Icma.az
close
up
RU
YAP daim xalqın mənafeyindən çıxış edib

YAP daim xalqın mənafeyindən çıxış edib

Ses qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Siyasi partiyanın tarixi əhəmiyyəti onun hakimiyyətdə olduğu müddətlə deyil, dövlətin inkişafının müxtəlif mərhələlərində yerinə yetirdiyi missiyanın miqyası ilə müəyyən olunur. Bu baxımdan, Yeni Azərbaycan Partiyasının (YAP) 34 illik fəaliyyəti milli dövlətçiliyin möhkəmləndirilməsi, ərazi bütövlüyünün və suverenliyin bərpası, Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqeyinin gücləndirilməsi ilə səciyyələnən mühüm siyasi təcrübədir”. Bu fikirləri Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib.

Onun sözlərinə görə, 1992-ci il noyabrın 21-də Yeni Azərbaycan Partiyasının yaradılması dövrün siyasi reallıqlarından irəli gələn obyektiv zərurət idi. Torpaqlarımızın işğalı, iqtisadi tənəzzül, dövlət institutlarının zəifləməsi və daxili siyasi qeyri-sabitlik Azərbaycanın yenicə bərpa etdiyi müstəqilliyini ciddi təhlükə qarşısında qoymuşdu. Belə bir şəraitdə ölkənin 91 ziyalısının Ümummilli Lider Heydər Əliyevə müraciəti milli dövlətçiliyin taleyi qarşısında tarixi məsuliyyətin ifadəsi idi.
Deputat bildirib ki, Naxçıvanda keçirilən təsis konfransında əsası qoyulan Yeni Azərbaycan Partiyasının siyasi fəlsəfəsi müstəqilliyin yalnız hüquqi status deyil, həm də dövlətin öz gələcəyini müəyyənləşdirmək, milli maraqlarını qorumaq və xarici çağırışlara qarşı dayanıqlılıq nümayiş etdirmək qabiliyyəti olması prinsipinə əsaslanırdı: “1993-cü ildə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycanın strateji inkişaf modelinin formalaşdırılmasına başlanıldı. Siyasi sabitliyin təmin edilməsi, dövlət təsisatlarının möhkəmləndirilməsi, neft strategiyasının həyata keçirilməsi və balanslaşdırılmış xarici siyasətin yürüdülməsi vahid siyasi konsepsiyanın tərkib hissələri idi. Bu konsepsiya yalnız mövcud böhranın aradan qaldırılmasına deyil, perspektivdə Azərbaycanın daha qüdrətli dövlətə çevrilməsinə hesablanmışdı”.
Millət vəkilinin fikrincə, Prezident İlham Əliyevin rəhbərliyi ilə siyasi varislik keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoydu. İqtisadi potensial siyasi müstəqilliyin, enerji resursları geosiyasi nüfuzun, hərbi qüdrət isə milli təhlükəsizliyin təmin olunmasının mühüm amilinə çevrildi. 2020-ci ildə Vətən müharibəsində qazanılan tarixi Zəfər və 2023-cü ilin sentyabrında dövlət suverenliyimizin tam bərpası uzunmüddətli strateji kursun nəticəsi olmaqla Azərbaycanın qarşısında yeni inkişaf perspektivləri açdı.
“Bu kontekstdə Yeni Azərbaycan Partiyasının 2026-cı il oktyabrın 2-də keçirilmiş VIII qurultayı ayrıca diqqətəlayiqdir. Partiyanın tarixində ilk dəfə olaraq qurultay Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa edildiyi şəraitdə keçirildi. Prezident İlham Əliyevin qurultaydakı proqram xarakterli çıxışında yeni mərhələnin prioritetləri aydın müəyyənləşdirildi: iqtisadi müstəqilliyin dövlət müstəqilliyinin əsas dayaqlarından biri kimi möhkəmləndirilməsi, hərbi gücün artırılmasının əsas vəzifələrdən biri olaraq qalması, partiya üzvlərinin ideoloji işdə daha fəal iştirakı və gənclərin ictimai-siyasi proseslərə cəlb olunması. Bu istiqamətlər YAP-ın yeni tarixi mərhələdəki fəaliyyətinin məzmununu müəyyən edir” – deyən Sevinc Fətəliyeva əlavə edib ki, müasir dövrdə dövlətlərin gücü yalnız iqtisadi resursları və hərbi potensialı ilə deyil, həm də insan kapitalının keyfiyyəti, texnoloji inkişaf səviyyəsi, ictimai institutların dayanıqlılığı və ideoloji təhlükəsizliyi ilə ölçülür. Bu baxımdan sıralarında yüz minlərlə üzvü birləşdirən YAP-ın təşkilati və intellektual potensialının milli inkişaf prioritetlərinə istiqamətləndirilməsi, vətəndaşların təşəbbüskarlığının artırılması, peşəkar kadrların irəli çəkilməsi və gənclərin ictimai-siyasi proseslərdə fəal iştirakının təmin olunması ön plana çıxır. Hakim siyasi partiyanın nüfuzu onun cəmiyyətlə səmərəli dialoq qurmaq, ictimai gözləntiləri düzgün qiymətləndirmək və dəyişən reallıqlara çevik uyğunlaşmaq bacarığı ilə də şərtlənir. Bu mənada siyasi varislik mövcud prinsiplərin qorunması ilə yanaşı, idarəçilik və siyasi fəaliyyət mexanizmlərinin davamlı təkmilləşdirilməsini nəzərdə tutur.
“Ötən 34 il ərzində Azərbaycanın keçdiyi tarixi yol Yeni Azərbaycan Partiyasının siyasi məsuliyyətinin mahiyyətini və miqyasını da dəyişib. Əgər 1992-ci ildə başlıca vəzifə milli dövlətçiliyin qorunması idisə, bu gün əsas strateji hədəf əldə olunmuş tarixi nailiyyətlərin davamlı inkişafın, milli rifahın və gələcək nəsillərin təhlükəsizliyinin təminatına çevrilməsidir. Ulu Öndər Heydər Əliyevin “Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır” fikrinin siyasi mahiyyəti məhz tarixi missiya, müasir məsuliyyət və strateji gələcək arasındakı üzvi bağlılıqda öz ifadəsini tapır” – deyə, deputat vurğulayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:54
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 19 Noyabr 2026 16:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see364

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see341

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see330

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see275

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see274

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see252

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see239

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see239

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see234

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see234

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see224

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see222

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see218

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see208

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see207

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see207

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see190

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see188

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see187

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

18 Noyabr 2026 04:19see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri