“Təhsili və qadın azadlığını simvolizə edir, Azərbaycan kimi olun”
Qafqazinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
ABŞ-nin hərbi eksperti və “Urban Warfare Institute”un icraçı direktoru Con Spenser Azərbaycanla bağlı paylaşım edib.
“Qafqazinfo” xəbər verir ki, o, “X” hesabında Bakıda sonuncu günündə “Azad qadın” heykəlini ziyarət etdiyini bildirib.
Spenser əhalisinin əksəriyyəti müsəlman olan Azərbaycanın dünyəvi dövlət olmasını diqqətçəkən məqam kimi qiymətləndirib.
“Burada qadınlardan saçlarını örtmək tələb olunmur, onlar istədikləri kimi geyinə, dövlət idarəçiliyində xidmət edə və cəmiyyətin müxtəlif sahələrində karyera qura bilərlər.
Bakının mərkəzində azadlığa qovuşmuş qadını, çadrasını çıxaran qadını təsvir edən “Azad qadın” heykəli ucalır.
1960-cı ildə qoyulmuş bu abidə Azərbaycan qadınlarının azadlığa qovuşmasını, çadradan imtina etmək, təhsil almaq və ictimai həyatda iştirak etmək hüququnu simvolizə edir”, - o yazıb.
Hərbi ekspert Azərbaycanın dünyəvi ənənələrini qorumaq məqsədilə dövlət məktəblərində hicabla bağlı geyim qaydalarını da xatırladıb. O, bunun hicabın ölkə üzrə qadağan edilməsi anlamına gəlmədiyini, qadınların məktəbdən kənarda hicab taxa bildiklərini vurğulayıb:
“Qonşu İranla müqayisəni xüsusilə diqqətçəkən hesab edirəm. Bu, qadınların azadlıqları, o cümlədən öz görünüşlərində özünü daha qabarıq büruzə verir.
İranda 22 yaşlı Məhsa Əmini 2022-ci ilin sentyabrında hicab qaydalarını pozduğu iddiası ilə əxlaq polisi tərəfindən saxlanıldıqdan və həbsdə döyülərək öldürüldükdən sonra həyatını itirib.
Onun hekayəsi İranın islamçı rejiminin öz cəmiyyətinə qarşı törətdiyi çoxsaylı insan hüquqları pozuntularından yalnız biridir.
Bu pozuntulara qətl, işgəncə, cinsi zorakılıq, qadınların təqib edilməsi və etirazçıların pulemyotlarla güllələnməsi daxildir.
Azərbaycan kimi olun”.

Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 05 Noyabr 2026 22:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















