Avropada X sosial şəbəkəsinə alternativ olaraq W sosial şəbəkəsi istifadəyə verilib
Icma.az xəbər verir, Oxumeni.az saytına əsaslanaraq.
Avropada X sosial şəbəkəsinə və Amerika şirkətlərinin nəzarətində olan digər xidmətlərə alternativ kimi yeni W sosial platforması fəaliyyətə başlayıb. Oxuməni.az-ın məlumatına görə, bu barədə “Kommersant” xəbər verir.
Layihə ilk növbədə Avropa auditoriyasına yönəlib və hakimiyyət orqanlarının, ictimai təşkilatların “sistemli dezinformasiyanın” yayılması və rəqəmsal platformalar üzərində nəzarətin itirilməsi ilə bağlı narahatlıqlarına cavab olaraq yaradılıb.
W-nin rəhbəri əvvəllər məxfilik üzrə baş mütəxəssis vəzifəsində çalışmış eBay-in keçmiş top-meneceri Anna Zayter olub. Tərtibatçıların bəyanatlarından göründüyü kimi, platforma Amerika sosial şəbəkələrindən uzaqlaşmaq və Avropa İttifaqı daxilində idarə olunan və yerləşdirilən xidmətdən istifadə etmək istəyən istifadəçilər üçün nəzərdə tutulub.
Yaradıcıların fikrincə, W adı iki V hərfindən – values (“dəyərlər”) və verified (“doğrulama”) yaranıb. Layihənin əsasında yoxlanılmış mənbələrdən istifadə, istifadəçilərin məcburi identifikasiyası, bütün infrastrukturun Avropada yerləşdirilməsi və yerli idarəetmə orqanları tərəfindən nəzarət prinsipləri durur. Platformaya Avropa şirkətləri, eləcə də əsasən İsveçdən olan keçmiş siyasətçilərin daxil olduğu məsləhət şurası dəstək verir.
W sosial şəbəkəsinin istifadəyə verilməsi Avropa siyasətçilərinin və tənzimləyicilərinin ictimai və siyasi müzakirələr üçün rəqəmsal məkanlar üzərində nəzarəti bərpa etmək istəyi fonunda baş verir. W-də vurğulayırlar ki, platforma əvvəldən avropalıların nəzarətində qalan bir layihə kimi yaradılır.
Sosial şəbəkənin istifadəyə verilməsini Anna Zayter özü elan edərək qeyd edib ki, “Avropada yaradılan, idarə olunan və yerləşdirilən sosial platformaya təcili ehtiyac var”, onun əsas prinsipləri isə istifadəçilərin doğrulanması, söz azadlığı və məlumatların qorunması olmalıdır.
Hazırda W wsocial.eu ünvanında beta-test rejimində mövcuddur. Qeydiyyat üçün xüsusi kod tələb olunur, mobil tətbiqlər hələ təqdim olunmayıb. Tərtibatçıların sözlərinə görə, tam istifadəyə verildikdən sonra istifadəçilər məzmun dərc etmək üçün şəxsiyyətlərini təsdiqləməli olacaqlar və sosial şəbəkənin bütün məlumatları Aİ daxilindəki serverlərdə saxlanılacaq.
Almaz Həsənli
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:51
Bu xəbər 26 Yanvar 2026 12:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















