Icma.az
close
up
RU
Tramp Putini sülhə razı sala biləcəkmi? Şahin Cəfərlinin şərhi

Tramp Putini sülhə razı sala biləcəkmi? Şahin Cəfərlinin şərhi

Bakupost saytından alınan məlumata görə, Icma.az bildirir.


"Tramp prezident kreslosuna əyləşdikdən sonra Ukrayna mövzusunda ilk açıqlamasında bildirdi ki, Zelenski sülhə hazırdır, Putin isə yox.

Onun sözlərinə görə, Putin sülhə razılıq verməməklə Rusiyanı məhvə aparır: "Onun işləri yaxşı getmir və bu, onu sevindirə bilməz... Çoxları müharibənin bir həftəyə bitəcəyini düşünürdü, amma artıq üç ildir davam edir... Düşünürəm ki, Rusiyanın böyük problemləri olacaq..."

Tramp onu da əlavə edib ki, Rusiyanın 1 milyon, Ukraynanın isə 700 min itkisi var. Amma bu rəqəmlər bir az şişirtmədir".

Bakupost.az xəbər verir ki, bunu politoloq Şahin Cəfərli bildirib.

Onun sözlərinə görə, Tramp-Putin görüşündən və iki ölkə nümayəndələrinin təmaslarından sonra Ukrayna məsələsində anlaşma əldə etməyin mümkün olub-olmayacağı barədə təsəvvür yaranacaq.

"Rusiyanın hazırkı mövqeyi onu deməyə əsas verir ki, razılığa gəlmək olduqca çətin məsələdir. Çünki əvvəla, Rusiyanın Ukraynada müharibəni dayandırmaqla bağlı şərtləri çox ağırdır və Tramp nə qədər müharibəni tez bitirmək istəsə belə, bu şərtlərlə razılaşması mümkün görünmür. Əlbəttə, istənilən tərəfin maksimalist mövqeyi danışıqlar öncəsi taktika da ola bilər və masada geri addım atılması, güzəşt ehtimalı hər zaman var. Amma məsələ burasındadır ki, Rusiya tərəfi müzakirələrin təkcə Ukrayna ilə məhdudlaşmamalı olduğunu deyir. Putin hesab edir ki, ümumən “problemi doğuran səbəblər” Rusiya və ABŞ arasında müzakirəyə çıxarılaraq həll olunmalıdır.

Rusiya məsələyə bütün Avropada təhlükəsizlik arxitekturasının yenidən qurulmasının zəruriliyi nöqteyi-nəzərindən yanaşır və bu coğrafiyada öz maraqlarının ABŞ tərəfindən tanınmasını, yəni bir növ nüfuz dairələrinin bölüşdürülməsini təklif edir. 2021-ci ilin dekabrında Rusiya bu barədə təkliflərini ultimativ formada ABŞ və NATO-ya təqdim etmişdi. İndi belə görünür ki, Moskva müzakirələrin həmin mövzular əsasında aparılmasını istəyir.

Tramp əlbəttə ki, nə Avropanın dərdinə yanır, nə də Ukraynanın. Amma ABŞ dövlətinin başçısı kimi Rusiyanın bu absurd tələbləri ilə razılaşması mümkün deyil. Qısaca deyim ki, reallıqdan uzaq, Putinin imperialist təxəyyülünün məhsulu olan məsələlərdən söhbət gedir.

Əgər Rusiya məqbul şərtlərlə atəşkəsə hə deməsə, ABŞ sanksiya rejimini daha da ağırlaşdıra bilər. Yeni maliyyə naziri Skott Bessent ehtiyac yaranarsa, Rusiya enerji sektoruna daha sərt sanksiyalar tətbiq etməyə hazır olduğunu bildirərək Bayden hökumətini bu məsələdə zəif davranmaqda qınayıb.

P. S. Yeni dövlət katibi Marko Rubio Senatda yekdilliklə, bütün demokratların da səsi ilə bu vəzifəyə təsdiqlənərək arxasında güclü dəstəklə işə başlayıb", - deyə Ş.Cəfərli vurğulayıb.

Lalə, BakuPost


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:279
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 21 Yanvar 2025 16:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see342

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see334

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see328

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see268

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see265

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see249

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see244

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see236

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see228

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see226

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see223

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see221

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see220

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see216

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see208

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see204

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see200

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see189

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see188

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri