Icma.az
close
up
RU
Qarabağdan Avropaya: Azərbaycanın bərpa olunan enerji körpüsü TƏHLİL

Qarabağdan Avropaya: Azərbaycanın bərpa olunan enerji körpüsü TƏHLİL

Apa.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Qlobal iqlim dəyişiklikləri, enerji təhlükəsizliyi və təbii resursların tükənməsi kimi çağırışlar fonunda alternativ və bərpa olunan enerji mənbələrinin rolu günbəgün artır. Azərbaycanın enerji siyasətində bərpa olunan enerji mənbələrinə keçid əsas prioritetlərdən birinə çevrilib.

Azərbaycanın bərpa olunan enerji potensialı

Azərbaycan bərpa olunan enerji sahəsində böyük potensiala malikdir. Xüsusilə külək və günəş enerjisi ölkənin müxtəlif bölgələrində geniş yayılıb. Qaradağ, Abşeron və Naxçıvan günəş enerjisi üçün əlverişli zonalardır. Xəzər dənizi sahilləri isə külək enerjisi üçün uyğundur. Hökumət bu sahədə investisiyaları təşviq edir və beynəlxalq şirkətlərlə əməkdaşlıqlar qurur. 2023-cü ildə yaşıl enerji zonası elan olunan Qarabağ və Şərqi Zəngəzur bölgələri alternativ enerji istehsalında mühüm rol oynayır. Bu istiqamətdə atılan addımlar Azərbaycanın enerji təhlükəsizliyi və ixrac imkanlarını artırır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 4-də Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclasları zamanı çıxışından aydın olur ki, ölkə bu sahədə konkret və məqsədyönlü strategiyalar həyata keçirir.

Azərbaycanda Günəş və Külək enerjisi

Bu gün Günəş və Külək Enerji stansiyalarına aid sərmayədarlarımızla artıq imzalanmış müqavilələr bizə 2030-cu ilə qədər 6 giqavat günəş və külək enerjisi təmin edəcək. Qeyd etdiyim kimi, nəticədə daxildə bu gün elektrik enerjisinin istehsalında istifadə etdiyimiz təbii qaza xeyli dərəcə qənaət etmək imkanı yaranacaq və həmin qazı ixraca yönəldəcəyik. Biz öz sərmayələrimizlə fəal şəkildə inkişaf edirik.

Müstəqil Energi Eksperti Cəmil MəlikovAPA-ya açıqlamasında bildirib ki, Azərbaycanın torpaq üzərindəki bərpa olunan enerji mənbələrinin iqtisadi potensialı 27 QVt, o cümlədən, külək enerjisi üzrə 3 000 MVt, günəş enerjisi üzrə 23 000 MVt və 1 MVt digərlərinin payına düşür:

"Bundan əlavə olaraq, küllü miqdarda Xəzər dənizi və digər su hövzələri üzərində külək və günəş stansiyalarının quraşdırma perspektivləri mövcuddur. Beləliklə, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədinin 5-ci bəndində (“Təmiz ətraf mühit” və “Yaşıl artım ölkəsi”) iqlim dəyişikliyi və onunla mübarizə istiqamətində, eləcə də ölkəmizdə yaşıl enerji məkanı prinsiplərinə əsaslanan bərpa olunan enerjidən iqtisadiyyatın bütün sahələrində tətbiqi məsələləri öz əksini tapmışdır. Artıq ölkəmizdə beynəlxalq investorlar vasitəsilə böyük külək (240 MVt) və günəş (230 MVt) elektrik stansiyaları quraşdırılır və istismar olunur. Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclası ərəfəsində əlavə 3 layihənin başlanmasına dair sənədlər imzalandı və ümumi gücü 130 MVt olan günəş elektrik stansiyalarının istehsalı 268 mln kVt-saat elektrik enerjisi, ildə 59 mln kubmetr təbii qaza qənaət edilməsinə və 128 min ton karbon qazının atmosferə atılmasının qarşısının alınmasına imkan yaradacaq."

Bu tendensiya Azərbaycanın enerji siyasətində mühüm yer tutur. “Yaşıl gündəlik” strategiyasına uyğun olaraq ölkə, xüsusən günəş və külək enerjisi potensialından istifadə edərək enerji sisteminin diversifikasiyasına yönəlmiş mühüm addımlar atır. 2030-cu ilə qədər 6 giqavatlıq günəş və külək enerjisi təmin edəcək layihələrin reallaşdırılması ölkənin enerji müstəqilliyini və ekoloji təhlükəsizliyini gücləndirəcək. Bu addım, həm də iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verəcək və beynəlxalq enerji bazarında Azərbaycanın mövqeyini gücləndirəcək.

Su elektrik stansiyaları

Azərbaycanda bərpa olunan enerji mənbələri arasında su elektrik stansiyaları da mühüm yer tutur. Kür və Araz çayları üzərində iri stansiyalar fəaliyyət göstərir. Kiçik hidroelektrik stansiyalar isə bölgələrdə enerji təminatını dəstəkləyir.

İşğaldan azad edilmiş Şərqi Zəngəzur və Qarabağ bölgələri zəngin su ehtiyatları ilə Azərbaycanın enerji potensialının artırılmasında mühüm rol oynayır. Bu ərazilərdə çaylar – xüsusilə Tərtər, Həkəri və Bazarçay – hidroenerji istehsalı üçün əlverişli şərait yaradır. Artıq bir neçə kiçik su elektrik stansiyası bərpa olunub və yenilərinin tikintisi davam edir.

Prezident İlham Əliyev Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclasında etdiyi çıxışında su elektrik stansiyalarının əhəmiyyətini vurğulayıb:

Ermənistan işğalından azad edilmiş Şərqi Zəngəzur və Qarabağ ərazilərində su elektrik enerjisi potensialına gəldikdə, biz artıq 270 meqavatlıq su elektrik stansiyalarını qurmuşuq. Artıq 30-dan çox kiçik su elektrik stansiyası istismara verilib və maksimum növbəti beş ildə bu rəqəm əlavə 30 kiçik su elektrik stansiyası ilə 500 meqavata çatdırılacaq. Beləliklə, nəticədə 2030-cu ilə qədər 6.5 giqavatlıq enerji potensialı yaranacaq. Sizi, sadəcə, məlumatlandırmaq üçün deyə bilərəm ki, bu gün Azərbaycanın yaradılmış imkanları 8 giqavatdan çoxdur. Beləliklə, biz növbəti beş il ərzində bərpaolunan mənbələrdən enerji istehsalı potensialımızı demək olar ki, iki dəfə artıracağıq.

Energi Eksperti qeyd edib ki, dağ çaylarının və meliorasiya kanallarının potensialı 520 MVt həcmində qiymətləndirilir:

"Çaylardakı enerji potensialı əasən Qarabağ ərazisində mövcuddur. İnfrastrukturun inkişafı çərçivəsində hidro elektrik stansiyalarının bərpası və ya yeni güclərin quraşdırılması həyata keçirilir. Bu sahədə əsasən kiçik su elektrik stansiyaların reallaşması mümkündür və bunun da həm elektrik şəbəkəsinin genişləndirilməsinə həm də iqlim dəyişmələri problemlərinin aradan qaldırılmasına böyük töhvəsi var."

Azərbaycandan Avropaya gedən yaşıl kabel

Qeyd etdiyimiz kimi, bərpaolunan enerji resursları təkcə yerli tələbatın ödənilməsi üçün deyil, eyni zamanda ixrac üçün də hesablanıb. Azərbaycan və Avropa arasında həyata keçirilən “yaşıl enerji kabeli” layihəsi ölkənin bərpa olunan enerji potensialının ixracına imkan yaradır. Bu layihə çərçivəsində Xəzər dənizindən Gürcüstan və Qara dəniz vasitəsilə Rumıniyaya, oradan isə Avropaya elektrik enerjisi ötürüləcək. Kabel vasitəsilə əsasən günəş və külək enerjisindən əldə olunan yaşıl enerji ixrac olunacaq. Layihə həm regional əməkdaşlığı gücləndirir, həm də Avropanın enerji təhlükəsizliyinə töhfə verir. Bu, Azərbaycanın “yaşıl enerji” üzrə beynəlxalq platformada rolunu artırmaqla yanaşı, iqtisadi gəlirləri də genişləndirəcək.

Prezident İlham Əliyev Yaşıl Enerji Məşvərət Şurasında Azərbaycandan Avropaya ekoloji təmiz enerjinin ötürülməsi barədə fikirlərini bölüşüb:

Bu gün əminəm ki, Yaşıl Enerji Məşvərət Şurasının iclasında Azərbaycandan Avropaya gedən yaşıl kabel də müzakirə olunacaq. Mənə verilən məlumata görə, həmin layihənin texniki əsaslandırma işləri son mərhələdədir. Beləliklə, tam başa çatandan sonra birmənalı olaraq maliyyələşmə ilə bağlı praktiki danışıqlar başlayacaq. Əlbəttə, biz indidən söyləyə bilərik, ümid edirik ki, yaşıl enerji layihələrinin maliyyələşdirilməsi ilə bağlı məhdudiyyətlər qoyulmayacaq. Lakin düşünürəm ki, Avropa təsisatlarında həmin layihələrin ümumi maraq doğuran layihə səviyyəsinə qədər təkmilləşdirilməsi vacibdir.”

Ekspert qeyd edib ki, Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclasında “Yaşıl Enerji Dəhlizi Enerji Şirkəti” (GECO Power Company) üçün layihənin mərhələli inkişafını əks etdirən “Yol Xəritəsi”nin hazırlanması müsbət addımlardan biri kimi qeyd olunub:

"Texniki-iqtisadi əsaslandırmanın bu ilin ortalarında yekunlaşdırılmasının vacibliyi vurğulanıb və Xəzər dənizinin Azərbaycan seqmentində beş sahənin müəyyənləşdirilməsi, ölçmə və müşahidə işlərinin aparılması və enerji şirkətləri ilə həyata keçirilən layihələr barədə məlumat verilib. Dənizdə külək enerjisi istehsalının ilkin mərhələdə 4 QVt-ın “Xəzər-Qara Dəniz-Avropa” yaşıl enerji dəhlizi vasitəsilə Avropaya ixrac ediləcəyi planlaşdırılır. Bu məqsədlə Yaşıl Enerji Məşvərət şuralarının iclasları çərçivəsində “Azərbaycan Respublikasının Energetika Nazirliyi, Qazaxıstan Respublikasının Energetika Nazirliyi, Özbəkistan Respublikasının Energetika Nazirliyi ilə Asiya İnkişaf Bankı və Asiya İnfrastruktur İnvestisiya Bankı arasında Anlaşma Memorandumu”nun imzalanması mərasimi keçirilib. Azərbaycan, Qazaxıstan və Özbəkistanın energetika nazirləri tərəfindən imzalanmış sənədə AİB və AİİB-nin təmsilçiləri də qoşulub.

Bu memorandum Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında “Xəzər Yaşıl Enerji Dəhlizi” layihəsinin texniki-iqtisadi əsaslandırmasının (TİƏ) birinci mərhələsini dəstəkləmək məqsədilə əməkdaşlığı nəzərdə tutur. Nəticə olaraq qeyd etmək istərdim ki, Yaşıl Enerji Dəhlizi layihəsi tam gücü ilə hərtərəfli inkişafdadır və artıq bütün dünya bu layihənin uğurlu tamamlanmasını və Global Yaşıl Enerji Şəbəkəsinin yaradılmasını səbirsiz gözləyir."

Qarşıda duran çağırışlar

Qlobal iqlim çağırışlarına cavab olaraq, Azərbaycanın alternativ enerji strategiyası həm iqtisadi inkişaf, həm də ekoloji tarazlıq baxımından böyük əhəmiyyət daşıyır. İnfrastrukturun inkişaf edirilməsi, texnoloji asılılıq, sərmayələrin həcmi və kadr potensialı məsələləri bu sahədə diqqət tələb edir. Azərbaycan dövləti bu məsələlərin həlli üçün strateji planlaşdırmalar həyata keçirir. Bu istiqamətdə görülən işlərin davamlı olması ölkəni gələcəkdə regional yaşıl enerji mərkəzinə çevrilməyə bir addım daha yaxınlaşdırır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:57
embedMənbə:https://apa.az
archiveBu xəbər 07 Aprel 2025 16:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu çox ucuz vətənpərvərlik propaqandasıdır

20 Avqust 2025 17:47see325

Frenki de Yonqun yeni agenti Deku ilə görüşüb

20 Avqust 2025 17:20see147

Qarabağ ın Budapeşt zəfəri Video

20 Avqust 2025 02:51see130

Bakıda torpaq bahalaşıb VİDEO

20 Avqust 2025 00:29see128

ÇL: Pley offda gecənin nəticələri

20 Avqust 2025 01:23see128

Mayor VƏFAT ETDİ görün kimi QARDAŞI imiş... FOTO

21 Avqust 2025 10:40see123

17 maddəlik sülh sazişinin əsas elementi budur…

20 Avqust 2025 17:38see123

Qurban Qurbanov: Hesabda üstünlüyümüz olsa da, bu, heç kimi aldatmamalıdır

20 Avqust 2025 01:35see122

Burak Yılmaz bu komandanın baş mıəşqçisi oldu AÇIQLAMA

20 Avqust 2025 00:23see122

Solaxaylarla bağlı yeni araşdırma: Risk daha böyükdür

20 Avqust 2025 02:11see122

Aynişan: “Restoranda “steak” 200 manat idi, dedim, nə yaxşı ucuzdur” VİDEO

21 Avqust 2025 18:15see119

Rəqsanə İsmayılovanın vəkilindən müğənnini dələduzluqda ittiham edən şəxsin videomüraciətinə MÜNASİBƏT

20 Avqust 2025 19:40see118

Edin Cekodan Türkiyə futbolu və azarkeşləri barədə maraqlı sözlər

20 Avqust 2025 18:20see118

Sabiq icra başçısının polkovnik oğlu vəfat etdi

20 Avqust 2025 16:24see117

Şəmkirdə dönərdən zəhərlənən 20 nəfərin siyahısı açıqlandı YENİLƏNİB

21 Avqust 2025 01:39see116

Qələbəni “Qarabağ”lı azarkeşlərlə birgə qeyd etdilər Budapeştdən video

20 Avqust 2025 01:14see114

Tramp Zelenski Avropa görüşü: İsti idi, amma yanmadı...

20 Avqust 2025 01:01see113

Gəncədə qəza nəticəsində 4 nəfər xəsarət alıb

20 Avqust 2025 00:32see112

“Kraliça ənciri” Yalnız Bursada yetişir

20 Avqust 2025 05:00see112

CNN: Macarıstan və İsveçrə Ukrayna sammiti üçün nəzərdə tutulub

20 Avqust 2025 08:31see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri