Icma.az
close
up
RU
Avropada QHT xətti ilə Azərbaycanın mina probleminə dair sərgilər keçirilir

Avropada QHT xətti ilə Azərbaycanın mina probleminə dair sərgilər keçirilir

Icma.az bildirir, Apa.az portalına istinadən.

Belçikanın paytaxtı Brüssel şəhərində Azərbaycanın mina qurbanlarına həsr olunmuş fotosərgi təşkil olunub.

Bu barədə APA-ya QHT-lərə Dövlət Dəstəyi Agentliyindən məlumat verilib.

Sərgi Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin donorluğu ilə “Gilavar” Foto Klubu İctimai Birliyi tərəfindən icra olunan “Təhlükənin kulMİNAsiya nöqtəsi” layihəsi çərçivəsində keçirilib. Layihənin Belçikadakı tərəfdaşı “Fireland” Azərbaycanlılar Birliyidir.

“Gilavar” Foto Klubu İctimai Birliyinin sədri Rəşad Mehdiyev bildirib ki, Avropa məkanında QHT xətti ilə Azərbaycanın mina probleminə dair bu miqyasda silsilə sərgilər ilk dəfədir: “Münhen, Nürnberq, Paris şəhərlərindən sonra bu dəfə Brüsseldə nümayiş etdirdiyimiz fotoları “danışan şəkillər” də adlandırmaq olar: “Onlar Azərbaycan torpaqlarına Ermənistan tərəfindən basdırılmış minaların qurbanı olan insanların hekayələridir. Biz susmayacağıq, vaxt yetişib, 30 illlik işğal dövründə dinc insanlara qarşı bu qəddarlığa görə məsuliyyət daşıyan Ermənistanın hərbi-siyasi rəhbərləri indi cavab verməlidir. Avropa İttifaqının paytaxtı sayılan Brüsseldən dünyaya xitabımız da ədalətin təmin olunması naminədir”.

Sərgidə mina qurbanı Elmir Bağırovun foto üzərində yazılıb: “İnsan öz torpağında tank əleyhinə minaya düşərmi? Təsəvvür etmək çətindir, amma mən sağ qaldım, 18 yaşım tamam deyildi, o gündən iztirab dolu həyatım başladı, gəncliyimi və iki ayağımı itirdim”. Hər iki ayağını və bir gözünü itirən digər mina qurbanı Samir Əlizadənin fotosu isə onun keçirdiyi hissləri dərk etməyə dəvət edir: “Bir addım, iki partlayış…Davamını siz deyin...”. Üst-üstə basdırılmış minalara düşərək ayağını itirən Rəhim Qaraşovun yaşadıqları isə növbəti faciədir: “Minaları üst-üstə basdırmaqla nə etməyə çalışıblar? Bu qədər qəddarlıq niyədir? İş yoldaşımı mina tələsindən xilas edərkən özüm qurbana çevrildim”.
Ziyarətçilər fotoların üzərindəki QR kodlar vasitəsilə Azərbaycanın mina probleminə dair əlavə məlumatlarla da tanış olublar.

“Gilavar” Foto Klubu İctimai Birliyi bu sərgini Avropada davam etdirməyi planlaşdırır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:179
embedMənbə:https://apa.az
archiveBu xəbər 03 Oktyabr 2025 10:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see714

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see350

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see349

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see318

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see306

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see302

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see283

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see281

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see269

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see259

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see254

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see236

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see236

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see224

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see223

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see219

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see219

Ağdaşda II Heyva və Aqrar Biznes festivalları Fotolar

07 Noyabr 2026 19:44see217

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see202

Athena Gökhan illərdir dəyişmədiyi saç rəngini dəyişdi Yeni görünüşü təəccübləndirdi

07 Noyabr 2026 21:40see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri