Icma.az
close
up
RU
Avropanın dondurulmuş aktivlər dilemması

Avropanın dondurulmuş aktivlər dilemması

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

Ukraynaya dəstək sülh diplomatiyasına əngəl ola bilərmi?

Davam edən Rusiya-Ukrayna müharibəsi fonunda Avropanın siyasi gündəmi yenidən qızışır. Münaqişənin gələcək trayektoriyası, Qərbin Kiyevə dəstəyinin davamlılığı və Rusiyanın təcrid siyasətinin sərtliyi Avroittifaq daxilində strateji fikir ayrılıqlarının daha açıq şəkildə özünü büruzə verməsinə səbəb olur. Bu dəfə mübahisənin mərkəzində dondurulmuş Rusiya aktivlərindən istifadə məsələsi dayanır.

Brüsselin Moskvanın bloklanmış vəsaitləri hesabına Ukraynanı maliyyələşdirmə planı, xüsusilə də onun sürətlə reallaşdırılması Aİ daxilində geosiyasi hesablama və hüquqi risklərlə bağlı ciddi suallar yaradır. Bir sıra üzv dövlətlərin, o cümlədən Belçikanın sərt mövqeyi isə məsələnin mümkün sülh danışıqlarına təsir baxımından nə qədər həssas olduğunu bir daha göstərir. Bu günlərdə Belçikanın baş naziri Bart De Veber xəbərdarlıq edib ki, dondurulmuş Rusiya aktivlərindən Ukraynanın maliyyələşdirilməsi üçün istifadə ideyasının tələsik şəkildə həyata keçirilməsi müharibəyə son qoya biləcək potensial sülh sazişi imkanlarını zəiflədə bilər. O, bu barədə Avropa Komissiyasına göndərdiyi məktubda qeyd edib. Maraqlıdır ki, Veberin irəli sürdüyü narahatlıqlar Aİ liderlərinin Kiyevin maliyyələşdirilməsi strategiyasını müəyyən edəcəkləri kritik sammitdən cəmi üç həftə əvvəl gündəmə gəlib.

Əslində, Veberin mövqeyini dərindən təhlil etsək, görərik ki, onun fikirləri ABŞ prezidenti Donald Trampın Rusiya-Ukrayna müharibəsini bitirmək məqsədi daşıyan yeni diplomatik təşəbbüsü ilə üst-üstə düşür. Məktubda açıq şəkildə qeyd olunur ki, Vaşinqtonun təşəbbüsü Aİ ölkələrinin, faktiki olaraq, prosesdən kənarda qalması ilə müşayiət edilir.

Yeri gəlmişkən, Avropa Komissiyası Rusiyanın Ukrayna ərzilərinin işğalından sonra dondurulan dövlət aktivlərindən istifadə etməklə, Kiyevin növbəti iki il ərzində maliyyə sabitliyini qoruyacaq 140 milyard avroluq “reparasiya krediti” təklif etmişdi. Aİ üzvlərinin böyük qismi bu mexanizmi dəstəkləsə də, dondurulmuş aktivlərin əsas hissəsinin saxlandığı Brüsseldəki “Euroclear” depozitarı olan Belçika təklifə qəti etiraz edir.

Belçika hökuməti düşünür ki, Moskva bu addıma qarşılıq olaraq ölkəyə sərt təzyiq və ya cavab tədbirləri tətbiq edə bilər. Üstəlik, aktivlərin hüquqi saxlayıcısı qismində “Euroclear” hər hansı fors-major halında iddialarla üzləşə bilər. De Veberin Ursula fon der Lyayenə ünvanladığı məktubda da bildirilir ki, “reparasiya krediti” məsələsi Aİ-ni, faktiki olaraq, sülh razılaşması imkanlarını bloklayan tərəfə çevirəcək.

Hazırda ümumilikdə təxminən 210 milyard avro dəyərində Rusiya aktivləri dondurulub və bunun 185 milyard avrosu məhz “Euroclear” sistemində saxlanılır. Belçikanın məsələyə dəstəyi üçün De Veber tələb edir ki, Aİ üzvləri “Euroclear”ın saxladığı 185 milyard avro üzrə tam hüquqi təminat versinlər və kreditin uğursuzluğa düçar olması, yaxud Rusiyaya qarşı sanksiyaların ləğvi halında depozitarı bütün risklərdən qoruyan zəmanətlər təqdim etsinlər. Bu zəmanətlərin Aİ liderlərinin dekabr sammitinə qədər imzalanması tələb olunur.

Belçika, həmçinin kreditlə bağlı mümkün məhkəmə çəkişmələrinin maliyyə yükünün bütün Aİ ölkələri arasında bölüşdürülməsinin tərəfdarıdır. Üstəlik, dondurulmuş Rusiya aktivlərinin digər Aİ üzvlərində olan hissəsinin də kredit mexanizminə cəlb edilməsi istənilir. Alternativ olaraq Aİ-nin ortaq büdcəsi çərçivəsində hələ istifadə olunmamış borclanma imkanlarından yararlanaraq Ukraynaya 45 milyard avro ayrılması məsələsi də gündəmdədir. Komissiyaya görə bu vəsait Ukraynanın 2026-cı il üçün maliyyə ehtiyaclarını ödəməyə kifayət edəcək.

Dondurulmuş Rusiya aktivlərindən Ukraynanın maliyyələşdirilməsi məsələsi açıq şəkildə qarşı çıxan yeganə ölkə rəsmi Brüssel olsa da, bir sıra üzv dövlətlər də planın hüquqi və siyasi nəticələri ilə bağlı ciddi narahatlıq ifadə edirlər. Sözügedən narahatlıqlar rəsmi veto forması almasa da, ümumi mənzərə Aİ daxilində konsensusun hələ formalaşmadığını göstərir. Ən böyük skeptisizm Macarıstandan gəlir. Viktor Orban hökuməti uzun müddətdir Kiyevin maliyyələşdirilməsinə qarşı sərt mövqedə dayanır və Rusiya aktivlərindən istifadə ideyasını riskli presedent hesab edir. Ona görə də Budapeştin bu məsələni səsvermədə bloklama ehtimalı yüksəkdir və bu, Aİ daxilində qəbul prosesini çətinləşdirən əsas siyasi faktor kimi görünür.

Slovakiyanın yeni hökuməti də Ukraynaya yardım paketlərinə qarşı ehtiyatlı mövqeyi ilə seçilir. Bratislava planı açıq şəkildə rədd etməsə də, Rusiya aktivlərinin istifadəsini “hüquqi və siyasi baxımdan ziddiyyətli” addım kimi qiymətləndirən siyasətçilər ölkənin tam dəstək verməyə hazır olmadığını göstərir. Avstriya bu məsələdə daha çox hüquqi çərçivəyə diqqət yetirir. Rəsmi Vyana aktivlərin müsadirə edilməsinin beynəlxalq hüquqda ciddi suallar doğurduğunu düşünür və bank sektorunun məruz qaldığı risklər səbəbilə ehtiyatlı davranır. Kipr də oxşar maliyyə narahatlıqlarını paylaşır və dondurulmuş aktivlərin istifadəsinin həm öz bank sisteminə, həm də Avropa maliyyə sabitliyinə təsirlərini qabardır. Almaniya rəsmi olaraq planı dəstəkləsə də, ölkə daxilində, xüsusilə “Bundesbank” səviyyəsində bu mexanizmin suveren aktivlərin toxunulmazlığı prinsipini poza biləcəyi barədə tənqidi mövqelər də müşahidə olunur. Beləliklə, daxili disbalans rəsmi Berlinin yekdil siyasi dəstək nümayiş etdirməsini çətinləşdirir.

Sonda qeyd edək ki, Aİ-nin dondurulmuş Rusiya aktivlərindən istifadə planı ətrafında yaranan fikir ayrılıqları məsələnin geniş geosiyasi və hüquqi ölçüləri olduğunu bir daha göstərir. İttifaq planı irəli aparmaq üçün çalışsa da, daxildəki ehtiyatlı mövqelərin qərarın yekdilliklə qəbulu məsələsini uzadacaqları ehtimal olunur.

Nəzrin ELDARQIZI
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:233
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 03 Dekabr 2025 09:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see365

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see276

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see230

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see226

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see223

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see222

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see214

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see205

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see203

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see200

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see199

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see199

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see194

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see192

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see187

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see187

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see182

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see182

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see175

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri