Icma.az
close
up
RU
Bu mövsüm cəzalandırılan hakimlər SİYAHI

Bu mövsüm cəzalandırılan hakimlər SİYAHI

Icma.az xəbər verir, Bizim media saytına əsaslanaraq.

Başa çatmaqda olan futbol üzrə Azərbaycan Premyer Liqasının 2025/26-cı il mövsümü həm də hakim qərarları ilə yaddaqalan olub. Bəzən bu qərarlar birbaşa oyunun yekun hesabına təsir edib və nəticəni dəyişdirib.
Hakim qərarları barədə bir neçə Premyer Liqa klubu rəsmiləri öz narazılığını dəfələrlə dilə gətirib. Bu etiraz həm də sözügedən klubların böyük məbləğdə cəzalanmasına səbəb olub.
Eyni zamanda, AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov oyunların həftəlik icmal şərhlərində səhv qərarları açıqlayıb və buna müvafiq olaraq həmin hakimlər haqqında cəzalar verilib.
Bizim.Media bu il cəzalandırılan Premyer Liqa hakimlərinin adlarını təqdim edir:
Əliyar Ağayev
Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyunu çərçivəsində keçirilən "Turan Tovuz" - "Zirə" (0:2) matçında verdiyi qərarlarla gündəmə gələn matçın baş hakimi Əliyar Ağayev ağır cəza alıb. Penalti epizodlarında matçı davam etdirən təcrübəli FIFA referisi mövsümün beş turunda Premyer Liqa oyunlarına təyinat almayıb.
Cavid Cəlilov
Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyunu çərçivəsində keçirilən "Turan Tovuz" - "Zirə" (0:2) matçında  VAR hakimi olan Cavid Cəlilov cəzalandırılıb. C.Cəlilov matçın 70-ci dəqiqəsində Qismət Alıyevin Roderik Millerin ayağını tapdaladığı epizodda potensial penaltini düzgün dəyərləndirə bilməyib və Əliyar Ağayevi monitora çağırmayıb. Oyunun nəticəsinə birbaşa təsir edən qərar olduğundan o da 5 oyuna təyinat almayıb.
İnqilab Məmmədov
Misli Premyer Liqasının 28-ci turunda "Zirə" - "Neftçi" matçında verdiyi səhv qərarla yadda qalan İnqilab Məmmədov Premyer Liqa oyununa təyinat almayıb. Nəticədə o, 2-ci liqa matçına göndərilib. Hakim "Xankəndi" - "Qaradağ Lökbatan" oyununun baş hakimi olub.
Qeyd edək ki, o, "Zirə" - "Neftçi" matçının son dəqiqələrində meydan sahiblərinin ofsayddan vurduğu qolu qeydə almışdı.
Naibə, Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://bizim.media
archiveBu xəbər 16 May 2026 13:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Süni intellekt xərçəng müalicələrinin seçilməsinə kömək edə bilər

07 Sentyabr 2026 06:01see261

Şəkili tibb işçisi: Əməkhaqqı artımı dövlətin səhiyyə işçilərinə göstərdiyi diqqətin bariz nümunəsidir VİDEO

07 Sentyabr 2026 15:16see260

Bakıda bu evlər söküldü

07 Sentyabr 2026 15:21see252

Səudiyyə Ərəbistanında Qlobal Səhiyyə Sərgisi keçiriləcək

07 Sentyabr 2026 15:42see250

Agentlik rəhbəri: Enerji sistemində tələbatın artımı ciddi məsələdir

07 Sentyabr 2026 17:10see246

“Elm və din üz üzə qoyulmamalıdır” TURAL İRFAN

08 Sentyabr 2026 14:20see238

Payızda nələrə baxmaq lazımdır: Yağışlı bir axşam üçün ən yaxşı 3 film

07 Sentyabr 2026 15:46see235

Əhali azalır, robotlar artır: Natiq Cəfərli gələcəklə bağlı PROQNOZ VERDİ

07 Sentyabr 2026 19:14see232

AMB: Azərbaycanda daxili karbon bazarının yaradılması üçün infrastruktura indidən başlanılmalıdır

07 Sentyabr 2026 16:09see228

İşlə təmin olunan əlilliyi olan şəxslərin sayı AÇIQLANDI RƏSMİ/ÖZƏL

07 Sentyabr 2026 17:11see220

ABŞ də daha heç bir Bombardier satışı olmasın Trampdan çağırış

08 Sentyabr 2026 00:46see220

AFFA prezidenti “Qarabağ”ı təbrik etdi

08 Sentyabr 2026 01:02see217

2 günə 5 kilo arıqlamaq mümkündür? Dietoloq açıqladı

07 Sentyabr 2026 20:58see205

Milli Qəhrəman Mübariz İbrahimovun ev muzeyi təmir olunacaq

07 Sentyabr 2026 18:40see202

Sabiq Qarabağ lı Türkiyədə qalmaqala səbəb oldu

08 Sentyabr 2026 00:48see202

Merih Demiralın ailəsində böhran? Həyat yoldaşının bir hərəkəti diqqət çəkdi

08 Sentyabr 2026 02:36see195

90 min yox, 180 min manat Kompensasiya ilə bağlı YENİ TƏKLİF

07 Sentyabr 2026 20:21see194

Düyü, kartof və makaronu soyuq yeyin Səbəb

08 Sentyabr 2026 02:10see180

Ölkədə neçə uşaq valideynlərindən biri ilə yaşayır? STATİSTİKA

07 Sentyabr 2026 19:44see173

Lerikdə 14 kq narkotik aşkarlanıb

08 Sentyabr 2026 02:36see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri