Icma.az
close
up
RU
Avropanı silkələyən xəbər: Hər şey Azərbaycanın qərarından asılıdır

Avropanı silkələyən xəbər: Hər şey Azərbaycanın qərarından asılıdır

News24 saytından verilən məlumata görə, Icma.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp avropalı müttəfiqlərinə Rusiyadan neft alışını dayandırmaq çağırışı edib. O, bu fikri “İstəklilər koalisiyası”nın iclasının iştirakçıları ilə telefon danışığı zamanı səsləndirib. Mütəxəssislərin fikrincə, Avropanın belə bir addımı Azərbaycanın enerji bazarındakı mövqelərini daha da gücləndirə bilər.

Bəs, əgər Avropa ölkələri Rusiya neftindən imtina etsələr, Azərbaycan qitənin əsas enerji təchizatçılarından birinə çevrilə biləcəkmi?

Məsələ ilə bağlı danışan iqtisadçı Xalid Kərimli News24.az-a bildirib ki, Azərbaycanın Avropa neft bazarında hegemonluq əldə etməsi real görünmür.

“Azərbaycanın gündəlik neft ixracı təxminən 500 min barel civarındadır. Halbuki ən yaxşı dövrlərdə bu göstərici 1,5 milyon barelə qədər yüksəlmişdi. Hazırkı rəqəmlərə baxanda aydın olur ki, bizim neftimiz Avropa bazarında Rusiyanın boşaltdığı yeri tamamlamağa kifayət etməyəcək. Bundan başqa, neft bazarında qiymət ayrı-ayrı ölkələrin həcmlərinə görə deyil, qlobal təklif və tələbin balansına əsasən formalaşır. Azərbaycanın nefti keyfiyyətli sayıldığı üçün bir qədər baha satılsa da, bu, ümumi qiymət tendensiyasını dəyişmir”.

Xalid Kərimli əlavə edib ki, Rusiya neftinə sanksiyalar tətbiq olunduğu halda və dünya bazarında qiymətlər yüksəlsə, Azərbaycan nefti də eyni qaydada bahalaşacaq:

“Azərbaycan neftinin ixrac həcmi məhduddur və bu, bazara ciddi təsir imkanlarını azaldır. Əslində, burada fərqli bir vəziyyət yaranmayacaq. Rusiya nefti bazardan çıxarsa, ümumi qiymətlər artacaq və bu, Azərbaycan üçün əlavə gəlir deməkdir. Amma bizdə həcmlər az olduğu üçün ölkə iqtisadiyyatına gözlənilən ciddi təsirlərdən danışmaq çətindir. Sadəcə, mövcud ixrac həcmlərindən dolayı əlavə qazanc ola bilər, vəssalam”.

İqtisadçının fikrincə, Azərbaycanın əsas üstünlüyü sabit və etibarlı tərəfdaş kimi çıxış etməsidir:

“Bizim ən böyük şansımız odur ki, Avropa Azərbaycanı uzunmüddətli, siyasi riskləri az olan tərəfdaş kimi görür. Amma hegemonluqdan danışmaq düzgün olmaz. Çünki nə resurslarımız, nə də hasilat həcmlərimiz buna imkan verir”.

Aqil Qarayev

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:192
embedMənbə:https://news24.az
archiveBu xəbər 05 Sentyabr 2025 14:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see358

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see338

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see338

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see335

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see290

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see280

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see268

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see266

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see260

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see259

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see242

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see224

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see220

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see214

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see213

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see201

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see198

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see196

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see195

Səhiyyə üçün 9 milyona yaxın vəsait ayrılır

30 Oktyabr 2026 17:31see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri