Icma.az
close
up
RU
“Avroviziya” həyatın dibidir artıq... Biz bu yarışmadan imtina etməliyik!

“Avroviziya” həyatın dibidir artıq... Biz bu yarışmadan imtina etməliyik!

Sherg.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azər Həsrət: “Bu, musiqi yarışması deyil, üzdəniraqların yarışması, nümayiş səhnəsidir”


 Builki “Avroviziya”da da bəxtimiz gətirmədi, yoxsa, gətirdi?...  Bu, hansı prizmadan baxmağımıza bağlıdır. “Avroviziya”sevərlər və yarışmada Azərbaycanın iştirakına məsul olanlar üçün kədərli haldır. İstərdilər ki, yüksək yerlərdən birini tutaq, bol-bol təriflər yağsın, hətta qalib də gələk, növbəti ildə cümlə “firənglər” (avropalılar) tökülüşüb gəlsinlər ölkəmizə. “Avroviziya”nı ölkəmiz, incəsənət, musiqimiz, mədəniyyətimiz üçün lazımsız hesab edənlərsə uğursuzluğu təbii qəbul edir. Real düşünür, həqiqətin gözünə baxmağı bacarır. 

Bu il “Avroviziya” mahnı yarışmasında Azərbaycanı "Mamagama" qrupu təmsil edib. Qrupun finala çıxa bilməməsi sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub, tənqidlər, hətta təhqirlər də yazılıb. "Avroviziya"da Azərbaycanın musiqi prodüseri vəzifəsini icra edən Eldar Qasımovun, hansı ki 2011-ci ildə “Avroviziya” qalibi olmuşdu, istefası da tələb edilib. Sosial şəbəkədə Eldarın paylaşımlarına yüzlərlə şərhlər yazılıb. İstifadəçilərin böyük hissəsi onun bu postu tərk etməsini yazıb. Onun ünvanına "Bəlkə, postunuzu artıq uğurlu olacaq birinə təhvil verəsiniz?", Mən 3 ildir gəlib bura istefa ver deməkdən yoruldum, sən istefa verməməkdən yorulmadın. Səncanı, istefa ver, Eldar", "Təxmini nə vaxt gedərsən? Bir səhv iş oldu qalib oldun. Oturmusan ömrümüzə. 3 ildir finala çıxa bilmirik, bu nə rəzillikdir? Sənlik deyil də bu iş" kimi şərhlər yazılıb. 

“Mamagama” qrupunun çıxışını paylaşaraq, “Möhtəşəm!” yazanlar da tənqid edilib. 


Tural Aliyev: - Möhtəşəm??? Camaat lağa qoyur, bunlar “möhtəşəm”, deyir. Finala çıxmaq şansı çox azdı, çıxsa belə ən yaxşı halda 24-26 ci yeri tutacaq mahnıdan söhbət gedir. Əgər həqiqətən uğurlu olmaq istəyirsinizsə, digər ölkələrin etdiyi kimi milli seçmələr keçirin, hər müğənni öz mahnısı ilə qatılsin, sonda xalq hansı mahnının yarışmaya gedəcəyinə qərar versin. Beləliklə, ədalət yerini tapar. Təbii ki, əgər həqiqətən yaxşı mahnı göndərmək istəyirsinizsə, bu variantı edərsiniz. 

(Bu şərhlər səsvermə hələ başa çatmamış yazılıb, amma proqnoz doğrulub – M.R.)


Anar Həsənzadə: - Eldar bu yarışdan təcili uzaqlaşdırılmalıdır. Əks halda “Eurovision” yarışmasında hər dəfə biabır olacağıq. Çünki, o, bu müsabiqəyə rəhbərlik edəndən bu yana, artıq üçüncü dəfədir ki, fərli ifaçı və mahnı seçilmir. Eldar bu yarışdan uzaqlaşdırılmalıdır. Bu adamın, birmənalı, seçim zövqü sıfırdır. Hüsniyəni qaytarmaq lazımdır. Hüsniyə həmişə gözəl seçimlər edib. 

Rufat Taghi: - Adının çəkdikləriniz heç kimdir musiqidə. Məncə, 3-cü variant olmalıdır. Musiqi zövqü olub vətənpərvər olan. Ya da birdəfəlik “gey parad” deyib başını buraxaq bu yarışın.

Anar Həsənzadə: - Bir başqa variant da odur ki, iştirakçını xalq seçməlidir. Ancaq son vaxtlar özləri kimi gəldi seçirlər. Ona görə də nəticəsi göz önündədir. 

Qeyd edək ki, ötənilki “Avroviziya” təmsilçimiz Fahree də müsabiqə ilə bağlı boykot çağırışı edib. Fahree instaqram səhifəsində bunları yazıb:

“Avroviziya, istefa! Bu, artıq nə mahnı müsabiqəsidir, nə də müsabiqədir! Bundan artıq nə olmalıdır ki, keçək finala? Səhnə gözəl! İfa gözəl! Şou gözəl! Rəqqaslar da var idi, “back vocal” da var idi! Tüpürəsən bunların siyasətinə də, münasibətinə də, ədalətinə də”.

Qeyd edilir ki, ölkəmizi 2023-cü ildə təmsil edən Turan və Tural qardaşları, 2024-cü ildə isə İlkin Dövlətov və Fahree də finala vəsiqə qazana bilməyib. Ard-arda uğursuzluqların səbəbi isə siyasi müstəvidə axtarılır. Belə fikirlər də var ki, qardaş Türkiyə, bizə yaxın qonşu olan Gürcüstan “Avroviziya” müsabiqəsində iştirakdan imtina etdiyi üçün Azərbaycan təmsilçiləri yüksək səs toplaya bilmir. Bəs nə edək? 


Siyasi şərhçi, İctimai Televiziya Yayım Şurasının üzvü Azər Həsrət “Sherg.az”a açıqlamasında qeyd etdi ki, “Avroviziya” müsabiqəsi Yayım Şurasında da müzakirə olunur. Bu və ya digər şəkildə razı və narazı olan yönlərimiz də var: 


- Şəxsən mənim də təklifim bu olub ki, Azərbaycan “Avroviziya”da iştirakını dayandırsın. Qardaş Türkiyə iştirakını dayandırıb artıq. “Avroviziya” mahnı müsabiqəsi, musiqi yarış səhnəsi formatından çoxdan çıxıb. Ümumiyyətlə, bu müsabiqənin oriyentasiyası çox zərərlidir, Azərbaycan belə bir platformada əsla iştirak etməməlidir. Bu vaxta qədər müəyyən səbəblərdən iştirak edilib. Azərbaycanın özünü tanıtması, beynəlxalq ictimaiyyətə təqdim etməsi zərurəti olub, özümüzü yetərincə yaxşı göstərmişik, uğurlu təqdimatlar etmişik, qalib olmuşuq, nəticədə Bakı növbəti müsabiqəyə ev sahibliyi hüququ qazanıb, müsabiqə paytaxtımızda yüksək səviyyədə baş tutub, bacarığımızı nümayiş etdirmişik, mədəniyyətimizi təqdim etmişik. Amma son illərdə “Avroviziya” müsabiqəsindəki görüntülər olduqca biabırçıdır. Ölkəmizin yer tutması bir yana qalsın, bu müsabiqədə təmsil olunması, ümumiyyətlə, məqsədəuyğun deyil. Bu il sonuncu dəfə iştirak etmiş olaq. Növbəti ildən iştirakımızı dayandıraq. Bizim bu müsabiqəyə artıq ehtiyacımız yoxdur. Nə Azərbaycan musiqisinin, nə mədəniyyətinin, nə də əxlaqının oradan qazana biləcəyi bir şey var. "Avroviziya" milli-mənəvi dəyərlərimizlə ciddi şəkildə tərs-mütənasibdir, buna görə də orada olmamalıyıq. Bu yarışma bizə nəsə qazandırmır. Bizim musiqimiz orada səslənən eybəcər, iyrənc musiqilərdən qat-qat yüksəkdədir. Bizim musiqimiz o səviyyəyə endirilməməlidir. 

A.Həsrət qeyd etdi ki, “Avroviziya” həyatın dibidir artıq: 

- Bu, musiqi yarışması deyil. Üzdəniraqların yarışması, nümayiş səhnəsidir. Bizim buna ehtiyacımız yoxdur. Əlbəttə, bu, tək məndən asılı məsələ deyil. İTV Yayım Şurasının üzvləri məsələni müzakirə edib, yekdil qərar çıxarmalıdırlar. Şəxsən hesab edirəm ki, biz bu yarışmadan imtina etməliyik. 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:108
embedMənbə:https://sherg.az
archiveBu xəbər 14 May 2025 18:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see361

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see242

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see236

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see195

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see183

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see178

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see176

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see169

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see165

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see158

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see154

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see151

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see146

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see144

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see144

Yeni ilin məşhur salatı ilə bağlı dietoloqdan xəbərdarlıq

29 Dekabr 2025 11:41see142

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see141

Ötən həftə 175 yanğın olub, 7 nəfərin meyiti tapılıb

29 Dekabr 2025 10:05see139

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see136

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri