Müctəba Xameneinin məktubu Vladimir Putinə çatdırılıb
Azxeber.com saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Rusiya ilə İran arasında regionun mühüm məsələləri ətrafında müzakirələr aparılıb və İslam Respublikasının Ali rəhbəri Müctəba Xameneinin məktubu Rusiya Prezidenti Vladimir Putinə çatdırılıb.
AZXEBER.COM IRIB-yə istinadən xəbər verir ki, bu barədə Rusiyada səfərdə olan və bu ölkənin Prezidenti Vladimir Putinlə görüşən İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezai aparılan müzakirələrin yekunlarına dair jurnalistlərə bildirib.
"Regionun mühüm məsələləri barədə Putinlə məsləhətləşmələr aparılıb. Ali Rəhbər onun mesajını ən qısa zamanda Putinə təqdim etməyimi istəyirdi. Rusiya Prezidenti isti və səmimi salamlarını Ali Rəhbərə çatdırıb", - Rezai açıqlayıb.
Onun sözlərinə görə, Putinlə müharibədən sonrakı dövr və regionun təhlükəsizlik tənzimləmələri ilə əlaqədar məsələlər müzakirə edilib.
M. Xameneinin V. Putinə ünvanladığı məktubun təffərrüatı barədə isə məlumat verilməyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:55
Bu xəbər 05 Noyabr 2026 22:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















