Avropada vərəmlə bağlı həyəcan Yoluxma halları son illərin rekord səviyyəsinə çatdı
Icma.az bildirir, Azpolitika.az saytına əsaslanaraq.
Avropada, xüsusilə də İngiltərədə vərəm (tüberküloz) halları son illərin ən yüksək göstəricisinə yüksəlib.
Rəsmi məlumatlara görə, İngiltərədə 2024-cü ildə qeydə alınan vərəm halları əvvəlki illə müqayisədə 14 faiz artıb. Bu göstərici ölkədə milli qeydiyyat sisteminin tətbiqindən bəri müşahidə olunan ən yüksək illik artım kimi qeydə alınıb.
Xəstəlik əsasən ağciyərləri zədələyir. Ən çox rast gəlinən əlamətlər arasında uzunmüddətli öskürək, yüksək hərarət, gecə tərləməsi və qəfil arıqlama yer alır.
Mütəxəssislər xəbərdarlıq edirlər ki, üç həftədən çox davam edən öskürəyi və izaholunmaz çəki itkisi olan şəxslər vaxt itirmədən tibbi müayinə və testlərdən keçməlidirlər.
Hazırda yoluxma halları əsasən London, Vest Midlands, Yorkshire və İngiltərənin cənub-qərb bölgələrində daha intensiv baş verir.
"AzPolitika.info"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:63
Bu xəbər 27 Oktyabr 2025 11:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















