Icma.az
close
up
RU
Avropanın təhlükəsizliyinə TƏHDİD: Vaşinqton bunu etsə...

Avropanın təhlükəsizliyinə TƏHDİD: Vaşinqton bunu etsə...

Bakivaxti saytına istinadən Icma.az xəbər verir.

ABŞ prezidenti Donald Tramp Rusiyaya qarşı sanksiyaları istədiyi vaxt sərtləşdirə biləcəyini bəyan edib. O, bildirib ki, Vaşinqton və Moskva Rusiya-Ukrayna münaqişəsinin həlli ilə bağlı sülh razılığına gələ bilməsə, istənilən an sanksiyaları yenidən sərtləşdirə bilər.

Tramp jurnalistlərin suallarına cavablandırarkən bildirib ki, hazırda Rusiya və Ukrayna arasında sülh danışıqları aparır və Rusiyanı danışıqlar masasından uzaqlaşdıracaq addımlar atmaq istəmir. O, sanksiyaların təsirini qiymətləndirmək üçün 60 günlük müddət götürdüyünü və bu qərarın ölkənin milli maraqlarına uyğun olduğunu vurğulayıb.

Tramp Rusiyaya qarşı sanksiyaları sərtləşdirərsə, bunu ABŞ-nin yenidən Ukraynaya dəstəyi artırması kimi qiymətləndirmək olarmı? Sanksiyaların sərtləşdirilməsi Rusiyanın mövqeyini dəyişdirə bilərmi?

Politoloq Məhəmməd Əsədullazadə Bakıvaxtı.az-a danışarkən bildirib ki, ABŞ Prezidenti Donald Trampın Rusiyaya qarşı sərt sanksiyalar tətbiq edilməsi ilə bağlı addımlarından bir neçə gün sonra Moskva ilə bağlı müəyyən məhdudiyyətlərin aradan qaldırılması və dizel yanacağı ticarəti ətrafında razılaşmaların əldə olunması Vaşinqtonun Rusiya siyasətindəki ziddiyyətləri bir daha ortaya qoyur:

"ABŞ administrasiyası hesab edir ki, Rusiya ilə iqtisadi münasibətləri normallaşdırmaq, sanksiyaları yumşaltmaq və danışıqları intensivləşdirməklə Vladimir Putini Ukrayna məsələsində güzəştlərə sövq etmək mümkündür. Lakin düşünürəm ki, bu strategiya gözlənilən nəticəni verməyəcək. Əksinə, Moskva Vaşinqtonun güzəştlərini zəiflik kimi qəbul edərsə, Ukraynada işğal siyasətini daha da genişləndirməyə çalışa bilər. Donald Trampın əsas məqsədi müharibəni mümkün qədər tez başa çatdırmaq və özünü sülhə nail olan lider kimi təqdim etməkdir. Bu məqsədlə onun Ukraynanı ərazi güzəştlərinə razı salmağa çalışdığı görünür. Eyni zamanda, Tramp administrasiyası Rusiya ilə iqtisadi sövdələşmələrə maraq göstərir və ABŞ şirkətlərinin Rusiyanın faydalı qazıntı ehtiyatlarının işlənməsində iştirakını təmin etməyə çalışır". 

Politoloq Məhəmməd Əsədullazadə

Analitik hesab edir ki, Trampın yanaşmasında siyasi razılaşma ilə yanaşı, iqtisadi maraqlar da mühüm yer tutur.

"Avropa İttifaqının, Ukraynanın və Böyük Britaniyanın mövqeyi bu strategiyanın həyata keçirilməsini çətinləşdirə bilər. Kiyevin təhlükəsizlik təminatları olmadan ərazi güzəştlərinə məcbur edilməsi Avropada ciddi narazılıq doğuracaq. Ukraynanın gələcəyi ilə bağlı qərarların onun iştirakı olmadan qəbul edilməsi də real və davamlı sülhün əldə olunmasını çətinləşdirər. Donald Trampın Ukrayna məsələsindəki mövqeyi əvvəlki yanaşması ilə müqayisədə əhəmiyyətli dərəcədə Moskvanın maraqlarına yaxınlaşıb. Onun Kiyevə təzyiq göstərməsi Ukraynanı daha mürəkkəb vəziyyətə salır və Rusiyanın danışıqlardakı mövqeyini gücləndirə bilər", - deyə müsahibimiz vurğulayıb. 

M. Əsədullazadənin qənaətincə, Trampın sanksiyaları istənilən vaxt tətbiq edə biləcəyini bildirməsi hələlik Moskvanı öz mövqeyini dəyişməyə məcbur edən təsirli mexanizmə çevrilməyib:

"Digər tərəfdən, noyabrda keçiriləcək ABŞ aralıq seçkiləri Tramp administrasiyasının gələcək siyasətinə təsir göstərə bilər. Əgər Demokratlar Konqresdə çoxluğu əldə etsələr, prezidentə qarşı siyasi təzyiqlər arta, onun xarici siyasət qərarlarının həyata keçirilməsi çətinləşə bilər. Bu isə Trampın Rusiya və Ukrayna ilə bağlı planlarına da təsirsiz ötüşməyəcək. Düşünürəm ki, Donald Trampın Ukraynanı Rusiyaya ərazi güzəştlərinə razı salmaq cəhdləri ciddi maneələrlə üzləşəcək. Sanksiyaların tətbiq edilməsi və ya yumşaldılması da özlüyündə müharibənin dayandırılmasına zəmanət vermir. Əgər Vaşinqton Moskva ilə münasibətləri yaxşılaşdırmaq naminə Ukraynanın maraqlarını ikinci plana keçirərsə, bu, Rusiyanın mövqelərini gücləndirə və Avropa təhlükəsizliyi üçün yeni problemlər yarada bilər". 

Politoloq son olaraq bildirib ki, hazırkı yanaşma Trampın Ukrayna məsələsində Moskvanın maraqlarına daha çox uyğun gələn siyasət yürütməsi barədə qənaəti gücləndirir.  

Gülşən Şərif

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 21 Oktyabr 2026 10:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see765

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see504

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see298

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see286

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see273

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see268

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see267

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see265

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see248

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see237

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see225

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see223

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see222

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see220

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see216

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see216

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see215

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see206

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see198

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri