Putinin Rumıniyadakı adamı kimdir? Kreml: Əgər Corcesku seçkilərdə iştirak etməsə...
Hurriyyet portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, RF Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov Rumıniyada Kelin Corceskunun iştirakı olmadan keçiriləcək istənilən seçkinin qeyri-legitim olacağını bildirib.
Qeyd edək ki, Rumıniyanın Mərkəzi Seçki Bürosu (BEC) müstəqil namizəd Kelin Corceskunun may ayında baş tutacaq prezident seçkilərində iştirakını rədd edib. Komissiya bu addımı Konstitusiya Məhkəməsi qərarına əsaslanaraq atıb.
Rumıniyanın seçki təqviminə əsasən, namizədlərin qeydiyyatı və ya imtinası martın 17-dək yekunlaşdırılmalıdır.
Hakim koalisiyanın qərarı ilə Rumıniyada prezident seçkilərinin birinci turu bu il mayın 4-də 2025-ci ildə, zərurət yaranarsa, ikinci turu mayın 18-də keçiriləcək. 62 yaşlı Corcesku 2024-cü ilin noyabrında baş tutan seçkilərin ilk turunda liderlik etmiş və ikinci tura keçmişdi.
Hürr Tərcüman
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:63
Bu xəbər 11 Mart 2025 13:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















