Avropada qazın qiyməti od tutub yanır
Icma.az, Olke.az portalına istinadən məlumatı açıqlayır.
Ölkə.az xəbər verir ki, Niderlandın TTF habında oktyabr füçerslərinin dəyəri sentyabrın 10-da 4,04% artaraq "Forex" bazarındakı cari məzənnə nəzərə alınmaqla 1 MVt/saat üçün 82,45 avroya və ya 1 000 kubmetr üçün 1 006,2 dollara çatıb.
Qaz 2022-ci il dekabrın 22-dən bəri ilk dəfədir ki, 1 000 kubmetr üçün 1 000 dollarlıq həddən yuxarı ticarət olunur.
Avropada birja qaz qiymətləri Yaxın Şərqdə münaqişənin kəskinləşməsi və tədarük perspektivləri ilə bağlı narahatlıqların artması fonunda bahalaşır. Qaz böhranı Hörmüz boğazında gəmiçiliyin altı aydan çoxdur bağlı olması ilə əlaqələndirilir.
ABŞ, İsrail və İran arasında müharibə başladıqdan sonra boğazın demək olar ki, tamamilə bağlanması bazara mayeləşdirilmiş təbii qaz tədarükünün təxminən 20% azalmasına gətirib çıxarıb.
Baxış sayı:128
Bu xəbər 10 Sentyabr 2026 22:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















