Avropanın sanksiya dilemması: Bəzi ölkələr Rusiyanı tam təcrid etmək istəmir Açıqlama
Icma.az xəbər verir, Sfera.az saytına əsaslanaraq.
Rusiya ilə müttəfiq olmayan bəzi Avropa ölkələrinin Moskvaya qarşı tətbiq olunan beynəlxalq sanksiyalara tam dəstək verməməsi müşahidə edilir. Xüsusən Macarıstan, Slovakiya, Serbiya sanksiyaların genişləndirilməsinin əleyhinədir.
Bəs bu dövlətlərin ehtiyatlı mövqeyinin arxasında hansı səbəblər dayanır?
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzovun fikrincə, bu məsələdə təəccüblü heç nə yoxdur və vəziyyət mövcud reallıqlar fonunda anlaşılandır.
Onun sözlərinə görə, bu ölkələr keçmiş sosialist ölkələridir və onların Rusiya ilə münasibətləri digər Avropa ölkələri ilə müqayisədə daha sıxdır. Politoloq qeyd etdi ki, həmin ölkələrin Rusiya ilə iqtisadi və ticarət əlaqələri güclüdür. K.Novruzov bildirdi ki, bu səbəbdən Rusiyaya qarşı sanksiyaların dərinləşdirilməsi, əlaqələrin məhdudlaşdırılması həmin ölkələrin iqtisadiyyatlarına mənfi təsir göstərir. Buna görə də politoloq qeyd etdi ki, sözügedən ölkələr Rusiya ilə təmasların tam dayandırılmasında, hətta Rusiyanın zəifləməsində maraqlı deyillər:
"Kreml bu dövlətlərə açıq və ya gizli şəkildə mesaj verir ki, “biz eyni gəmidəyik”. Rusiyaya dəyən zərər dolayısı ilə sizlərə də təsir göstərə bilər. Rusiyanın bu çağırışını onlar da qəbul edir. Bu səbəbdən bəzi ölkələr ya sanksiyaları gec tətbiq edir, ya da ümumiyyətlə neytral mövqe tutur".
K.Novruzov əlavə edib ki, hazırda Rusiyaya qarşı tətbiq olunan sanksiyalar tam miqyaslı deyil:
“Sanksiyalar yetərincə sərt deyil, genişmiqyaslı embarqolar tətbiq olunmur. Əgər sanksiyalar genişləndirilsə idi, bəlkə də bu gün vəziyyət fərqli olardı. Amma bütün bunlara baxmayaraq, mövcud sanksiyalar da müəyyən nəticələr verir, yüz faiz olmasa da, təsirsiz deyil”.
Bəsti Rəfizadə
Sfera.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 11 İyun 2025 11:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















