Icma.az
close
up
RU
Avropaya raket hücumu XƏBƏRDARLIĞI Köhnə qitənin təhlükəsizliyi bu ölkədən ASILIDIR...

Avropaya raket hücumu XƏBƏRDARLIĞI Köhnə qitənin təhlükəsizliyi bu ölkədən ASILIDIR...

Icma.az, Bizim media portalına istinadən məlumatı açıqlayır.

Xəbər verdiyimiz kimi, Ukrayna Prezidenti Volodimir Zelenski Davos İqtisadi Forumundakı çıxışında Avropanı sərt şəkildə tənqid edərək onu fəaliyyətsizlikdə və strateji müstəqilliyin olmamasında ittiham edib.
Ukrayna Prezidenti Avropadakı müttəfiqlərin real addımlar atmadan yalnız bəyanatlarla kifayətləndiyini bildirib.
 

MÖVZU İLƏ BAĞLI:
Zelenski müharibənin bitməsi üçün əsas ŞƏRTİ AÇIQLADI - VİDEO


Zelenski bəyanatında Qərbin passiv mövqeyinin Rusiyanın Belarus ərazisində “Oreşnik” tipli raketlər yerləşdirməsinə yol açdığını vurğulayıb. Onun sözlərinə görə, bu raketlərin uçuş radiusu Avropanın bir sıra paytaxtlarını əhatə edir və ciddi təhlükə yaradır. Ukrayna Prezidenti qeyd edib ki, Qərbin səssizliyi təhlükəsizlik baxımından ağır nəticələr doğurub.
Avropa İttifaqı isə Zelenskinin qurumla bağlı dediklərilə razılaşmır.
Belə ki, Avropa Kommisiyasının sədri Ursula fon der Leyen Ukraynaya dəstəklə bağlı Aİ tərəfindən atılan addımların kifayət qədər olduğunu bildirib. O qeyd edib ki, son dörd il ərzində Kiyevə artıq 193 milyard avro məbləğində yardım göstərilib, qarşıdakı iki il üçün isə əlavə 90 milyard avro ayrılması nəzərdə tutulur.
Görünən odur ki, Ukrayna Prezidentinin sözügedən açıqlaması Aİ rəhbərliyi daxilində kəskin narazılıqla qarşılanıb.
Görəsən, Zelenskinin Aİ-ni açıq şəkildə ittiham etməsindən sonra qurum Ukraynadan üz döndərəcək?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə qeyd edib ki, Zelenskinin qurumu sərt tənqid etməsinə baxmayaraq, Avropa İttifaqının Ukraynadan üz döndərməyəcək:
“Bunun  baş verəcəyi inandırıcı deyil. Çünki Avrlopa Ukraynanın təhlükəsizliyini öz təhlükəsizliyinə bağlayır. Avropanın gələcəyi Ukraynanın təhlükəsizliyindən asılıdır. Amma hər halda prosesdə əsas rolu ABŞ oynayır. Deməli, Aİ-nin Ukraynaya dəstəyi də birbaşa Amerikanın prosesə təsirindən asılıdır. ABŞ Ukraynadan üz döndərsə, Avropa bu dəstəyi təkbaşına olaraq öz üzərinə götürə bilməyəcək”.
Bununla belə həmsöhbətimiz hər iki ehtimalın baş verə biləcəyini də istisna etməyib:
“Yəni Avropa Kiyevdən üz döndərə də bilər, döndərməyə də. Rusiya Avropaya hücum etmək istəmir. 4 il ərzində Ukraynanı ram edə bilməyən Rusiya çətin ki, Avropaya da hücum etsin. Bu mənada Avropa hökumətləri Rusiya təhlükəsindən sui-istifadə edərək, sadəcə olaraq öz hakimiyyətlərini möhkəmləndirməyə çalışırlar”.
Rüfət Sultan, Bizim.Media  

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:30
embedMənbə:https://bizim.media
archiveBu xəbər 26 Yanvar 2026 12:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see237

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see229

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see223

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see193

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see182

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see178

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see162

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see162

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see153

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see152

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see150

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see147

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see147

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see144

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see141

Məşhur müğənni xərçəngə qalib gəldi FOTOLAR

24 Yanvar 2026 21:00see137

Azərbaycanda daha 5 audit şirkətinə lisenziya verilib

24 Yanvar 2026 18:13see137

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see136

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see135

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri