Alimlər qabyuyan süngərlərdə gözlənilməz təhlükələr barədə xəbərdarlıq edir
Icma.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Qab yumaq üçün istifadə olunan mətbəx süngərləri istifadəsi zamanı həqiqətən də mikroplastik hissəciklər ifraz edir.
Demokrat.az xəbər verir ki, bu nəticəyə Almaniyanın Bonn Universitetinin tədqiqatçıları gəliblər. Araşdırmanın nəticələri "Environmental Advances" (EA) jurnalında dərc olunub.
Mətbəx süngərləri hər gün dünya üzrə milyonlarla insan tərəfindən istifadə olunsa da, onların mikroplastik çirklənməyə təsiri indiyədək kifayət qədər araşdırılmamışdı. Bu boşluğu doldurmaq məqsədilə alimlər laboratoriya təcrübələrini Almaniya və Şimali Amerikadan olan könüllülərin təqdim etdiyi məlumatlarla birləşdirərək geniş tədqiqat aparıblar.
İştirakçılar gündəlik məişət şəraitində üç fərqli növ süngərdən istifadə edib və onların istifadəsi ilə bağlı məlumatları qeydə alıblar. Alimlər material itkisini müəyyən etmək üçün süngərləri istifadə olunmazdan əvvəl və sonra çəkiblər. Bundan əlavə, qab yuma zamanı yaranan mexaniki təsirləri imitasiya edən "SpongeBot" adlı avtomatlaşdırılmış qurğu vasitəsilə laboratoriya sınaqları həyata keçirilib.
Araşdırma nəticəsində məlum olub ki, sınaqdan keçirilən bütün süngərlər zamanla aşınır və mikroplastik hissəciklər buraxır. Süngərin tərkibindən asılı olaraq bir nəfər üçün illik mikroplastik emissiyası 0,68 qramdan 4,21 qrama qədər dəyişir. Plastik tərkibi daha az olan məhsullar isə əhəmiyyətli dərəcədə daha az hissəcik ifraz edib.
Bununla belə, həyat dövrü analizləri göstərib ki, mikroplastik bu prosesdə ətraf mühitə təsirin əsas mənbəyi deyil. Əl ilə qab yuman zaman ətraf mühitə ümumi təsirin 85-97 faizi su sərfiyyatı ilə bağlıdır. Bu baxımdan mikroplastikin payı nisbətən daha az əhəmiyyət kəsb edir.
Tədqiqat müəllifləri bildirirlər ki, ekoloji təsiri azaltmaq üçün bir neçə sadə addım kifayətdir. Ən böyük effekt qab yuyarkən su sərfiyyatının azaldılması ilə əldə oluna bilər. Həmçinin alimlər plastik tərkibi daha az olan süngərlərin seçilməsini və onların mümkün qədər uzun müddət istifadə edilməsini tövsiyə edirlər. Bu yanaşma həm resurs istehlakını, həm də tullantıların həcmini azaltmağa kömək edir.
Alimlərin fikrincə, mətbəx süngərlərindən yaranan mikroplastik problemi mövcuddur, lakin məişət vərdişlərinin ekoloji təsirini qiymətləndirərkən yalnız plastik çirklənməni deyil, bütün amilləri birlikdə nəzərdən keçirmək vacibdir.
Jalə
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Bu mövzuda digər xəbərlər:Alimlər xəbərdarlıq edir
28 May 2026 15:21
Alimlər bu meyvə və tərəvəzin gözlənilməz təhlükəsi barədə xəbərdarlıq ETDİLƏR
05 Mart 2026 18:07
Alimlər “meqaquraqlıq” təhlükəsi barədə xəbərdarlıq etdi
18 Yanvar 2025 03:31
Alimlər tanışlıq saytları barədə gözlənilməz həqiqəti açıqladı
12 Sentyabr 2025 10:30
Avropa meşələrini itirir: Alimlər ciddi təhlükə barədə xəbərdarlıq edir
19 Mart 2025 18:13
Baxış sayı:166
Bu xəbər 03 İyun 2026 22:12 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları