Sloveniyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb
Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakı, 12 oktyabr, AZƏRTAC
Azərbaycanın “Gilavar Foto Klubu” İctimai Birliyi BMT-nin 18-ci Dayanıqlı İnkişaf Məqsədi kimi “minasız dünya” məqsədinin elan edilməsi üçün başlatdığı beynəlxalq kampaniyanı Sloveniyanın Lyublyana şəhərində davam etdirib.
AZƏRTAC xəbər verir ki, Sloveniyanın Azərbaycan Türk Mədəniyyəti Assosiasiyasının tərəfdaşlığı ilə Konqres Meydanında ekspozisiya açılıb. Ekspozisiyada Ermənistanın mina müharibəsindən zərər çəkmiş azərbaycanlıların həyat hekayələrini, mina partlayışlarının ağır nəticələrini əks etdirən sənədli fotoşəkillər sərgilənib.
Diqqətə çatdırılıb ki, işğal dövründə Ermənistan tərəfindən Azərbaycan əraziləri minalarla kütləvi şəkildə çirkləndirilib, oktyabrın 8-də Cəbrayılın Dağmaşanlı kəndində növbəti mina partlayışı hadisəsi baş verib, 2 nəfər dinc sakin xəsarət alıb, beləliklə, minadan xəsarət alanların sayı 441-dən 443-ə çatıb. Bu rəqəm sərgidəki məlumat lövhəsində əks etdirilib.
“Gilavar” Foto Klubu Azərbaycanın QHT Agentliyinin və Qarabağ Dirçəliş Fondunun ANAMA-nın tərəfdaşlığı ilə birgə elan etdiyi “Mina və partlamamış hərbi sursatlar probleminə dair təşəbbüslər” qrant müsabiqələrinin 2026-ci il üzrə qalibidir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:162
Bu xəbər 12 Oktyabr 2026 10:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















