Avropanın təhlükəsizliyi üçün birgə addım: Fransa və İsveçdən hava təlimi
Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Paris, 20 noyabr, AZƏRTAC
Fransa və İsveç noyabrın 16-dan 18-dək İsveçin şimalında hava çəkindirməsi sahəsində strateji əməkdaşlığa həsr olunmuş ilk birgə hərbi təlim keçirib. Bu barədə Fransanın Silahlı Qüvvələr və Veteranlar Nazirliyi məlumat yayıb.
AZƏRTAC xəbər verir ki, “EXCALIBUR” adlanan təlimdə Fransa “Rafale” və İsveç “Gripen” qırıcıları, həmçinin MRTT yanacaqdaşıyan təyyarəsi iştirak edib. Təlim zamanı nüvə silahından istifadə olunmayıb.
Fransa Müdafiə Nazirliyinin məlumatına görə, təlim iki ölkənin Strateji Hava Qüvvələri ilə İsveç Hərbi Hava Qüvvələri arasında qarşılıqlı fəaliyyət imkanlarını gücləndirmək, birgə əməliyyatların həyata keçirilməsi qabiliyyətini artırmaq məqsədi daşıyıb. Təlimin heç bir ölkəyə qarşı yönəlmədiyi və nüvə silahının tətbiqini nəzərdə tutmadığı bildirilib. Bu təşəbbüs Paris və Stokholm arasında strateji əməkdaşlıq üzrə ikitərəfli yol xəritəsinin, Fransanın genişləndirilmiş çəkindirmə təşəbbüsünün bir hissəsidir.
İsveçin müdafiə naziri Pal Jonson X sosial şəbəkəsindəki paylaşımlarında əməkdaşlığı alqışlayaraq, onun Avropanın təhlükəsizliyinin və NATO-nun çəkindirmə imkanlarının gücləndirilməsinə töhfə verdiyini bildirib. O, təhlükəsizlik mühitinin getdikcə daha narahatedici xarakter aldığını vurğulayıb. Nazir “Gripen” və “Rafale” qırıcılarının havada yanacaqdoldurma dəstəyi ilə birgə əməliyyatlarını iki ölkənin qüvvələrinin koordinasiyalı fəaliyyət qabiliyyətinin göstəricisi kimi qiymətləndirib. Onun sözlərinə görə, bu əməkdaşlıq həm orduların əməliyyat hazırlığını, həm də NATO-nun kollektiv müdafiə imkanlarını gücləndirir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 20 Noyabr 2026 20:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















