Çexiya Respublikasından 64 baş Simental cinsli malların gətirilərək saxlandığını və bu sahədə çətinlik olmadığını vurğulanıb.
Fermer və sahibkarlarla görüşlər zamanı onların fəaliyyətləri, qarşılaşdıqları çətinliklər və gələcək inkişaf planları müzakirə edilib, kənd təsərrüfatının inkişafı üçün mövcud imkanlardan daha səmərəli istifadə olunması istiqamətində fikir mübadiləsi aparılıb.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 6-cı ərazi sektorunun müdiri Ağa-Əli Əhmədov bildirib ki, Dövlət Proqramında müəyyən edilmiş hədəflərin yerlərdə uğurla icrası dövlət qurumları, yerli icra hakimiyyəti orqanları, fermerlər və sahibkarlar arasında səmərəli əməkdaşlığın qurulmasını zəruri edir.
Qobustan rayonunda kənd təsərrüfatının inkişafı üçün mövcud potensialın tam reallaşdırılması, istehsalın genişləndirilməsi və yeni layihələrin həyata keçirilməsi istiqamətində işlərin davam etdirilməsinin vacibliyi qeyd olunub.









Bu mövzuda digər xəbərlər:
Baxış sayı:61
Bu xəbər 28 Noyabr 2026 13:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















