Icma.az
close
up
RU
Avropada da müharibə seçkilərdə uduzur... Rumıniya xalqı sülhə səs verdi Kelin Corcesku

Avropada da müharibə seçkilərdə uduzur... Rumıniya xalqı sülhə səs verdi Kelin Corcesku

Bizimyol saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

NATO-nu tənqid edən, Moskvaya dost münasibəti bəsləyən Kelin Corcesku prezident seçkilərinin birinci turunda birinci yerə çıxıb. Bu, Avropada şok effekti yaradıb.

Bizimyol.info "The Guardian" nəşrinə istinadla xəbər verir ki, səslərin 99,98 faizi sayılmasından sonra 62 yaşlı universitet professoru olan müstəqil namizəd 22,9 faizlə rəqiblərini geridə qoyub. Rumıniyanın Xilası İttifaqından olan islahatçı namizəd Yelena Laskoni 19,17 faizlə ikinci yeri tutub, Gorcesku ilə birlikdə ikinci tura keçib.

Bu, postkommunist Rumıniyada elektoral məğlubiyyət kimi qiymətləndirilir. Nəşrin yazdığına görə, seçkiqabağı sorğuların nəticələri doğrulmadı; həmin nəticələrə görə, Corcesku 5 faiz səs toplamalı, seçkidə isə Avropa İttifaqı tərəfdarı olan sol-mərkəzçi Marcol Çolaku inamlı qələbə qazanmalıydı. Ancaq Çolaku nəinki qalib gəldi, əksinə 19,15 faizlə üçüncü oldu. Heç ikinci tura belə keçə bilmədi.

Corcesku Rusiya prezidenti Vladimir Putini "xalqını sevən lider" adlandırıb. O, Rusiya-Ukrayna müharibəsini nəzərdə tutaraq deyib ki, bu seçkilərdə Rumıniya xalqı sülhə səs verdi.

"The Guardian" Avropanın bu nəticələrdən şoka düşməsinin səbəbini belə izah edir ki, Rumıniya Avropa İttifaqının və NATO üzvü kimi Ukraynaya Qərbin dəstəyi baxımından önəmli ölkədir. Bu ölkə Ukraynadan milyonlarla ton taxılın daşınmasına mühüm logistik dəstək verir.

Corceskunun rəqibi Yelena Laskoni isə hərbi yardımın artırılması və Ukraynaya yardım tərəfdarı kimi çıxış edir.

Seçkilərin ikinci turu dekabrın 8-ə planlaşdırılıb. Corcesku ikinci prezident seçilsə, bu, Macarıstanın baş naziri Viktor Orban kimi Putinə xoş münasibət göstərən daha bir Avropa lideri olacaq. Ancaq belə güman olunur ki, Marsol Çolakunun səslərinin bir hissəsi ikinci turda Laskoniyə gedə bilər. Ancaq Rumıniyada Ukrayna müharibəsindən yorğunluğun Corceskunu qalib edəcəyini deməyə də əsas verir.

Rusiya-Ukrayna savaşının tərəfdarı olan Donald Trampın yenidən prezident seçilməsi belə deməyə əsas verir ki, "qlobal müharibə partiyası" məğlub olur. Almaniyada Olaf Şoltsun başçılıq etdiyi hökumət koalisiyasının çökməsindən sonra bu ölkədə keçiriləcək parlament seçkilərindən də sürprizlər gözlənilir.

Bütövlükdə Avropada Ukrayna müharibəsinin uzanmasından həm qorxu, həm də yorğunluq artır. Fransada keçirilən sorğular miqrantlara cəmiyyətdə münasibətin daha da aqressivləşməsindən xəbər verir. Seçkilərin nəticələri də bunu göstərdi. Bəzi ölkələrdə artıq ukraynalı qaçqınlara münasibət dəyişib.

Əslində Rumıniyadakı prezident seçkilərinin birinci turu, eləcə də, Gürcüstanda parlament və Moldovada prezident seçkilərinin nəticələri Avropa İttifaqının artıq Şərqi Avropada və postsovet məkanında populyarlığı azalır. Moldovada Mayya Sandu ölkə içində seçkiləri uduzdu, yalnız Avropadakı mühacir moldovanların səsləri ilə rəqibinə qalib gələ bildi. Ona görə də müxalifət Sandunu "Avropadakı diasporun prezidenti" adlandırır. Kelin Corcesku prezident seçilsə, Moldovanın Qərbə inteqrasiyası daha da çətinləşəcək. Rumıniyadakı seçkilərin etnik qohumluq səbəbindən Moldovadakı ictimai əhvala təsir edəcəyi də proqnozlaşdırılır.

Əslində bu prosrslər Rusiya-Ukrayna müharibəsinə münasibətdə Azərbaycanın və Türkiyənin elə lap əvvəldən daha düzgün mövqe tutduğunu göstərir.

Seyid Əhmədli, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:57
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 25 Noyabr 2024 18:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see299

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see243

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see186

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see173

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see158

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see146

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see146

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see136

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri