Icma.az
close
up
RU
Avropadakı qeyri müəyyənlik avronu zəiflədib

Avropadakı qeyri müəyyənlik avronu zəiflədib

Icma.az, Banco.az portalına istinadən məlumat yayır.

Müəllif:Mehin Qasımova,Banco.az

Avropada artan maliyyə və siyasi qeyri-müəyyənliklər avronun dollara qarşı məzənnəsinə təzyiq göstərir. Avro 2025-ci ilin may ayından bəri ən aşağı səviyyəsinə düşüb və il ərzində dəyərinin təxminən 5%-ni itirib.

Banco.az xəbər verir ki, bu barədə “Bloomberg HT” məlumat yayıb.

Avronun zəifləməsinə Avropanın aparıcı iqtisadiyyatlarında yaranan problemlər, qlobal istiqraz bazarındakı dəyişkənlik, Yaxın Şərqdəki gərginlik və yüksək enerji xərcləri təsir göstərir. Davam edən inflyasiya təzyiqləri də avronun mövqeyini zəiflədir.

Fransada büdcə kəsirinin artması, siyasi böhran və etirazlar, İspaniyada isə erkən seçkilərlə bağlı qərar Avrozonada qeyri-müəyyənliyi gücləndirib. İtaliyanın yüksək borc yükü ilə bağlı narahatlıqlar da Avropa bazarlarına təzyiq göstərir. Bu vəziyyət 2012-ci ildə yaşanan Avrozonanın borc böhranı ilə bağlı narahatlıqları yenidən gündəmə gətirib.

Fransanın borc yükü və büdcə kəsiri narahatlıq yaradır

Avronun ucuzlaşmasına təsir edən əsas amillərdən biri Avrozonanın ikinci ən böyük iqtisadiyyatı olan Fransanın maliyyə vəziyyətidir. Qlobal istiqraz bazarındakı satışlar fonunda Fransanın 10 illik dövlət istiqrazlarının gəlirliliyi 2002-ci ildən bəri ən yüksək səviyyəyə yüksələrək 5%-ə yaxınlaşıb.

Məlumatda qeyd olunur ki, Fransanın dövlət büdcəsinin kəsiri ÜDM-in 5,8%-nə çatıb. Bu göstərici Avropa İttifaqının müəyyən etdiyi 3%-lik həddi xeyli üstələyir. Ölkənin dövlət borcu isə 3,596 trilyon avroya yüksələrək ÜDM-in 119%-nə çatıb.

Fransanın borc yükünün artması və borclanma xərclərinin yüksəlməsi investorların narahatlığını gücləndirir. Fransa ilə Almaniyanın dövlət borclanması üzrə xərcləri arasındakı fərqin 2012-ci il borc böhranından bəri ən yüksək səviyyəyə çatması da bazarlardakı gərginliyi artırır.

Dollar təhlükəsiz aktiv kimi mövqeyini qoruyur

Avropadakı siyasi və maliyyə riskləri İspaniyada da özünü göstərir. Mənzil bazarı siyasəti ətrafında yaranan problemlər və Baş nazir Pedro Sançezin noyabr ayında erkən parlament seçkiləri keçirmək qərarı ölkədə siyasi qeyri-müəyyənliyi artırıb.

Digər tərəfdən, Yaxın Şərqdəki geosiyasi gərginlik qlobal investorların dollara marağını gücləndirir. ABŞ-ın dövlət borcunun yüksək olmasına və büdcə xərcləri ilə bağlı narahatlıqlara baxmayaraq, dollar beynəlxalq bazarlarda təhlükəsiz aktiv kimi qəbul edilməkdə davam edir.

Nəticədə Avropada artan risklər və dollara tələbin güclənməsi avro/dollar məzənnəsinin aşağı düşməsinə səbəb olur. Mənbənin məlumatına görə, ilin əvvəlində 1,21 səviyyəsinə yüksələn avronun dollara qarşı məzənnəsi sonradan 1,11-ə qədər geriləyib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://banco.az
archiveBu xəbər 13 Oktyabr 2026 14:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see300

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see300

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see279

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see275

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see264

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see261

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see253

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see247

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

26 Noyabr 2026 15:04see240

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see236

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see234

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see234

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see232

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see218

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see217

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see213

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

26 Noyabr 2026 18:03see208

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see208

T. Edison, S. Dali və A. Eynşteyn yeni ideyalar üçün bu dalğalardan istifadə edib

26 Noyabr 2026 12:32see200

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri