Icma.az
close
up
RU
Avropada qərar verildi: Trampın planı reallaşır, eskalasiya riski...

Avropada qərar verildi: Trampın planı reallaşır, eskalasiya riski...

Icma.az, GlobalInfo saytına istinadən bildirir.

Avropa İttifaqının (Aİ) 150 milyard avro dəyərində yeni müdafiə fondunun yaradılacağı açıqlanıb. Avropa Komissiyasının sədri Ursula fon der Leyenin sözlərinə görə, fond yalnız bu regionda istehsal olunan silahları maliyyələşdirəcək.

Məlumata görə, bu addıma səbəb Avropanın Donald Trampın yenidən ABŞ prezidenti seçilməsindən sonra təhlükəsizlik siyasətinə yenidən baxılması zərurətini hiss etməsidir. Belə ki, region ölkələri Vaşinqtondan asılılığı azaldaraq yerli istehsala üstünlük verməyə çalışacaqlar.

Globalinfo.az-a danışan analitik Aqşin Kərimov deyib ki, Aİ-nin silahlanma məqsədilə militarizasiya fondu yaratması və onun büdcə həcmi üçün 150 milyard avro təyin etməsi Transatlantik mənzərədəki ziddiyyətlərdən qaynaqlanır:

“Hadisənin geosiyasi konteksti belədir:

– Avropa İttifaqında ABŞ-a münasibətdə nisbi əks cəbhədə dayanan Fransa, Almaniya, Polşanın maraqlarını Böyük Britaniya idarə edir,

– Bu isə Vaşinqtonun Ukrayna münaqişəsi fonunda təhlükəsizlik nizamını müəyyən etmək planları ilə uzlaşmır.

Nəticə olaraq Avropa İttifaqı sürətli və genişmiqyaslı transformasiyanın paralelində ABŞ Prezidenti Donald Trampla mövqe uyğunluğu qurmaqda çətinlik çəkir. Ukraynadakı müharibəyə yanaşmada özünü göstərən ixtilaflar Avropanın təhlükəsizlik düşüncəsini yenidən formalaşdırır. Çünki Aİ Tramp administrasiyası zamanında ABŞ-ın həlledici təhlükəsizlik yardımlarının azalacağı riskini təhlil edir. Buna görə də, boş dayanmır, üzv dövlətlər səviyyəsində müdafiə və təhlükəsizlik xərclərini əhəmiyyətli dərəcədə artırmaq üçün qəti addımlar atmağı hədəfləyir.

Hərçənd, nəzərə almaq lazımdır ki, ABŞ Avropanı Rusiyanın strateji maraqlarına bütövlükdə qurban verməyi prioritetləşdirmir”.


Aqşin Kərimov

Analitikin sözlərinə görə, Vaşinqton üçün əsas məsələ Avropanı Transatlantik norma və prinsiplərdən kənara çıxan yeni meyarlara tabe etdirməkdir:

“Görünür, bu, Aİ-də də təhlükəsizliklə bağlı ciddi narahatlıqlar yaradır. Ancaq Avropanın maliyyə yükünə görə məsuliyyət daşıması bir tərəfdən ABŞ üçün də sərfəlidir. Çünki Donald Trampın iqtisadi-ticari şüuru Ağ Evin Avropa üçün izafi xərclərə getməməsinə hesablanmışdı. Beləliklə, ABŞ ortaya çıxan təşəbbüsü artıq xərclərin azaldılması və Rusiyanın ambisiyalarının cilovlanması baxımından alqışlayır. Digər tərəfdən, Vaşinqton Brüssel ilə Moskvanı üz-üzə qoyaraq onların eskalasiya risklərini kənardan izləyir və idarə edir.

Lakin ABŞ Avropa İttifaqının bundan sonra hansı oyun qaydası quracağına şübhə ilə yanaşa bilər. Ona görə də, Vaşinqton hökuməti qısa və uzunmüddətli çağırışları təsvir edən variantlar təklif edəcək. Ehtimal ki, ABŞ bunu Rusiya-Ukrayna müharibəsinin tənzimlənməsi istiqamətindəki prioritetlərlə uyğunlaşdıracaq”.

Turan Rzayev
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 19 May 2025 22:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see257

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see228

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see224

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see188

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see181

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see175

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see172

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see171

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see168

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see167

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see157

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see152

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see150

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see148

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see145

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see143

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see143

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see140

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see137

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri