Avropada yeni sərhəd nəzarəti sistemi britaniyalılar üçün ciddi problemlər yaradır
Azertag saytına istinadən Icma.az xəbər verir.
London, 18 noyabr, AZƏRTAC
Avropa İttifaqının Şengen zonasına giriş və çıxışların elektron qeydiyyatını nəzərdə tutan yeni sistemi (Entry-Exit System – EES) britaniyalı sərnişinlər üçün ciddi çətinliklər yaratmaqda davam edir.
AZƏRTAC “The Telegraph”a istinadla xəbər verir ki, sistemdəki texniki nasazlıqlar səbəbindən bəzi sərnişinlər təyyarə uçuşlarını qaçırıb, ən azı bir nəfər isə səhvən deportasiya edilib.
Qeyd edən edək ki, uzun müddət təxirə salınan rəqəmsal sərhəd nəzarəti sistemi 2025-ci ilin oktyabrında tətbiq olunmağa başlayıb və 2026-cı ilin aprelindən etibarən bütün Şengen zonasında tam fəaliyyətə keçib.
Yeni qaydalara əsasən, Böyük Britaniya vətəndaşları da daxil olmaqla, Avropa İttifaqına üzv olmayan ölkələrin vətəndaşları Şengen zonasının sərhədini ilk dəfə keçərkən elektron məlumat bazasında qeydiyyata düşməlidirlər. Bu zaman onların pasport məlumatları, üzlərinin biometrik təsviri və sağ əllərinin dörd barmaq izi sistemə daxil edilir.
EES sistemi Şengen zonasına daxil olan 29 ölkənin sərhəd-keçid məntəqələrini Fransanın Strasburq şəhərində yerləşən mərkəzi məlumat bazası ilə əlaqələndirir. Sistemin ehtiyat məlumat bazası isə Avstriyada yerləşir.
Lakin sistemin tətbiqi zamanı ölkələr arasında prosedur fərqlərinin olması və texniki problemlər sərhəd-keçid məntəqələrində çətinliklərə səbəb olub. Şengen zonasına daxil olan hər bir ölkə sistemin öz ərazisində tətbiqinə cavabdehdir və bəzi dövlətlər ümumi qaydaları fərqli şəkildə həyata keçirirlər.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:53
Bu xəbər 18 Noyabr 2026 18:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















