Avropanın bir günə gəzə biləcəyiniz 5 gözəl şəhəri
Icma.az, Lent az portalına istinadən məlumat verir.
Bu cür səyahət turistlərə nəqliyyat xərclərini azaltmaqla xeyli qənaət etməyə imkan verir. Bir çox turist şəhərləri piyada gəzməyə üstünlük verir. Lakin bütün şəhərlər bu cür səyahət üçün əlverişli deyil.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, ömrü boyu Avropanın 200-dən çox şəhərini ziyarət edən təcrübəli səyyah Vinisius Kosta “Travel Off Path” üçün hazırladığı məqalədə bir gün ərzində piyada gəzib tanış olmağın mümkün olduğu beş şəhəri seçib. Onun sözlərinə görə, bu şəhərlərin əsas üstünlüklərindən biri turistlərin nəqliyyata böyük məbləğdə pul xərcləmədən əsas görməli yerləri ziyarət edə bilməsidir.
1. Lüksemburq, Lüksemburq
Lüksemburq kifayət qədər bahalı şəhər hesab olunur. Lakin şəhərin əsas turistik əraziləri yığcam olduğundan ən maraqlı yerləri bir neçə saat ərzində görmək mümkündür. Buraya UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş möhtəşəm tarixi mərkəz də daxildir.
Şəhərin digər üstünlüyü ictimai nəqliyyatın pulsuz olmasıdır. Lüksemburq Böyük Hersoqluğu Fransa, Belçika və Almaniya arasında yerləşdiyindən qonşu ölkələrin daha ucuz şəhərlərindən buraya birgünlük səyahət etmək mümkündür. Beləliklə, turistlər gecələməyə əlavə pul xərcləmədən şəhəri gəzə bilərlər.
2. Brügge, Belçika
Kostanın sözlərinə görə, Belçika birgünlük səyahətlər üçün əlverişli şəhərlərin çoxluğu ilə seçilir. Gent, Löven və hətta Brüssel kimi şəhərlərin əsas görməli yerlərini bir gün ərzində ziyarət etmək mümkündür. Lakin səyyah Belçikada birgünlük səyahət üçün ən yaxşı seçim kimi Brüggəni göstərir.
“Təsəvvür edin ki, Amsterdamdasınız, amma burası daha rahatdır və pivə içmək üçün gələn britaniyalı turistlərin izdihamı yoxdur. Belçikanın şimal-qərbində yerləşən bu mənzərəli, niderlanddilli şəhər füsunkar kanallar şəbəkəsi ilə əhatə olunub. Şəhəri piyada gəzmək mümkündür. Burada çoxlu romantik daş körpülər və kanallar boyunca gəzinti yolları var. Amma mənim ən sevdiyim üsul qayıqla ekskursiyadır”, - deyə müəllif qeyd edib.
3. Menton, Fransa
Fransa Rivyerasının şərqində, İtaliyanın Liquriya bölgəsi ilə sərhəddə yerləşən Menton şəhəri hələ də Aralıq dənizinin gizli incilərindən biri hesab olunur. Şəhərin sahilboyu gəzinti yolu turistləri yamac boyunca yüksələn rəngarəng binaların möhtəşəm mənzərəsi ilə qarşılayır.
Kostanın sözlərinə görə, Monakoya üz tutan sosial media fenomenlərinin və Nitsa çimərliklərində istirahət edən turistlərin çoxu hələ də bu gözəl şəhərin mövcudluğundan xəbərsizdir.
4. Zaqreb, Xorvatiya
“Zaqreb şəhər ərazisində təxminən 800 min əhalisi olan tamhüquqlu paytaxt olsa da, onun bütün əsas görməli yerləri Köhnə şəhər adlanan, cəmi bir kvadrat mil sahəni əhatə edən kiçik ərazidə cəmləşib”, - təcrübəli səyyah bildirib. Xorvatiya paytaxtının tarixi mərkəzi üç hissəyə bölünür: Yuxarı şəhər, Aşağı şəhər və Kaptol. Bu ərazilərin hər biri özünəməxsus memarlığı, tarixi abidələri və atmosferi ilə turistləri təəccübləndirə bilər.
5. Lyublyana, Sloveniya
Zaqrebdən qatarla təxminən iki saatlıq məsafədə yerləşən Lyublyana Sloveniyanın kiçik, lakin olduqca mənzərəli paytaxtıdır. Şəhər sakit küçələri, tarixi mərkəzi və gözəl təbiət mənzərələri ilə seçilir.
“Bəlkə də Sloveniya sizə Melaniya Trampın vətəni kimi tanışdır. Mənim üçün isə bu ölkə Köhnə şəhərin sakit küçələri, münasib qiymətə dadmaq mümkün olan doyumlu qulyaş və nağıllardakı qalaların divarlarından açılan möhtəşəm dağ mənzərələridir”, - Kosta bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 19 Noyabr 2026 15:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















