Icma.az
close
up
RU
Avropada rəqəmsal ziddiyyət

Avropada rəqəmsal ziddiyyət

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Sadələşdirmə, yoxsa yeni güc arxitekturası?

Fundamental hüquqlar, şəxsi məlumatların toxunulmazlığı, ədalətli rəqabət, şəffaflıq və insan mərkəzli texnologiyalar Brüsselin fərqləndiyi əsas sütunlardan biri hesab olunur. Lakin son illər Avropada maraqlı siyasi və iqtisadi gərginlik formalaşıb. Qitə bir tərəfdən texnoloji nəhənglərin nüfuzuna qarşı mübarizə aparır, digər tərəfdən isə onların qoyduğu tempdən geri qalmaqdan çəkinir.

Bu ziddiyyət Avropa Komissiyasının “Rəqəmsal Omnibus” və geniş rəqəmsal sadələşdirmə paketi ilə yeni mərhələyə qədəm qoyub. Paket özündə bürokratik yüngülləşdirmə və texnoloji çevikliyi ilə yanaşı, həm də Avropanın strateji düşüncə tərzində baş verən dərin dəyişiklikləri ehtiva edir.

Komissiyanın məqsədi şirkətləri administrativ yüklərdən azad etmək, innovasiyaya daha geniş meydan açmaq, süni intellekt və rəqəmsal xidmətlər üçün vahid oyun qaydaları yaratmaq və Avropanı yenidən qlobal rəqabətin aktiv oyunçusuna çevirməkdir. Məqsəd kağız üzərində sadə görünsə də, səhnə arxasında həm siyasi, həm iqtisadi, həm də ideoloji toqquşmalar baş verir. Çünki Avropa bu dəfə sadəcə yeni qanun hazırlamaqla kifayətlənmir, həm də özünü bir növ yenidən kəşf edir. “Süni İntellekt Aktı”nın bəzi müddəalarının 2026-cı ilin avqustundan 2027-ci ilin dekabrına qədər təxirə salınması ilk baxışdan texniki dəyişiklik təsiri bağışlayır. Əslində, hadisə daha geniş siyasi kompromisin carçısıdır - desək, yanılmarıq. Nəzərə alsaq ki, komissiya uzun müddətdir “Big Tech” şirkətlərini nəzarət altında saxlamağa çalışır, bu addım o qədər də təəccüb doğurmamalıdır. “Google”, “Meta”, “Microsoft”, “Amazon” “OpenAI” kimi texnologiya nəhəngləri Avropada sərt hüquqi çərçivələrə rast gəlir, reklam bazarından tutmuş məlumatların emalına qədər hər addımda “Avropa filtri” ilə üzləşirlər. Lakin qlobal süni intellekt yarışı elə sürətlə irəliləyir ki, Brüssel bu dəfə öz qaydalarının Avropanı geriyə salacağından ehtiyat etməyə başlayıb. ABŞ və Çinin sözügedən sahədə sürətlə irəlilədiyi bir zamanda Avropa daha mühafizəkar hüquqi strukturların yaratdığı ləngimə ilə barışmaq istəmir.

Komissiya “sadələşdirmə derequlyasiya deyil” desə də, Avropa ictimaiyyətində yaranan suallardan qaçmaq olmur. Maraqlıdır, həm məhdudiyyətin qorunması, həm də innovasiyanın geriləməməsi üçün balans necə tapılacaq? Yeni paket balans nöqtəsini müəyyənləşdirməyə cəhd edir. Komissiyanın təklif etdiyi dəyişikliklərdən biri də “Ümumi Məlumatların Qorunması Qaydaları”nın (GDPR) bəzi müddəalarının yüngülləşdirilməsi və aydınlaşdırılmasıdır. GDPR bu gün Avropanın “qüruru” hesab olunur. Məhz bu qanun vasitəsilə bütün dünyanın şəxsi məlumatlara yanaşması dəyişib. GDPR, eyni zamanda, innovativ şirkətlər üçün ən böyük maneələrdən birinə çevrilib. Artıq “Google”, “Meta”, “OpenAI” kimi şirkətlərin Avropa vətəndaşlarının şəxsi məlumatlarından süni intellekt modellərinin təlimində istifadə edə bilməsi məsələsi gündəmdədir. Bu, ictimai müzakirədə ziddiyyətli reaksiyalar doğurur. Maraqlıdır, məlumatın həm hüquqi, həm iqtisadi dəyər daşıdığı bir dövrdə Avropa öz resurslarını ABŞ korporasiyalarının istifadəsinə açırsa, bunun qarşılığında nə əldə edəcək? Avropanın bu addımı transatlantik əməkdaşlığın güclənməsi kimi yozula bilər, lakin, eyni zamanda, qitənin texnoloji suverenliyi ilə bağlı sualları da artırır.

“Rəqəmsal Omnibus” paketində ən çox diqqət çəkən yeniliklərdən biri kibertəhlükəsizlik hesabatlarının vahid sistemə inteqrasiyasıdır. Aİ-də fəaliyyət göstərən minlərlə şirkət üçün ciddi yüngülləşmə və xərclərin azalması anlamına gələn proses xüsusi maraq doğurur. Məsələn, hazırda hər hansı bir kibertəhlükəsizlik insidenti baş verəndə şirkətlər bir neçə quruma ayrı-ayrılıqda hesabat göndərir, müxtəlif platformalarda fərqli formatlarla işləməyə məcbur olurlar. Vahid mexanizmin yaradılması isə prosesin sürətini artıracaq və insidentlər üzrə statistikanın daha dəqiq toplanmasına imkan verəcək. Lakin burada incə bir nüans var: məlumatların mərkəzləşdirilməsi Avropanın öz təhlükəsizlik infrastrukturunda yeni zəifliklərin yaranması ehtimalını artırır.

“Avropa Biznes Pulqabısı” təşəbbüsü isə Aİ daxilində idarəetmə qaydalarını köklü şəkildə dəyişir. Belə olan halda, şirkətlər sənədləri rəqəmsal imzalayacaq, möhürləyəcək, paylaşacaq və digər üzv ölkələrlə təhlükəsiz şəkildə ünsiyyət qura biləcəklər. Bu, bir növ, Şengenin biznes versiyasıdır. Mövcud situasiyada Avroittifaqın ən böyük çatışmazlıqlarından biri daxili bazarın tam harmonizasiya olunmamasıdır. Vergilər, lisenziyalar, icazələr və sənədləşmə bir çox şirkət üçün yeni ölkələrlə əlaqəlar qurmağı çətinləşdirir. Brüssel bu təşəbbüslə həmin maneələri aradan qaldırmağa və şirkətləri Avropa daxilində sərbəst hərəkətə təşviq etməyə çalışır. Əgər layihə gözlənilən şəkildə işləsə, Aİ biznes mühitində illik 150 milyard avroya yaxın qənaət oluna bilər. Görünür, bu addım Aİ-nin iqtisadi inteqrasiyanı yeni səviyyəyə qaldırmaq üçün istifadə etdiyi siyasi alətdir.

Komissiyanın yeni “Məlumat İttifaqı Strategiyası” da məhz bu siyasi çərçivəyə daxildir. Avropa illərdir məlumat suverenliyini qorumağa çalışır. Qitədə istehsal olunan məlumatların ABŞ və Çin platformalarının əlində toplanması Brüsseli narahat edir. Yeni strategiya məlumatların sızmasının qarşısını almaq üçün hüquqi və texniki mexanizmlər yaradır, həssas məlumatların qorunmasını gücləndirir və üçüncü ölkələrdə Avropa məlumatlarının qanunauyğun istifadə olunmasına dair meyarlar təyin edir. Beləliklə, “qoca qitə” özünün “rəqəmsal geopolitika” konsepsiyasını formalaşdırır. Daha dəqiq desək, məlumatın necə istifadə olunacağı artıq Avropanın qlobal rolu ilə birbaşa bağlı olacaq.

Brüssel hazırda iki təzyiq xətti arasında qalıb: bir tərəfdə “Big Tech”, digər tərəfdə ABŞ hökuməti. Vaşinqton Avropanın sərt tənzimləmələrindən və Avropa bazarında innovasiya sürətinin zəifləməsindən narahatdır. Bununla yanaşı, populist və avroskeptik siyasi qüvvələr də mövcuddur. Onlar Avrokomissiyanı lazımsız tənzimləmələr yaratmaqda, şirkətləri boğmaqda günahlandırırlar. Həmin təzyiqlər fonunda Komissiya hüquqi çərçivələri qorumağa çalışır. Təqdim edilən sadələşdirmə paketi də məhz bu tarazlığı tapmaq cəhdidir. Sual verilə bilər ki, Avropa sadələşdirmə adı altında öz tənzimləmə modelini yumşaldır, yoxsa yeni güc arxitekturası qurur? Brüsselin məntiqinə görə, paket Avropanın rəqəmsal bazarını daha çevik və rəqabətqabiliyyətli edəcək, qitənin süni intellekt yarışında geridə qalmasının qarşısını alacaq. Lakin bir çox analitiklər hesab edirlər ki, süni intellekt sahəsində qaydaların təxirə salınması qitənin indiyə qədər müdafiə etdiyi dəyərlər və etik çərçivələr üçün risk yarada bilər. Süni intellektin biometrik identifikasiya, kredit qabiliyyətinin qiymətləndirilməsi, yol hərəkəti, hüquq-mühafizə və səhiyyə kimi sahələrdə tətbiqinin ləngidilməsi birmənalı deyil. Bir tərəfdən şirkətlərə hazırlıq üçün vaxt verilir, digər tərəfdən isə bu sahələrdə risklərin artması ehtimalı var. Ən mühüm sual isə budur: Avropa sadələşdirilmiş qaydalarla özünü daha güclü edə biləcək, yoxsa yenə də texnoloji nəhənglərin diktə etdiyi tempin arxasınca qaçacaq? Bu sualın cavabı hələ məlum deyil. Lakin bir şey dəqiqdir ki, Aİ rəqəmsal çağın ən mühüm dönüş nöqtələrindən birində dayanır. Brüssel tənzimləmə modelini yenidən qurur, dünya isə onun atacağı addımları diqqətlə izləyir. Çünki Avropa bu paketlə həm də siyasi identikliyini müəyyənləşdirir.

“Qoca qitə” innovasiya ilə hüququn, iqtisadiyyatla dəyərlərin, çevikliklə təhlükəsizliyin arasında yeni balans axtarır. Balans tapılsa, Avropa yeni rəqəmsal dövrün liderlərinə çevrilə bilər. Tapılmasa, qlobal yarışda yenidən geriləmək riski yüksəkdir. Şübhəsiz, qitənin gələcəyi məhz bu dönəmin nəticələrindən asılı olacaq.

Nəzrin ELDARQIZI
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:136
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 22 Noyabr 2025 12:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see400

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see311

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see291

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see281

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see272

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see268

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see260

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see260

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see259

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see240

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see225

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see219

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see217

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see215

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see215

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see214

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see213

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see209

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see204

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri