Icma.az
close
up
RU
Menu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

A Seriyası: “Napoli” Turindən xalsız qayıdır

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

Məşhur aktyorun 20 illik həyat yoldaşının görünüşü müzakirə mövzusu oldu VİDEO

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

Avropaya təhlükələr vəd edən YENİDƏN SİLAHLANMA TƏHLİL

Avropaya təhlükələr vəd edən YENİDƏN SİLAHLANMA TƏHLİL

Sia Az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Avropa ölkələrinin hərbi baxımdan yenidən “güc” toplamaq, hansısa potensiala sahib olmaq, ən azından özünü müdafiə etmək adı altında silahlanmaq niyyətləri barədə artıq bir müddətdir ki, çox eşidirik. “Od olmasa tüstü çıxmaz” zərb məsəlində də deyildiyi kimi, əgər avropalıların hərbi güc, silahlanma istəyi olmasaydı, bu barədə heç bir spekulyasiyalara da rast gəlinməzdi. Rast gəliriksə, deməli, belə bir istək var və nədən irəli gəldiyi, nəyə görə olduğu, nələrə, xüsusən də hansı təhlükələrə səbəb olacağı barədə suallar da meydana çıxır. Belə məlum olur ki, həqiqətən də yenidən silahlanma Avropa üçün təhlükələr vəd edir...

Ağıllarına gələni danışanlar elə məhz Avropanın təhlükələrə sürüklənməsinə biganə olanlardır

Diqqətə çatdıraq ki, aprelin 14-də Almaniya kansleri postuna namizəd olan Fridrix Merts öz müsahibəsi zamanı Ukraynanı “Taurus” qanadlı raketlərlə təchiz etmək barədə çağırış edib. Mertsin fikrincə, onlardan, yəni, həmin o qanadlı raketlərdən məhz Krım körpüsünü vurmaq üçün istifadə edilməlidir. "Əgər bu baş verərsə və məsələn, Rusiya ordusunun təchizatlarının böyük hissəsinin yerləşdiyi Krımla Rusiyanın ən mühüm quru əlaqəsi məhv olarsa, bu, Ukraynanı strateji baxımdan əlverişli mövqeyə qoymağın bir yolu olardı", deyə Merts bildirib. Bəli, Merts əlverişli mövqe dedikdə, yalnız və yalnız əlverişli, sərfəli hal barədə, sərfə haqda düşünür. Amma bunun hansı nəticələr verəcəyi müəmmalı olaraq qalır, hansıki bu barədə fikirlər deyəsən heç Fridrix Mertsin hes ağlına da gəlməyib. Görünür onun ağlına gəlməsi üçün müvafiq suallar barədə düşünməli, bir çox suallara cavab axtarmalı, cavab tapmalı idi.

Görəsən, Almaniya kansleri postuna namizədin bəyanatı hansı nəticələrə gətirib çıxara bilər? Nə üçün Avropa İttiaqı müstəqil hərbi ittifaq olmaq istəyir? Bəs Avropa ölkələrinin ordularının yenidən silahlanmasına neçə milyard avro xərcləmək istəyirlər? Yenidən silahlanma üçün təqribən 800 milyard avro həddində pula ehtiyac duyulduğu barədə fikirləşən olubmu? Fikirləşən olubmu ki, ümumiyyətlə, bu vəsaitlər haradan əldə olunacaq? Bütün bunlar bir tərəfə, bəs yaxşı, həmin o yenidən silahlanmanın hansısa təhlükə riski barədə düşünülübmü? Belə məlum olur ki, ortaya qoyulan suallar barədə Merts heç düşünməyib də. Yaxud, düşünübsə, düşünərək də həmin fikirlərini səsləndiribsə, deməli, onun ağlına, dərrakəsinə bəzi təhlükəli məqamlar heç yerləşməyib və sığışmayıb da. Yerləşsəydi və sığışsaydı, ən azından tamamilə başqa aspektdən, tamamilə başqa rakursdan yanaşaraq bu barədə fikir bildirərdi. Belə görünür ki, qanmayıb. Məlum olur ki, Merts yenidən silahlanmanın, hərbi baxımdan hansısa addımların aytılmasının gələcək risklərini heç hesaba da almayıb. Ya da, belə məlum olur ki, Fridrix Merts bilərəkdən belə təkliflə çıxış edirsə, deməli, bütövlükdə Avropanın təhlükələrə sürüklənməsinə belə biganədir. Ümumiyyətlə, görünən odur ki, ağıllarına gələni danışanlar elə məhz Avropanın təhlükələrə sürüklənməsinə biganə olanlardır.

Merts Avropa ilə koordinasiyaya çağırır

Fridrix Mertsin sözlərinə görə, Ukrayna yalnız avropalı tərəfdaşlarla razılaşdırılaraq, koordinasiya edilərək, raketlərlə təmin oluna bilər. Artıq “belə təchizatla” onlar məşğul da olurlar. "Britaniyalılar da bunu edir, fransızlar da bunu edir, amerikalılar da bunu edir və hər halda, bu, razılaşdırılmalı, əlaqələndirilməli, koordinasiya edilməlididir", deyə Almaniya kansleri postuna namizəd qeyd edib. Deməli, Fridrix Merts açıq-aşkar şəkildə koordinasiya çağırışı edir. Özü də bu “çağırışı” ilə birbaşa olaraq, yenidən silahlanmanı, hərbi gücü nəzərdə tutur.

Bununla belə, Almaniyanın ən böyük müdafiə şirkəti “Rheinmetall”-ın rəhbəri Pappergerin fikrincə, bu sursatların Ukrayna Silahlı Qüvvələrinə tədarükü münaqişənin axarını dəyişməyəcək. Müdafiə şirkətinin rəhbəri bilir ki, onsuz da hansısa silah, hansısa formada tədarük edilən sursatlar məntiqi sonluğa zərrə qədər də təsir edən deyil. Əvvəla ona görə ki, silahların nə və nə qədər olduğundan onun daha yaxşı xəbəri var və bunun mahiyyəti də ona daha çox bəllidir. Bilir ki, Almaniya “anbarlarında” həmin raketlərdən cəmi bir neçə yüz sayda var və hətta onların bir çoxu da istifadə üçün yararsızdır. Digər tərəfdən də başa düşür ki, burada məsələ silah, sursat məsələsi deyil və təsir edən məqamlar da tamamilə başqadır. Sadəcə olaraq, Mertsin koalisiya çağırışının fərqli müzakirələr üçün bir səbəb olduğu da onun özünə çoxdan bəllidir.

Qondarma koalisiya iclasında nələr müzakirə olunub?

Bundesverin yüksək rütbəli zabiti Karsten Breuer Almaniya ordusunun qarşıdakı illərdə yenidən silahlanacağını və hücuma hazırlaşdığını iddia etməklə, Rusiya ilə müharibəyə hazırlaşılacağını da bildirib. Qərb ölkələrinin siyasətçiləri və müdafiə nazirləri Brüsseldə qondarma silahlanma ilə bağlı arzu edənlərin koalisiyasının toplantısı zamanı Rusiya ilə qarşıdurma planlarını müzakirə ediblər. Həmin planlar heç də birmənalı qarşılanmayıb, baxmayaraq ki, onları dəstəkləyənlər də orada hətta olublar.

"2025-ci il müdafiə sənayemizin yüksəliş vaxtıdır. Ordumuzun, hökumətlərimizin güclənməsinin vaxtıdır", deyə Böyük Britaniyanın müdafiə naziri Con Hili bildirib. ABŞ isə öz nümayəndələrini ümumiyyətlə, “görüşə” göndərməyib. Pentaqon rəhbəri Heqset deyib ki, Amerikanın yeni prioriteti "Sakit okeanda Çini cilovlamaq, saxlamaqdır", amma sonra buna görə də Avropa ölkələri öz təhlükəsizliklərini təmin etməlidirlər.

Müşahidələr məntiqi nəticələr çıxarmaq üçün yetərincə əsas verir. Ən azından Avropada olanlar narahatlıqların təzahürü kimi özünü göstərir. Səbəb də birbaşa olaraq, Amerikanın mövqeyi ilə bağlıdır. Diqqətə çaydıraq ki, Donald Trampın təmsil etdiyi yeni ABŞ administrasiyası NATO müttəfiqlərinə dəstəyi yenidən nəzərdən keçirir və bu da avropalı məmurlar arasında açıq-aşkar “panikaya” səbəb sayılır. Çünki həmin məmurlar hamıdan da yaxşı bilirlər ki, hazırda Avropa Amerikanın silah təchizatından çox asılıdır. Beləliklə, bəzi analitiklərin fikrincə, tədarük strukturundakılar yalnız 22%-i Avropa zavodlarından olan, yarıdan çoxu isə Amerika müəssisələrinin məhsullarıdır. Bütün bu statistik məqamlar da öz sözünü deyi. Hər halda, görünən, göz önündə olan rəqəmlər də çox şeydən xəbər verir. Daha dəqiq desək, Amerikadan və amerikalılardan asılılıq təkzibedilməzdir. Yəqin ki, müzakirələr də bu baxımdan təsadüfi olmayıb...

Aİ hərbi ittifaq barədə istəyini gizlətmir

Açıq-aşkar görünür ki, NATO sıralarında fikir ayrılığı var. Avropa ölkələri ABŞ-ın hərbi gücünə arxalanmağa alışıblar. Amma indi Avropa İttifaqı təkcə siyasi və iqtisadi ittifaq deyil, həm də müstəqil hərbi ittifaq olmaq istəyir. Təbii ki, onlar Rusiyaya qarşı mübarizə aparmaqla, “döyüşməklə” yanaşı, dostluq etməyi də planlaşdırırlar və bu dəfə məsələ təkcə səs-küylü bəyanatlarla məhdudlaşmır. Hollandiyada ikinci həftədir ki, təkcə “manevrlər” deyil, ruslarla əsl “toqquşmaya” hazırlıq gedir.

"Düşmənimizin bizimlə qarşılaşacağı əraziyə quru və dəniz qüvvələrinin tez bir zamanda çıxışını təmin edə bildiyimizə əmin olmaq bizim üçün çox vacibdir", deyə NATO-nun Müttəfiq Hava Komandanlığının komandir müavini Conni Strinqerin bildirməsi bunun, məhz haqqında qeyd olunan “hazırlığın” əyani sübutudur. Belə çıxır ki, “hazırlıq” ifadəsi təkcə sözdə deyil. Artıq hazırlıqların reallıqda da olduğu öz təsdiqini tapır. Bu reallığı nəyin ki, görmək, bilmək çətin deyil, ümumiyyətlə, bunu heç gizlədən də yoxdur. Hətta Avropanın bəzi nəşrləri belə bu barədə açıq şəildə bildirirlər. “Le Figaro” yazır ki, Fransa hərbçiləri Rumıniya ilə Ukrayna və Moldova arasında sərhəddə yerləşən ərazinin xəritələrini yeniləyib. Deməli, hərbi ittifaq olmaq istəyi ortadadır. Görünən odur ki, Aİ artıq çoxdandır hərbi ittifaq barədə istəyini gizlətmir.

Avropa ölkələrinin ordularının yenidən silahlanması xoş qarşılanmır

Martın sonunda Avropa İttifaqının rəhbərliyi müdafiə ilə bağlı iki mühüm sənəd təqdim edib. Birincisi, ümumi strategiyaları təsvir edən ağ bir kağız, ikincisi isə, Avropa hərbi-sənaye kompleksinin yenidən silahlanması və inkişafı planı olub. Bəllidir ki, birincisi, bu, mümkün qədər amerikalılardan mücərrəd şəkildə daxili müdafiəsidir. Fərdi “mübahisələr” də burada özünü göstərir. Bir növ göstərilir ki, hətta bizdə olmasa da, onu Cənubi Koreyadan, yaxud da başqa yerdən alacağıq. Hətta amerikalıların nəzərdə tutduqları da bura daxildir. Amma əsasən, təbii ki, bu, daxili qüvvələr üçün hesablanmadır. İkinci amil, əslində, Rusiyanın açıq-aşkar ekspert qarşıdurması, fəqrqli yanaşmala deməkdir.

Nəzərə çatdıraq ki, Avropa ölkələrinin ordularının yenidən silahlanmasına 800 milyard avro xərclənməsi nəzərdə tutulur. Onu da vurğulayaq ki, bu, böyük məbləğdir. Bəs bunu haradan almaq planlaşdırılır? Axı bir çox Avropa ölkələri ÜDM-nin 2%-ni belə müdafiəyə ayıra bilmir, NATO nizamnaməsi onlardan bunu tələb edir. "Bu 800 milyard vəsait ayrılması çərçivəsində nə baş verəcək? Müəyyən sənaye sahələrinə birbaşa sponsorluq olacaq, üstəlik regional layihələrdən müdafiə sənayesinə vəsait yenidən bölüşdürüləcək və bu, narazılığın dərhal artacağı anlamına gəlir", deyə qeyd edən hərbi ekspertlər çox həssas məqamları da nəzərdən qaçırmırlar.

Müzakirə edilən “planlar” heç də təsirsiz ötüşməyib. Mertsin Ukraynaya raket tədarükü planlarını açıqlamasından sonra Berlində müharibə əleyhinə nümayiş keçirilib. "Biz hesab edirik ki, Almaniya bir daha heç vaxt müharibəyə girməməlidir və bu silahlanmanın təbii olaraq, müharibəyə gətirib çıxaracağı bəllidir, hansıki söhbət müdafiədən yox, təcavüzkar müharibəyə hazırlıqdan gedir", deyə mitinq iştirakçısıları öz narazılıqlarını bildiriblər. Deməli, Avropa ölkələrinin ordularının yenidən silahlanması heç də xoş qarşılanmır. Ona görə xoş qarşılanmır ki, bunun, yəni silahlanmanın təhlükələr vəd etdiyi hər kəsə bəllidir. Elə məhz ona görə də Berlində müharibə əleyhinə nümayiş təsadefi sayılmır...

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:212
embedMənbə:https://sia.az
archiveBu xəbər 01 May 2025 16:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see576

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see523

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see385

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see305

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see266

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see260

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see257

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see255

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see243

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see236

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see231

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see216

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see207

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see204

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see202

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see197

A Seriyası: “Napoli” Turindən xalsız qayıdır

02 Noyabr 2026 01:38see193

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

02 Noyabr 2026 14:51see188

Məşhur aktyorun 20 illik həyat yoldaşının görünüşü müzakirə mövzusu oldu VİDEO

02 Noyabr 2026 02:49see187

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri