Icma.az
close
up
RU
Avropadan ilginc Naxçıvan mesajı: Əliyevə Bakıda elan edildi

Avropadan ilginc Naxçıvan mesajı: Əliyevə Bakıda elan edildi

Icma.az bildirir, GlobalInfo portalına istinadən.

Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın Azərbaycana rəsmi səfəri başa çatdı. Səfər həm regionda hökm sürən gərgin vəziyyət, həm Ermənistanla sülh prosesi, həm də ümumi mənada bir çox baxımdan diqqət çəkdi.

Əvvəla onu deyim ki, bu, Antonio Koştanın Avropa İttifaqı Şurasının Prezidenti kimi Azərbaycana ilk rəsmi səfəri idi. Səfər regional xarakter daşımırdı.

Antonio Koştanın Azərbaycana səfəri Bakı–Brüssel münasibətlərinin yeni mərhələyə daxil olduğunu göstərən mühüm siyasi hadisə kimi qiymətləndirilə bilər. Regionda mürəkkəb geosiyasi proseslər davam edir. Xüsusilə ABŞ və İsrailin İrana hücumu, rəsmi Tehranın cavab zərbələri enerji bazarlarında ciddi qeyri-müəyyənlik yaradıb. Belə bir dövrdə baş tutan bu səfər Azərbaycan–Avropa İttifaqı münasibətlərinin strateji mahiyyətini bir daha ortaya qoydu.

Heç kəsə sirr deyil ki, Azərbaycan son illər Avropa üçün yalnız Cənubi Qafqaz ölkəsi deyil, eyni zamanda enerji təhlükəsizliyi və nəqliyyat bağlantıları baxımından əsas tərəfdaşlardan birinə çevrilib. Üstəlik, bu detal konkret rəqəmlərdə də özünü əks etdirir. Prezident İlham Əliyev də mətbuata bəyanatında bu reallığı ifadə etdi. Dövlət başçısı bildirdi ki, bu ilin yanvarında ölkəmizin ticari dövriyyəsinin 50 faizi Avropa İttifaqı (Aİ) ilə bağlı olub. Prezident Avropa İttifaqını Azərbaycan üçün bir nömrəli ticari tərəfdaş adlandırıb. Bu göstərici Bakı ilə Brüssel arasında iqtisadi əlaqələrin dərinliyini və qarşılıqlı maraqların güclü olduğunu göstərir.

Bakı üçün yeni fürsət 

Enerji əməkdaşlığı isə bu münasibətlərin əsas sütunu olaraq qalır. Prezidentin də dediyi kimi, Azərbaycan artıq Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Bu gün Avropa İttifaqının 10 üzvü Azərbaycandan qaz alır. Bu fakt ölkəmizin Avropa üçün etibarlı enerji tərəfdaşı olduğunu təsdiqləyir.

Rusiya–Ukrayna müharibəsindən sonra Avropa enerji mənbələrinin şaxələndirilməsinə çalışır. Bu kontekstdə Azərbaycan qazı strateji əhəmiyyət qazanıb. Bunu artıq Avropa tərəfi də açıq şəkildə etiraf edir. Antonio Koşta çıxışı zamanı Azərbaycanın Avropa İttifaqı üçün mühüm tərəfdaş olduğunu vurğulayıb. Onun sözlərinə görə, tərəflər arasında əməkdaşlıq artıq bir neçə strateji sahəni əhatə edir: “Bugünkü görüş təhlükəsizlik, enerji, rəqəmsal və nəqliyyat sahələrində əməkdaşlığın daha da inkişaf etdirilməsinə olan birgə öhdəliyimizin bariz əlamətidir.”

Koşta enerji məsələsinə ayrıca diqqət çəkərək qeyd edib ki, Avropa İttifaqı enerji mənbələrinin şaxələndirilməsi siyasətində Azərbaycan mühüm rol oynayır. Bu isə faktiki olaraq Azərbaycanın Avropanın enerji strategiyasının əsas elementlərindən birinə çevrildiyini göstərir.

Antonio Koştanın Bakıya səfəri bir daha sübut etdi ki, Azərbaycan–Avropa İttifaqı münasibətləri artıq təkcə diplomatik əlaqələr səviyyəsində deyil. Bu tərəfdaşlıq enerji təhlükəsizliyi, ticarət, nəqliyyat dəhlizləri və regional sabitlik kimi bir neçə strateji istiqaməti əhatə edən geniş əməkdaşlıq platformasına çevrilib. Mövcud geosiyasi şəraitdə isə Azərbaycanın Avropa üçün əhəmiyyəti daha da artır.

Naxçıvana hücumla bağlı beynəlxalq reaksiya

Səfərin mühüm istiqamətlərindən biri də regional təhlükəsizlik məsələləri idi. Xüsusilə İranın Naxçıvana endirdiyi zərbə fonunda Bakı ilə Brüssel arasında siyasi dialoq və həmrəylik diqqət çəkdi. Aydın şəkildə hiss olunur ki, Aİ regionda gərginliyin artmasından və bunun Azərbaycana sıçramasından ciddi narahatdır. Təsadüfi deyil ki, Antonio Koşta çıxışında İran tərəfindən Naxçıvan hava limanına edilən hücumu qəti şəkildə pislədi və bu hadisənin regional sabitlik üçün ciddi təhlükə yaratdığını bildirdi.

Digər tərəfdən, diqqət çəkən məqamlardan biri də Azərbaycanın bu hadisəyə münasibətdə nümayiş etdirdiyi təmkinli və ölçülü yanaşma oldu. Prezident İlham Əliyev görüş zamanı regionda təhlükəsizlik məsələlərinin müzakirə olunduğunu  qeyd edərək vurğuladı ki, Azərbaycan gərginliyin daha da artmasında maraqlı deyil və əsas prioritet regional sabitliyin qorunmasıdır. Əslində, bu, Bakının hadisəyə emosional deyil, strateji baxışla yanaşdığını göstərir.

Bakının təmkinli mövqeyi həm də Avropa İttifaqının maraqları ilə üst-üstə düşür. Çünki Cənubi Qafqazda yeni hərbi eskalasiyanın baş verməsi həm enerji layihələrinə, həm də Avropa ilə Asiyanı birləşdirən nəqliyyat marşrutlarına ciddi risk yarada bilər. Körfəz ölkələrindən sonra Azərbaycanın da prosesdən zərər görməsi dünya bazarında enerji dalğalanmalarını böhran həddinə çatdırması mümkündür.

Antonio Koştanın Bakıya səfəri göstərdi ki, Azərbaycan–Avropa İttifaqı münasibətləri artıq yalnız enerji və iqtisadi əməkdaşlıqla məhdudlaşmır. Regional təhlükəsizlik məsələləri də bu tərəfdaşlığın mühüm elementinə çevrilib. İranla bağlı gərginlik fonunda Avropa İttifaqının Bakıya verdiyi siyasi dəstək və Azərbaycanın təmkinli mövqeyi tərəflər arasında strateji koordinasiyanın getdikcə gücləndiyini göstərir.


Turan Rzayev
Globalinfo.az-ın siyasət yazarı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 12 Mart 2026 12:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see439

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see309

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see287

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see259

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see237

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see229

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see229

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see228

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see225

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see215

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see207

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see200

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see198

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see197

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see197

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see190

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see190

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see189

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see188

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri