Icma.az
close
up
RU
Avror 1,2 dollardan yuxarı qalxarsa vəziyyət mürəkkəbləşəcək

Avror 1,2 dollardan yuxarı qalxarsa vəziyyət mürəkkəbləşəcək

Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Avropa Mərkəzi Bankının (ECB) rəsmiləri avronun ABŞ dollarına qarşı sürətlə bahalaşmasının bölgədə inflyasiya hədəflərinə və iqtisadi sabitliyə mənfi təsir göstərə biləcəyindən narahat olduqlarını bildiriblər.

Modern.az xəbər verir ki, bu barədə ECB-nin Portuqaliyanın Sintra şəhərində keçirilən illik toplantısında müzakirələr aparılıb. Bank rəsmilərinin fikrincə, güclənən avro hazırda inflyasiyanın 2%-lik hədəfdə saxlanmasına kömək etsə də, bu tendensiyanın davam etməsi gələcəkdə deflyasiya riskini və ixracın zəifləməsini artıra bilər.

ECB-nin vitse-prezidenti Luis de Guindos qeyd edib ki, avro/dollar məzənnəsi 1,20-dən yuxarı qalxarsa vəziyyət daha da mürəkkəbləşəcək: “Bu səviyyəyə qədər bahalaşma prosesini müəyyən qədər gözardı edə bilərik. Lakin 1.20-dən yuxarıda məzənnə iqtisadiyyata mənfi təsir edə bilər”, – deyə o bildirib.

Hazırda 1 avronun məzənnəsi 1,18 ABŞ dollarına yaxınlaşıb və bu, son illərin ən güclü avro bahalaşma tendensiyası hesab olunur.

ECB-nin baş iqtisadçısı Filip Leyn isə CNBC-yə verdiyi açıqlamada bildirib ki, avroya maraq artır və investorlar tərəfindən balanslaşdırma prosesi müşahidə olunur. Onun sözlərinə görə, bu vəziyyət qalıcı görünür, lakin yaxın gələcəkdə nə baş verəcəyini zaman göstərəcək.

Makroiqtisadi mütəxəssislər də bu istiqamətdə narahatlıqlarını ifadə ediblər. ING Bank-ın makroiqtisadiyyat rəhbəri Carsten Brzeski qeyd edib ki, güclü avro təkcə inflyasiya təzyiqlərini azaltmayacaq, həm də ixracat üçün risk yaradacaq. Bu isə ECB-ni faiz dərəcələrinin yenidən azaldılması istiqamətində addım atmağa vadar edə bilər.

Sintrada keçirilən tədbirdə çıxış edən ECB prezidenti Kristin Laqard isə valyuta məzənnəsi ilə bağlı konkret açıqlama verməsə də, 2025-ci ilin dollar üçün mühüm il ola biləcəyini qeyd edib.

“Valyuta dəyişiklikləri heç vaxt bir gecədə baş vermir. Açıq-aydın nəyinsə pozulduğunu görürük, amma bu, düzələcəkmi, yoxsa qırılıb-qalıbmı – bunu zaman göstərəcək”, – deyə Laqard bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:165
embedMənbə:https://modern.az
archiveBu xəbər 02 İyul 2025 17:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri