Icma.az
close
up
RU
Avropanın Rusiyanı cəzalandırmaq israrı

Avropanın Rusiyanı cəzalandırmaq israrı

525.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Xaqani CƏFƏRLİ

Avropanın aparıcı altı dövlətinin "Veymar+" formatında bir araya gələrək Rusiyanı təcrid və məsuliyyətə cəlb etmək, Ukraynaya dəstəklərini davam etdirməkdə qərarlıqlarını açıq bildirmələri yaxın və orta müddətə dünyada gedən proseslərə ciddi təsir göstərəcək. "Veymar+" formatında bir araya gələn Almaniya, Fransa, İtaliya, Polşa, İspaniya və Böyük Britaniya xarici işlər nazirlərinin Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaja Kallasın iştirakı ilə qəbul etdikləri birgə bəyanat Moskvada "soyuq düş" effekti doğuracaq. ABŞ prezidenti Donald Trampla anlaşaraq Qərblə əlaqələri bərpa edəcəyinə ümid bəsləyən Rusiya hakimiyyətinin cəhdləri boşa çıxa bilər. Avropanın aparıcı altı dövlətinin Ukraynaya qarşı müharibəyə son qoyana və vurduğu ziyana görə kompensasiya ödəyənə qədər Rusiyanın aktivlərinin dondurulmuş vəziyyətdə qalacağını bəyan etməsi Moskva üçün ciddi xəbərdarlıqdır.

Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaja Kallasın iştirakı ilə qəbul olunan birgə bəyanat göstərir ki, Avropa Rusiyanı cəzalandırmaqda israrlıdır. Bəyanatda qeyd olunur ki, Ukraynada ədalətli və davamlı sülhə nail olmaq üçün Moskvaya təzyiqi davam etdirməyə, o cümlədən yeni sanksiyaların tətbiqinə davam edəcəklər. Bəyanat müəllifləri Ukraynada törədilən hərbi cinayətlərə görə Rusiyanın məsuliyyətə cəlb olunmasında da israrlı olduqlarını qeyd ediblər. Buna görə də Rusiyanın cinayətlərini araşdırcaq Xüsusi Tribunalın yaradılmasında əldə edilən irəliləyiş mühüm addım kimi dəyərləndirilərək dəstəklənib.

Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaja Kallas Avropanın aparıcı 6 dövlətinin təmsilçilərilə görüşündən sonra X sosial şəbəkəsində yaydığı bəyanatda Avropa İttifaqının Ukraynaya siyasi, maliyyə, iqtisadi, humanitar, hərbi və diplomatik dəstəyə sadiq qaldığını ifadə edib: "Sülh ədalətli və davamlı olmalıdır".

Moskva Qərb şirkətlərinin Rusiyanı kütləvi şəkildə tərk etməsinə cavab olaraq üzünü Çinə çevirsə də, Avropa və Amerika texnologiyalarını Çin texnologiyaları ilə əvəz edə bilmədi. Rusiyanın Qərbdən asılılığı əvvəlki kimi qalır və buna görə Moskva Avropa şirkətlərinin geri dönməsi üçün fəaliyyətə başlayıb. Lakin bütün bu cəhdlər ciddi nəticə verə bilməz. Çünki Rusiyaya qarşı sanksiyaların götürülməsi və ya yumşaldılması hərbi əməliyyatların dayandırılması və Rusiya qoşunlarının Ukrayna ərazisindən tamamilə çıxarılmasına bağlı olaraq qalır. Rusiya rəhbərliyi isə belə bir addım atmağa hazır deyil. Belə görünür ki, Moskvada ciddi dəyişikliklər baş vermədən Rusiya ilə Avropa arasında münasibətlər normallaşmayacaq. Belə olduğu təqdirdə Avropa Rusiyanı cəzalandırmaqda davam edəcək. Rusiya isə Avropa ilə münasibətləri tənzimləmədən iqtisadi dayanaqlığını təmin edə bilməyəcək. Bütün bunlar Rusiyanın həyati əhəmiyyətli seçim qarşısında olduğunu göstərir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:243
embedMənbə:https://525.az
archiveBu xəbər 03 Aprel 2025 12:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see326

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see317

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see307

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see293

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see291

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see259

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see249

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see247

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see229

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see227

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see226

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see224

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see213

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see210

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see209

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see194

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see184

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see167

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see167

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri