Icma.az
close
up
RU
Avropada sağ və millətçi partiyalara qarşı repressiyalar artıb Natiq Cəfərlinin ŞƏRHİ

Avropada sağ və millətçi partiyalara qarşı repressiyalar artıb Natiq Cəfərlinin ŞƏRHİ

Icma.az, Sitat.info portalına istinadən məlumat verir.

"Son zamanlar Avropada sağ və millətçi siyasətçilərə, partiyalara qarşı repressiyalar artıb, “psevdo-sol və psevdo-liberallar” seçkidə uduzurlar deyə, anti-demokratik üsullara keçiblər. Həm Avropada, həm də bizdə bəzi “intellektuallar” bu repressiyalara haqq qazandırmağa çalışırlar və ən böyük “arqumentləri” də odur ki, zamanında 1933-də Hitlerin qarşısı alınmadı, sonra milyonlarla insan həlak oldu, yəni, o da seçki yolu ilə gəlmişdi. Bu yanaşma emosional istismardan başqa bir şey deyil".

Bu sözləri Sitat.info-ya açıqlamasında Real Partiyasının sədri Natiq Cəfərli deyib. 

O bildirib ki,  indi 1930-lar deyil, ikincisi Hitlerin hakimiyyətə gəlməsi 1-ci Dünya Müharibəsindən sonra alman xalqının, elə həmin Qərb dövlətləri tərəfindən alçaldılması böyük rol oynadı: "Amma, Hitlerin hakimiyyətə gəlməsində Stalinin də rolu olub. Qısa xronologiyanı hamımız xatırlayaq: 1932-ci ildə Almaniya kansleri Franz von Papenin hökumətinə Kommunist Partiyası tərəfindən (rəhbəri məşhur Ernst Thalman) Almaniya Reystaqında (Parlament) etimatsızlıq səsverməsi nəticəsində koalisiya dağılır, yeni seçkilər keçirilir.  6 noyabr 1932-ci ildə seçkilər keçirilir, Hitlerin partiyası 1-ci yer tutsa da (196 yer qazanır), təkbaşına hakimiyyətə gələ bilmir. Növbəti yerlərdə 121 nəfər deputatla Otto Wels-in Almaniya Sosial-Demokrat Partiyası, 100 nəfər deputatla isə Ernst Thalman-nın Kommunist Partiyası tutur. Parlamentə daha 3 partiya da düşmüşdü, onlar, əsasən, konservativ ideologiyalı partiyalar idi.

Bu seçkidən sonra Sosial-Demokratlar və Kommunistlər koalisiya qura bilərdilər, hətta daha 2 kiçik konservativ pariya da koalisiyaya qoşula bilərdi. Amma Stalin məktub yazaraq Ernst Thalmana Sosial-Demokratlarla eyni koalisiyada olmamağı tövsiyə edir, bununla da danışıqlar baş tutmur, hökumət formalaşmır, 1933-də daha iki dəfə seçki keçirilir - martdakı seçkilərdən sonra yenə hökumət qurulmur və noyabrda yenidən seçki keçirilir və Hitler hakimiyyətə gəlir. Amma, yenə də “solun” səhvlərinə görə olur. 1934-cü ildən diktaturaya doğru addımlar atılır. Hitler elə ilk olaraq Kommunistləri və Sosial-Demokratları repressiyaya uğradır".

N.Cəfərli hesab edir ki, bu bəhanə ilə sağçıları əzmək siyasi səhvdir: "Yəni, müxtəlif səbəblərə, səhvlərə görə seçkidə böyük üstünlük qazanmadan, amma opponentlərinin axmaqlığı ucabatından Hitler hakimiyyətə gəlib deyə,  indi bunu bəhanə edib dünyada sağ, millətçi siyasətçiləri əzmək nəinki doğru deyil, hətta siyasi səbatsızlıqdır – çünki, əzilən sağ və millətçilər bundan bəslənərək daha böyük güc olacaqlar. Tramp örnəyi bunu göstərir". 

Sitat.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://sitat.info
archiveBu xəbər 01 Aprel 2025 15:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see249

Bundesliqa futbolçusu İngiltərə klublarının HƏDƏFİNDƏ

21 Dekabr 2025 03:47see207

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see182

A Seriyası: Yuventus Roma nı əliboş yola saldı

21 Dekabr 2025 02:02see160

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see155

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see154

Azərbaycanda qeyri adi toy FOTO

21 Dekabr 2025 03:49see151

Prezidentin MDB ölkələri liderlərinin qeyri rəsmi sammitində iştirakı gözlənilir

21 Dekabr 2025 00:59see151

Voltemade ilk 20 dəqiqədə “Çelsi”nin qapısına iki qol vuran dördüncü oyunçu olub

21 Dekabr 2025 02:45see149

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see148

“Hakimlərin bizə qarşı kobud səhvləri ilə üzləşirik” “Sabah”ın məşqçisi

21 Dekabr 2025 00:31see144

Mərkəzi oyunu “Yuventus” qazandı

21 Dekabr 2025 02:25see143

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see138

“Güllü”nün qızı həbsdə ilk dəfə danışdı

21 Dekabr 2025 00:55see137

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see135

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see133

İngiltərə Premyer Liqası: Liverpul azlıqda qalan Tottenhem i məğlubiyyətə uğratdı

21 Dekabr 2025 00:00see132

İlon Mask buna görə dünyada birinci oldu rekordu yenilədi

21 Dekabr 2025 02:44see131

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see130

Türkiyədə daha üç məşhur barədə həbs qərarı çıxarıldı

21 Dekabr 2025 02:44see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri