Gürcü nazir də türklərin döyülməsindən danışdı
Axar.az saytına istinadən Icma.az xəbər verir.
Gürcüstan sərhədçiləri türk azarkeşlərin Batumda keçirilən “Beşiktaş” - “Hapoel Beer Şeva” matçına gətirməyə çalışdıqları təxminən 100 təxribatçı plakat müsadirə ediblər.
Axar.az gürcü mediasına istinadla xəbər verir ki, bu sözləri Gürcüstanın daxili işlər naziri Sulxan Tamazaşvili Batumdakı oyun zamanı baş verən insident haqda danışarkən deyib.
O, plakatları "çox çirkli" adlandırıb və onların Gürcüstanı təhqir etdiyini qeyd edib.
Tamazaşvilinin sözlərinə görə, Daxili İşlər Nazirliyi plakatlar barədə noyabrın 26-da sosial şəbəkələrdə plakatları nümayiş etdirən azarkeşlərin şəkilləri yayılanda məlumat əldə edib:
“Hüquq-mühafizə orqanlarının əməkdaşları plakatların ölkəyə daxil olmasının qarşısını alıb və yüzə yaxın plakatı müsadirə ediblər. Onlardan bəziləri olduqca böyük idi”.
Nazir Daxili İşlər Nazirliyinin əməkdaşlarına asayişi qoruduqlarına görə təşəkkür edib və polisin ciddi təhlükənin qarşısını aldığını qeyd edib. O iddia edib ki, toqquşma zamanı xüsusi təyinatlı qüvvələrin dörd əməkdaşı yaralanıb:
“Saxlanılan 16 nəfərin hamısı daha sonra sərbəst buraxılıb, lakin onlara qarşı inzibati proseslər davam edir. Yekun qərar məhkəmə tərəfindən veriləcək və məhkəmə onların müəyyən müddətə Gürcüstana girişini də qadağan edə bilər”.
Tamazaşvili bildirib ki, stadiona dəyən əhəmiyyətli maddi ziyan, çox güman ki, Türkiyə tərəfindən ödəniləcək. Matçı Türkiyənin "Beşiktaş" klubu təşkil etdiyindən, UEFA qəbul edilmiş təcrübəyə uyğun olaraq kluba kompensasiya ödəmək öhdəliyi qoya bilər.
Nazir qeyd edib ki, hələlik yekun qərar yoxdur.
Nazir həmçinin türk azarkeşləri qəzəbləndirən Fələstin bayrağının tribunalardan götürülməsinə də toxunub. O, UEFA nümayəndəsinin bayrağın götürülməsini tələb etdiyini deyib. Əmr gürcü polisi tərəfindən deyil, "Beşiktaş" tərəfindən işə götürülmüş özəl şirkətin işçisi tərəfindən yerinə yetirilib.
Tamazaşvili oyunöncəsi görüşdə tərəflərin tribunada yalnız Türkiyə, İsrail və Gürcüstan bayraqlarının olmasına icazə vermək barədə razılığa gəldiklərini də açıqlayıb.
Nazir həmçinin Türkiyənin daxili işlər naziri Mustafa Çiftçi ilə telefon danışığının Türkiyə mediasında dərc olunmuş hissəsinə də münasibət bildirib. Onun sözlərinə görə, səs yazısında ən vacib hissə çatışmır və o, türkiyəli həmkarına azarkeşlərin təxribatçı hərəkətləri barədə danışıb.
Avropa Liqasının beşinci turunun "Beşiktaş" və "Hapoel Beer Şeva" komandaları arasında oyunu noyabrın 26-da Batumda baş tutub. İlk hissədə tribunada baş verən toqquşmalar səbəbindən matçda təxminən yarım saat fasilə yaranıb. Türkiyə komandası 2:1 hesabı ilə qalib gəlib.
Gürcü polisinin türk azarkeşlərə qarşı həddən artıq sərt davrandığı və zəruri olmadan güc tətbiq etdiyi görüntülər var.
Hadisədən sonra Türkiyə rəsmiləri və "Beşiktaş" rəhbərliyi Gürcüstan polisinin hərəkətlərini tənqid edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:54
Bu xəbər 28 Noyabr 2026 13:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















