Icma.az
close
up
RU
“Avropada hərbi mobillik zonasının yaradılması uğurlu bir addımdır” POLKOVNİK

“Avropada hərbi mobillik zonasının yaradılması uğurlu bir addımdır” POLKOVNİK

Hurriyyet portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Niderland Nazirlər Kabinetinin yaydığı bəyanata görə, Avropa İttifaqının səkkiz ölkəsi Mərkəzi-Şimali Avropada sürətləndirilmiş hərbi mobillik zonasının yaradılması haqqında sənəd imzalayıb.

Memorandumu Almaniya, Belçika, Niderland, Polşa, Litva, Slovakiya, Çexiya və Lüksemburq imzalayıb. Yeni razılaşmaya əsasən, qoşunlar və ağır hərbi texnika bu ölkələrin sərhədlərindən daha sürətli keçə biləcək.

Sənəddə həmçinin qeyd olunur ki, növbəti addım Avropa qitəsində “hərbi Şengen zonası”nın yaradılması olacaq.

Mövzu ilə bağlı Hurriyyet.az-a fikirlərini bildirən polkovnik Üzeyir Cəfərov qeyd edib ki, bu memorandum Mərkəzi-Şimali Avropada hərbi mobillik regionun yaradılması ilə bağlı sərhəd keçid prosedurlarının unifikasiyası, hərbi və hərəkətli nəqliyyat vasitələrinin birgə nəzarət və koordinasiyası, məlumat mübadləsinin səmərələşdirilməsi, həmçinin səkkiz ölkə arasında sinxronlaşdırılmış infrastrukturun inkişafı üçündür: “Yəni bütün bunlar bu memorandumda nəzərə alınıb. Litvanın Müdafiə Nazirliyinin yaydığı məlumatda müdafiə naziri Kaunas bildirib ki, koordinasiyalı hərbi mobillik son hadisələrin sonunda zərurətdən yaranıb. Zərurət də ondan irəli gəlir ki, artan təhlükələr, NATO-nun Şərq cinahında əməkdaşlığın gücləndirilməsi, bunlar hamısı ölkələrin qarşıya qoyduğu məqsədlərdir. Ona görə də Polşa ilə Litva bu məsələdə daha öncüldürlər və həmin səkkiz Avropa ölkəsi artıq koordinasiyalı şəkildə real təhlükələri görərək, hərbi mobilliklə bağlı sənəd imzalayıb”.

Ü.Cəfərov nəzərə çatdırıb ki, NATO-nun 4-cü və 5-ci maddəsi var: “Onun bir qədər fərqli formasını Avropa modelində tətbiq edirlər. Xüsusən NATO-nun Şərq cinahında birgə təhlükələrə qarşı koordinasiyalı şəkildə hərəkət etmək üçün imzalanıb. “Hərbi Şengen zonası” deyəndə, yəni bu səkkiz ölkə onsuz da bir-biri ilə sıx əlaqədədir və xüsusi tapşırıqlar üzrə hərbiçilərin bir-birinə gedib gəlməsində hər hansı bir maneə yoxdur və indiyə qədər də olmayıb. Rusiyanın yaratdığı Kollektiv Təhlükəsizlik Müqaviləsi ki var, yənin bunun NATO modelidir, daha çevik, mobil bir formasıdır. Ona görə də mən hesab edirəm ki, bu, çox səmərəli və uğurlu bir addımdır”.

CAVİD

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:216
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 21 Noyabr 2025 13:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see363

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see340

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see279

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see273

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see270

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see269

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see263

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see256

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see253

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see249

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see241

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see238

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see238

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see236

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see235

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see228

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see224

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see224

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see208

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri